Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

"Microsoft" şirkəti azərbaycanlı müəllimlər üçün təlim təşkil edəcək

© MARIO TAMA / GETTY IMAGES NORTH AMERICA / Getty Images via AFPWindows loqosu, arxiv şəkli
Windows loqosu, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 14.05.2022
Abunə olmaq
Şirkətin "Windows" və "Microsoft Office" kimi məhsullar üzrə aparıcı eksperti təlim keçəcək. Həmin müddətdə müəllimlər alətlərin canlı nümayişini izləmək və faydalı materiallar əldə etmək imkanı əldə edəcəklər.
BAKI, 14 may — Sputnik. Mayın 17-də "Microsoft" şirkəti tərəfindən azərbaycanlı müəllimlər üçün ""Windows"-un müasir versiyalarında tədris alətləri" mövzusunda təlim təşkil ediləcək.
Təhsil Nazirliyindən bildirilib ki, təlim şirkətin "Windows" və "Microsoft Office" kimi məhsullar üzrə aparıcı eksperti Marat Xayrulin tərəfindən rus dilində aparılacaq. Marat Xayrulin, eyni zamanda, "Microsoft Inclusive Tools" təlim kursunun və "İnklüziv alətlər kataloqu"nun müəlliflərindən biridir.
Təlim çərçivəsində "Windows 10" və "Windows 11" sistemlərində müəllimin işini daha səmərəli və asanlaşdıracaq, daha yaradıcı təlim materiallarının yaradılmasına kömək edəcək alətlər barədə, eləcə də inklüziv təhsil imkanlarından danışılacaq. Təlim müddətində müəllimlər alətlərin canlı nümayişini izləmək və faydalı materiallar əldə etmək imkanı əldə edəcəklər.
Qeyd edək ki, ötən tədris ilində eyni məzmunlu təlim 900-ə yaxın müəllimin iştirakı ilə "Virtual məktəb" platforması üzərindən onlayn təşkil olunub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Tələbələr - Sputnik Azərbaycan, 1920, 06.05.2022
TƏHSİL
Azərbaycandakı özəl məktəblərdə təhsil haqqı niyə bu qədər yüksəkdir?
Xəbər lenti
0