https://sputnik.az/20220514/prezident-lham-eliyev-kinci-qarabag-savasi-bizim-musterek-sanli-tariximizdir-441934291.html
Prezident İlham Əliyev: “İkinci Qarabağ savaşı bizim müştərək, şanlı tariximizdir”
Prezident İlham Əliyev: “İkinci Qarabağ savaşı bizim müştərək, şanlı tariximizdir”
Sputnik Azərbaycan
Rize-Artvin Hava Limanının açılışında iştirak edən Azərbaycan Prezidenti İlham Əliyev bir sıra mühüm bəyanatlar verib. 14.05.2022, Sputnik Azərbaycan
2022-05-14T20:34+0400
2022-05-14T20:34+0400
2022-05-14T20:45+0400
prezident ilham əliyev
azərbaycan xəbərləri
türkiyə prezidenti rəcəb tayyib ərdoğan
açılış
https://cdnn1.img.sputnik.az/img/07e6/05/0e/441929186_0:21:637:379_1920x0_80_0_0_eb54c03444dab82719c08605e57a45cc.jpg
BAKI, 14 may - Sputnik. “Bu gün sizinlə bərabər olmaq mənim üçün böyük xoşbəxtlikdir. Bu gün bu gözəl mərasimdə Azərbaycan Prezidentinin iştirakı Türkiyə-Azərbaycan birliyinin növbəti təzahürüdür”.Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla birlikdə Rize-Artvin Hava Limanının açılışında iştirak edən Azərbaycan Prezidenti İlham Əliyev bildirib.Prezident vurğulayıb ki, biz hər zaman bir yerdəyik - xoş günlərdə də, çətin günlərdə də və İkinci Qarabağ savaşı bunu bir daha bütün dünyaya göstərib: “İlk saatlardan savaşın son gününə qədər mənim qardaşım bizim yanımızda idi, qardaş Türkiyə xalqı bizim yanımızda idi. İkinci Qarabağ savaşı bizim müştərək, şanlı tariximizdir, 30 illik işğala son qoyduq. Savaşın ilk günündə hörmətli Prezident, qardaşım, Prezident Rəcəb Tayyib Ərdoğanın “Azərbaycan yalqız deyil, Türkiyə Azərbaycanın yanındadır” deməsi bir çoxu üçün ciddi mesaj oldu. Savaşın son dəqiqəsinə qədər, Şuşa şəhərində Azərbaycanın bayrağı ucalana qədər Türkiyə bizim arxamızda idi, bizə arxa idi, dayaq idi. Azərbaycan xalqı bu qardaşlığı heç vaxt unutmayacaq”.“Bu gün də biz bir yerdəyik, Qarabağın inşasında bərabər, çiyin-çiyinə çalışırıq”, - Əliyev deyib.Dövlət başçısı bildirib ki, bir çox Türkiyə şirkətləri, o cümlədən bu gözəl Rize-Artvin Hava Limanını inşa edən şirkət də Qarabağda inşaat işləri ilə məşğuldur: “Minlərlə türk qardaşımız bu gün Azərbaycanda Qarabağın inşası ilə bağlı öz işini görür, öz sözünü deyir”.Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan və Türkiyə dünya miqyasında bir-birinə ən yaxın ölkələrdir: “Ölkələrimiz çox böyük sınaqlardan keçib. Keçən il bizim tarixli və qədim şəhərimiz Şuşa şəhərində Türkiyə və Azərbaycan arasında Birgə Bəyannamənin imzalanması bizim münasibətlərimizi müttəfiqlik səviyyəsinə qaldırdı. Biz həm dostuq, həm qardaşıq, həm də artıq rəsmən müttəfiqik. Bu siyasət bizə atalarımızdan qalan mirasdır, atalarımızın vəsiyyətidir və biz bu vəsiyyətə sadiqik”.
https://sputnik.az/20220514/erdogan-turkiyenin-imperializme-qarsi-mubarizesi-qarabagda-ozunu-gosterdi-441930619.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/05/0e/441929186_52:0:585:400_1920x0_80_0_0_5ffc03a858010a42741ec77244a6b460.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
prezident ilham əliyev, türkiyə prezidenti rəcəb tayyib ərdoğan, açılış
prezident ilham əliyev, türkiyə prezidenti rəcəb tayyib ərdoğan, açılış
Prezident İlham Əliyev: “İkinci Qarabağ savaşı bizim müştərək, şanlı tariximizdir”
20:34 14.05.2022 (Yenilənib: 20:45 14.05.2022) Rize-Artvin Hava Limanının açılışında iştirak edən Azərbaycan Prezidenti İlham Əliyev bir sıra mühüm bəyanatlar verib.
BAKI, 14 may - Sputnik. “Bu gün sizinlə bərabər olmaq mənim üçün böyük xoşbəxtlikdir. Bu gün bu gözəl mərasimdə Azərbaycan Prezidentinin iştirakı Türkiyə-Azərbaycan birliyinin növbəti təzahürüdür”.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla birlikdə Rize-Artvin Hava Limanının açılışında iştirak edən Azərbaycan Prezidenti İlham Əliyev bildirib.
Prezident vurğulayıb ki, biz hər zaman bir yerdəyik - xoş günlərdə də, çətin günlərdə də və İkinci Qarabağ savaşı bunu bir daha bütün dünyaya göstərib: “İlk saatlardan savaşın son gününə qədər mənim qardaşım bizim yanımızda idi, qardaş Türkiyə xalqı bizim yanımızda idi. İkinci Qarabağ savaşı bizim müştərək, şanlı tariximizdir, 30 illik işğala son qoyduq. Savaşın ilk günündə hörmətli Prezident, qardaşım, Prezident Rəcəb Tayyib Ərdoğanın “Azərbaycan yalqız deyil, Türkiyə Azərbaycanın yanındadır” deməsi bir çoxu üçün ciddi mesaj oldu. Savaşın son dəqiqəsinə qədər, Şuşa şəhərində Azərbaycanın bayrağı ucalana qədər Türkiyə bizim arxamızda idi, bizə arxa idi, dayaq idi. Azərbaycan xalqı bu qardaşlığı heç vaxt unutmayacaq”.
“Bu gün də biz bir yerdəyik, Qarabağın inşasında bərabər, çiyin-çiyinə çalışırıq”, - Əliyev deyib.
Dövlət başçısı bildirib ki, bir çox Türkiyə şirkətləri, o cümlədən bu gözəl Rize-Artvin Hava Limanını inşa edən şirkət də Qarabağda inşaat işləri ilə məşğuldur: “Minlərlə türk qardaşımız bu gün Azərbaycanda Qarabağın inşası ilə bağlı öz işini görür, öz sözünü deyir”.
Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan və Türkiyə dünya miqyasında bir-birinə ən yaxın ölkələrdir: “Ölkələrimiz çox böyük sınaqlardan keçib. Keçən il bizim tarixli və qədim şəhərimiz Şuşa şəhərində Türkiyə və Azərbaycan arasında Birgə Bəyannamənin imzalanması bizim münasibətlərimizi müttəfiqlik səviyyəsinə qaldırdı. Biz həm dostuq, həm qardaşıq, həm də artıq rəsmən müttəfiqik. Bu siyasət bizə atalarımızdan qalan mirasdır, atalarımızın vəsiyyətidir və biz bu vəsiyyətə sadiqik”.