https://sputnik.az/20220515/azerbaycanin-xallari-qaret-olunub-coan-roulinq-avroviziya-2022nin-neticeleri-haqqinda-441947875.html
Azərbaycanın xalları "oğurlanıb": Coan Roulinq "Avroviziya 2022"nin nəticələri haqqında
Azərbaycanın xalları "oğurlanıb": Coan Roulinq "Avroviziya 2022"nin nəticələri haqqında
Sputnik Azərbaycan
Harri Potter haqqında silsilə romanların müəllifi əmindir ki, azərbaycanlı ifaçı müsabiqədə daha yüksək yer tutmağa layiq olub. 15.05.2022, Sputnik Azərbaycan
2022-05-15T17:28+0400
2022-05-15T17:28+0400
2022-05-15T22:10+0400
dünya xəbərləri
"avroviziya" mahnı müsabiqəsi
azərbaycan
britaniya
https://cdnn1.img.sputnik.az/img/41557/40/415574078_0:0:2875:1617_1920x0_80_0_0_ae737080c37ff4dbbda9be68324f1727.jpg
BAKI, 15 may - Sputnik. Britaniyalı yazıçı, ssenarist və kino prodüseri Coan Roulinq sosial şəbəkədəki səhifəsində “Avroviziya 2022” musiqi müsabiqəsinin nəticələrinə həsr olunmuş paylaşım edib. Onun fikrincə, Azərbaycan müsabiqədə daha yüksək yer tutmağa layiq olub.Harri Potter haqqında kitablar seriyasının müəllifi özünün Tvitter səhifəsində belə yazıb: “Azərbaycanın balları oğurlanıb".Xatırladaq ki, dünən İtaliyanın Turin şəhərində 66-cı “Avroviziya-2022” mahnı müsabiqəsi başa çatıb.Azərbaycanı bu müsabiqədə təmsil edən Nadir Rüstəmli “Fade To Black” adlı mahnı ilə 106 xal toplayaraq 16-cı yerdə qərarlaşıb. Yunanıstan, Serbiya və İspaniya milli münsiflər heyəti Azərbaycana 12 səs verib.Müsabiqənin finalında 25 ölkənin - Azərbaycan, Çexiya, Rumıniya, Portuqaliya, Finlandiya, İsveçrə, Fransa, Norveç, İtaliya, İspaniya, Niderland, Ukrayna, Almaniya, Litva, Belçika, Yunanıstan, İslandiya, Moldova, İsveç, Avstraliya, Böyük Britaniya, Polşa, Serbiya, Estoniya və Ermənistan təmsilçiləri yarışıb.Yarışın qalibi 631 səslə Ukrayna ("Kalush Orchestra" qrupu "Stefania" mahnısı ilə) olub. Beynəlxalq mahnı müsabiqəsində ikinci yeri Böyük Britaniya, üçüncü yeri isə İspaniya təmsilçisi tutub.Builki yarışmanın şüarı “Gözəlliyin Səsi” (“The Sound of Beauty”) olub. Müsabiqə Avropa Yayım Birliyi (EBU) və yerli “Rai” telekanalının təşkilatçılığı ilə keçirilib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41557/40/415574078_144:0:2875:2048_1920x0_80_0_0_4a0cbf88f94cbe801d1039c0ad385511.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
"avroviziya" mahnı müsabiqəsi, azərbaycan, britaniya
"avroviziya" mahnı müsabiqəsi, azərbaycan, britaniya
Azərbaycanın xalları "oğurlanıb": Coan Roulinq "Avroviziya 2022"nin nəticələri haqqında
17:28 15.05.2022 (Yenilənib: 22:10 15.05.2022) Harri Potter haqqında silsilə romanların müəllifi əmindir ki, azərbaycanlı ifaçı müsabiqədə daha yüksək yer tutmağa layiq olub.
BAKI, 15 may - Sputnik. Britaniyalı yazıçı, ssenarist və kino prodüseri Coan Roulinq sosial şəbəkədəki səhifəsində “Avroviziya 2022” musiqi müsabiqəsinin nəticələrinə həsr olunmuş paylaşım edib. Onun fikrincə, Azərbaycan müsabiqədə daha yüksək yer tutmağa layiq olub.
Harri Potter haqqında kitablar seriyasının müəllifi özünün Tvitter səhifəsində belə yazıb: “Azərbaycanın balları oğurlanıb".
Xatırladaq ki, dünən İtaliyanın Turin şəhərində 66-cı “Avroviziya-2022” mahnı müsabiqəsi başa çatıb.
Azərbaycanı bu müsabiqədə təmsil edən Nadir Rüstəmli “Fade To Black” adlı mahnı ilə 106 xal toplayaraq 16-cı yerdə qərarlaşıb. Yunanıstan, Serbiya və İspaniya milli münsiflər heyəti Azərbaycana 12 səs verib.
Müsabiqənin finalında 25 ölkənin - Azərbaycan, Çexiya, Rumıniya, Portuqaliya, Finlandiya, İsveçrə, Fransa, Norveç, İtaliya, İspaniya, Niderland, Ukrayna, Almaniya, Litva, Belçika, Yunanıstan, İslandiya, Moldova, İsveç, Avstraliya, Böyük Britaniya, Polşa, Serbiya, Estoniya və Ermənistan təmsilçiləri yarışıb.
Yarışın qalibi 631 səslə Ukrayna ("Kalush Orchestra" qrupu "Stefania" mahnısı ilə) olub. Beynəlxalq mahnı müsabiqəsində ikinci yeri Böyük Britaniya, üçüncü yeri isə İspaniya təmsilçisi tutub.
Builki yarışmanın şüarı “Gözəlliyin Səsi” (“The Sound of Beauty”) olub. Müsabiqə Avropa Yayım Birliyi (EBU) və yerli “Rai” telekanalının təşkilatçılığı ilə keçirilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.