CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Astarada torpaq sürüşməsi yenidən gündəmdədir - yerli qurumlar isə vəsait axtarır

© Sputnik / Rahim MuradKənd sakini həyətyanı sahəsində sürüşmə zonasını göstərir
Kənd sakini həyətyanı sahəsində sürüşmə zonasını göstərir - Sputnik Azərbaycan, 1920, 15.05.2022
Abunə olmaq
Kənd sakinləri sürüşmə baş verən ərazidə qorxu altında yaşayırlar. Kəndin yolunun yarısı artıq sürüşmə nəticəsində yararsız hala düşüb.
BAKI, 15 may — Sputnik. Astara rayonunun Şiyəkəran kəndi ərazisində torpaq sürüşməsi prosesi yenidən aktivləşib. Pensərçayın adıçəkilən kənd ərazisindən keçə hissəsində baş verən torpaq sürüşməsi kənd sakinlərinin narahatlıqlarına səbəb olub.
Kənd sakini Tacir Qədirzadənin Sputnik Azərbaycan-ın bölgə müxbirinə bildirdiyinə görə, artıq 2-3 ildir ki, leysan yağışları yağan zaman ərazidə sürüşmə baş verir:
"Yağış dağlıq ərazilərə yağır, sel buradan keçəndə, su axanda isə kənddəki evlər üçün təhlükə yaranır. Özümüzün gücümüz çatmır, yəni büdcəmiz ona imkan vermir ki, burada bərpa işləri aparaq. Aidiyyatı qurumlardan artıq dərəcədə xahiş edirik ki, bizə köməklik göstərsinlər, dəstək olsunlar ki, bu problemləri biz aradan qaldıraq"
© Sputnik / Rahim MuradTorpaq sürüşməsindən sonra daralan yol
Torpaq sürüşməsondən sonra daralan yol - Sputnik Azərbaycan, 1920, 15.05.2022
Torpaq sürüşməsindən sonra daralan yol
Kənd sakini Vaqif Əsədov evinin sürüşmə zonasına yaxın olduğunu bldirib və narahatlığını ifadə edib:
"Evimiz ərazidən axıb-keçən Pensərçayının arxasında yerləşir. Hal-hazırda özünüz də görürsünüz sel necə buraları dağıdıb. Torpağın sürüşməsindən sonra yol 2-3 metr daralıb, çox bərbad vəziyyətdədir. Mən neçə dəfə müraciət eləmişəm, xahiş edirəm buna bir tədbir görsünlər. Sabah Masallı-Cəlilabadda vəziyyət necə olubsa, biz də o vəziyyəti kəndimizdə görmək istəmirik. Xahiş edirəm burada bərkitmə işləri görsünlər, bənd qoysunlar. Selin ən sürətli hissəsi buraya dəyir. Sabah bura dağılandan sonra bütün kənd suyun altında olacaq. Özüm də burada qorxa-qorxa yaşayıram. Yağış yağdı, selin səsindən oturmaq olmur. Yağış yağanda torpağı üstdən yuyub aparır, sel də altdan dağıdır. Bir ildən sonra baxarsınız, artıq su həyətdə olacaq. Xahiş edirəm, bunun qarşını almaq üçün tədbir görsünlər".
Leysan yağışlarından sonra yaranan torpaq sürüşməsindən ən çox ziyan çəkən şəxs isə Şiyəkəran sakini Davud Mehdiyevdir:
© Sputnik / Rahim MuradDavud Mehdiyevin yarımçıq qalmış evi
Davud Mehdiyevin yarımçıq qalmış evi - Sputnik Azərbaycan, 1920, 15.05.2022
Davud Mehdiyevin yarımçıq qalmış evi
"Sürüşmə mənə çox ziyan vurub. Portağal, naringi, feyxoa ağaclarını, xeyli palıd, üzüm ağaclarının hamısını sürüşmə olarkən su yuyub aparıb. Həyətdə ev tikmək üstəyirəm, bünövrəsini töküb yarıyacan tikmişəm. Maşınlar yükü, inşaat materiallarını gətirə bilmir ki, tikintini davam etdirim. Təcili yardım maşınlarına da iş düşəndə zəng eləyirik, deyirlər "Yola qədər gətirin, sonra gələk". Yol darısqaldır, əvvəllər o yolun eni 8 metr idi, indi isə 3-4 metr qalıb. Bunların hamısı sürüşmənin nəticəsidir".
© Sputnik / Rahim MuradPensərçayın sürüşmə zonasından keçən hissəsi
Pensərçayının sürüşmə zonasından keçən hissəsi - Sputnik Azərbaycan, 1920, 15.05.2022
Pensərçayın sürüşmə zonasından keçən hissəsi
Kənd sakinlərinin narahatlıqları ilə bağlı Astara Suvarma Sistemləri İdarəsinin Baş Mühəndisini Fərid Yusifova müraciət etdik. Baş mühəndis ərazidə sürüşmə aktivliyinin qarşını almaq üçün sahil-mühafizə bəndinin tikilməsinin mütləq və zəruri olduğunu bildirib:
© Sputnik / Rahim MuradŞiyəkəran sakinləri
Şiyəkəran sakinləri - Sputnik Azərbaycan, 1920, 15.05.2022
Şiyəkəran sakinləri
"İdarəmizin mütəxəssisləri həmin əraziyə dəfələrlə ezam olunub, baxış keçiriblər. Bununla bağlı təklif və rəylər Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə göndərilib".
Mütəxəssis bildirib ki, vəsaitin ayrılacağı təqdirdə həmin ərazidə sahil-mühafizə bəndinin tikintisi həyata keçiriləcək:
"Bundan əlavə, sürüşmənin daha çox olduğu ərazilərdə, Pensərçayın Vaqo və Siyaku kəndlərindən keçən hissəsində ümumilikdə 590 paqonmetrə yaxın sahil-mühafizə bəndi tikilib. Bu işlər yaxın gələcəkdə də davam etdiriləcək".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0