DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

COVİD-19-a qarşı dərmanlar qaraciyəri çökdürür - Həkim qeyri-virus hepatit barədə danışıb

© Depositphotos.com / SerezniySağ tərəfində ağrı hiss edən adam, arxiv şəkli
Sağ tərəfində ağrı hiss edən adam, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 15.05.2022
Abunə olmaq
Həkimlər bildiri ki, qara ciyərin zədələnməsinin ciddi simptomlar yalnız serroz mərhələsində aşkar olunur.
BAKI, 15 may — Sputnik. Xəstəlik təhlükəli mərhələyə çatana qədər qeyri-virus hepatitini aşkar etmək çətin olur. RİA Novosti xəbər verir ki, bu barədə tibb elmləri namizədi, qastroenteroloq-hepatoloq, “Qaraciyər nəyə susur” kitabının müəllifi Sergey Vyalov Sputnik radiosuna müsahibəsində bildirib. O, qaraciyərin zədələnməsinin əlamətlərini və onua gətirib çıxaran bir neçə amili açıqlayıb.
Vyalov bildirib ki, hepatit həmişə virus infeksiyası nəticəsində yaranmır, bəzən tamamilə fərqli səbəblər onun inkişafına səbəb olur. Xüsusilə, qaraciyərin zədələnməsi COVID-19 və bu xəstəliyin müalicəsinin nəticəsi ola bilər.
“Koronavirus infeksiyasının ağır formasını müalicə etmək üçün bir çox dərmanlardan istifadə olunur. Onlar insanın həyatını xilas etmək üçün lazımlı dərmanlardır, ancaq qaraciyərə əks təsiri də qaçılmazdır. Biz bu cür hepatiti dərman və ya toksin (zəhərli) kimi təsnif edirik”, - deyə həkim izah edib.
Həmçinin, öd yollarının COVID-19 tərəfindən zədələnməsi qeyri-virus hepatitinin inkişafına səbəb ola bilər.
“Koronavirus təkcə ağciyərlərdə deyil, həm də qaraciyər daxilində olan öd yollarında ACE2 reseptorları ilə qarşılıqlı təsirdə olur. Bu səbəbdən öd yolları daha keçirici olur və hermetik olmayan kanalizasiya borularına bənzəyir. Qaraciyərin hasil etdiyi hər şey geri axmağa və onu zədələməyə başlayır. Bu, nəticədə hepatitə səbəb olur”, - deyə Vyalov vurğulayıb.
Həkim əlavə edib ki, qaraciyərə ciddi təsir göstərə bilən və hepatitin yaranmasına səbəb ola biləcək digər amil isə orqanizmi “təmizləmək” üçün vəsaitləri düşünmədən istifadə etməkdir.
“Amerikada aparılan araşdırma göstərdi ki, səbəbini müəyyən etmək çətin olan qeyri-virus hepatit hallarının əksəriyyətinin səbəbi orqanizmi təmizləmək üçün müxtəlif vasitələr, o cümlədən fitoçaylar, Çində istehsal olunan dərmanlar, arıqlamaq üçün Hindistan mənşəli dərmanlar, o cümlədən, paradoksal olsa da, qaraciyər və bağırsaqları “təmizləmək” üçün preparatlardan istifadədir”, - deyə Vyalov bildirib.
Həkimin sözlərinə görə, əgər hepatit erkən mərhələdə aşkar edilərsə, müalicəsi müsbət nəticə verir. Ancaq bu xəstəliyi erkən mərhələdə diaqnozuna adətən xarakterik simptomların olmaması ilə mane olur.
“Qaraciyərin zədələnməsinin ilkin mərhələsində meydana çıxan əsas simptomlar yorğunluq, halsızlıq, gücsüzlük, enerjinin az olması və spirtli içkinin pis təsir etməsidir”, - deyə Vyalov qeyd edib.
Həkim əminliklə bildirir ki, qaraciyərin zədələnməsini aşkar etməyin ən etibarlı yolu biokimyəvi qan analizi verməkdir.
“Ən düzgün və etibarlı yol analizlər vermək - qaraciyərin əsas göstəricilərini yoxlamaq və qaraciyərinizin zədələnib-zədələnməməsini dəqiqləşdirməkdir. Ciddi simptomlar yalnız qaraciyər serroz mərhələsinə çatdıqda, yəni orqanın 50%-i işləmədikdə ortaya çıxır ", - deyə Sergey Vyalov xəbərdarlıq edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0