Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Sabah bölgələrə yağış yağacaq, şimşək çaxacaq

© Sputnik / Ibrahim HashimovŞəkidə yağış fəsad törətd
Şəkidə yağış fəsad törətd - Sputnik Azərbaycan, 1920, 14.05.2022
Abunə olmaq
Birgünlük yaz havası deyəsən yerini yenə də payıza verəcək.
BAKI, 14 may - Sputnik. Bakıda və Abşeron yarımadasında mayın 15-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, mülayim cənub-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 12-15° isti, gündüz 20-25° isti olacaq. Bakıda gecə 13-15° isti, gündüz 23-25° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 60-65% olacaq.

Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz olacaq. Lakin axşama doğru bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 10-15° isti, gündüz 26-31° isti, dağlarda gecə 0-5° isti, gündüz 12-17° isti olacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Lək kəndinin su problemi - Sputnik Azərbaycan, 1920, 13.05.2022
VİDEO
Allahın ümidinə buraxılanlar: Lək kəndi yağış yağmayanda çirkab sulara bel bağlayır
Xəbər lenti
0