https://sputnik.az/20220514/meshur-asbazin-telebesinden-sah-plovun-hazirlanma-qaydasi-441790856.html
Məşhur aşpazın tələbəsindən "Şah plov"un hazırlanma qaydası
Məşhur aşpazın tələbəsindən "Şah plov"un hazırlanma qaydası
Sputnik Azərbaycan
Mərhum Şahhüseyn usta bu yeməyi təkmilləşdirərək Azərbaycanda ilk dəfə restoran sisteminə gətirib və məşhurlaşdırıb. 14.05.2022, Sputnik Azərbaycan
2022-05-14T11:50+0400
2022-05-14T11:50+0400
2022-05-15T18:44+0400
video
azərbaycan
resept
https://cdnn1.img.sputnik.az/img/07e6/05/0a/441790824_0:0:1920:1080_1920x0_80_0_0_28974f0f51e286562b6cda4f49b6f014.jpg
Azərbaycanda plovun 200 növü var. Amma bunların içində ən məşhuru "Şah plov"dur.Dünya şöhrətli aşpaz, mərhum Şahhüseyn Kərimov "Şah Plov"un hazırlanmasını öz ustadından öyrənib. Şahhüseyn usta bu yeməyi təkmilləşdirərək Azərbaycanda ilk dəfə restoran sisteminə gətirib və məşhurlaşdırıb. Bu plovun hazırlanma reseptini Şahhüseyn ustanın tələbəsi Elçin Həsənov təqdim edir:5 nəfərlik "Şah plov"un hazırlanması üçün lazım olan ərzaqlar:1 kq. düyü,25 ədəd lavaş,800 qram əridilmiş kərə yağı,120 qram qaysı,120 qram kişmiş,120 qram qurudulmuş alça,150 qram şabalıd,500 qram sümüksüz quzu əti,Palçıq turşu,Duz, istiot"Şah plov"un hazırlanması üçün götürülən düyü bişərkən yaxşı şişməsi üçün 3 saatdan artıq duzlu suda isladılır. Düyü yuyulduqdan sonra qaynar suda bişirilərək süzülür. Ardınca əvvəlcədən əridilən kərə yağı mətbəx fırçası ilə qazanın dibinə sürtülür. Lavaşlar bir üzü yağlanaraq qazana döşənilir. Süzülən düyünün bir hissəsi lavaşın üzərinə tökülür. Sonra quzu ətinə duz, istiot və turşu vurularaq düyünün üzərinə düzülür. Düyünün növbəti hissəsi quzu ətinin üzərinə tökülür. Onun üstündən şabalıd, qaysı, quru alça və kişmiş döşənir, yerdə qalan düyü əlavə edilir.Sonra lavaşlar yağlanaraq plovun üstünə örtülür. Əridilmiş kərə yağı plovun üzərinə əlavə edilir. Qazanın ağzı örtüldükdən sonra sobanın içərisində 200 dərəcə istidə təxminən 3 saata yaxın bişirilir. Nuş olsun!Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Rahim Muradov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/12/427255823_400:0:1761:1361_100x100_80_0_0_b246b0bf66f2c844542938b0f12f2dc3.jpg
Rahim Muradov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/12/427255823_400:0:1761:1361_100x100_80_0_0_b246b0bf66f2c844542938b0f12f2dc3.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/05/0a/441790824_240:0:1680:1080_1920x0_80_0_0_2cd84b6a337d4c8695fd0c7c1c868af6.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Rahim Muradov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/12/427255823_400:0:1761:1361_100x100_80_0_0_b246b0bf66f2c844542938b0f12f2dc3.jpg
azərbaycan, resept, видео
azərbaycan, resept, видео
Məşhur aşpazın tələbəsindən "Şah plov"un hazırlanma qaydası
11:50 14.05.2022 (Yenilənib: 18:44 15.05.2022) Mərhum Şahhüseyn usta bu yeməyi təkmilləşdirərək Azərbaycanda ilk dəfə restoran sisteminə gətirib və məşhurlaşdırıb.
Azərbaycanda plovun 200 növü var. Amma bunların içində ən məşhuru "Şah plov"dur.
Dünya şöhrətli aşpaz, mərhum Şahhüseyn Kərimov "Şah Plov"un hazırlanmasını öz ustadından öyrənib. Şahhüseyn usta bu yeməyi təkmilləşdirərək Azərbaycanda ilk dəfə restoran sisteminə gətirib və məşhurlaşdırıb. Bu plovun hazırlanma reseptini Şahhüseyn ustanın tələbəsi Elçin Həsənov təqdim edir:
5 nəfərlik "Şah plov"un hazırlanması üçün lazım olan ərzaqlar:
800 qram əridilmiş kərə yağı,
120 qram qurudulmuş alça,
500 qram sümüksüz quzu əti,
"Şah plov"un hazırlanması üçün götürülən düyü bişərkən yaxşı şişməsi üçün 3 saatdan artıq duzlu suda isladılır. Düyü yuyulduqdan sonra qaynar suda bişirilərək süzülür. Ardınca əvvəlcədən əridilən kərə yağı mətbəx fırçası ilə qazanın dibinə sürtülür. Lavaşlar bir üzü yağlanaraq qazana döşənilir. Süzülən düyünün bir hissəsi lavaşın üzərinə tökülür.
Sonra quzu ətinə duz, istiot və turşu vurularaq düyünün üzərinə düzülür. Düyünün növbəti hissəsi quzu ətinin üzərinə tökülür. Onun üstündən şabalıd, qaysı, quru alça və kişmiş döşənir, yerdə qalan düyü əlavə edilir.
Sonra lavaşlar yağlanaraq plovun üstünə örtülür. Əridilmiş kərə yağı plovun üzərinə əlavə edilir. Qazanın ağzı örtüldükdən sonra sobanın içərisində 200 dərəcə istidə təxminən 3 saata yaxın bişirilir. Nuş olsun!
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.