CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Koronavirusdan sonra beyində hansı problemlər yarana bilər - Psixiatr rəyi

© Depositphotos.com / ShidlovskiBeynin rentgen təsviri, arxiv şəkli
Beynin rentgen təsviri, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 15.05.2022
Abunə olmaq
Həkimlər hesab edirlər ki, xəstəlik nəticəsində meydana çıxmış sindromun müddəti ilə xəstəliyin gedişatındakı ağırlaşmalar arasında əlaqə yoxdur.
BAKI, 15 may — Sputnik. Psixiatr-həkim, Moskva Psixonevroloji Dispanserinin baş elmi işçisi, tibb elmləri namizədi Vadim Haykin COVID-19-dan sonra yaranan beyin pozuntularından danışıb. “URA.RU” informasiya agentliyinə müsahibə verən Haykin hesab edir ki, koronavirusdan sonra xəstələrdə yaddaş zəifliyi, yaşlılarda zehni qabiliyyət, gənc və orta yaşlı insanlarda isə narahatlıq pozğunluğu müşahidə oluna bilər.
O, həmçinin müxtəlif yaş qruplarında yuxusuzluq problemi ilə bağlı xəbərdarlıq edib. Onun sözlərinə görə, bütün bunlar virusa yoluxandan bir neçə ay sonra inkişaf edə bilər.
Həkim narahatlıq pozğunluqlarının yalnız gənclərdə rast gəldiyini bildirib, çünki gənc insanlar emosional cəhətdən daha çevik olurlar.
Həkim qeyd edib ki, yuxarıda qeyd olunan üç simptomdan biri ortaya çıxdığı təqdirdə psixiatrla əlaqə saxlamaq lazımdır:
“Əgər həmin üç simptomdan biri müşahidə olunsa və ya güclənsə, həkimə müraciət etmək mütləqdir. Bu halda psixiatrın yanına getməkdən çəkinmək lazım deyil. Bu məsələdə həmçinin nevroloq da kömək edə bilər”.
© Depositphotos.com / FocuspocusltdYataqda olan xəstə qadın, arxiv şəkli
Болеющая девушка в постели с таблетками и чашкой кофе - Sputnik Azərbaycan, 1920, 15.05.2022
Yataqda olan xəstə qadın, arxiv şəkli
Bu yaxınlarda immunoloq Mariya Polner bildirib ki, koronavis xəstəliyindən sonrakı sindromun ən çox görünən əlamətlərinə nəfəs darlığı, artan yorğunluq, dad və iybilmədə dəyişikliklər, həmçinin əsəb pozğunluğu aiddir.
Həkim eyni zamanda onu da qeyd edib ki, xəstəliyin gedişatındakı ağırlığın həmin xəstəlik nəticəsində meydana çıxmış sindromun müddəti ilə bağlılığı yoxdur. Polner onu da vurğulayıb ki, ilk növbədə belə nəticələrin səbəbini müəyyən etmək lazımdır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0