https://sputnik.az/20220514/lavrov-rusiyanin-serq-olkeleri-ile-daha-da-yaxinlasmasi-qacilmaz-prosesdir-441931712.html
Lavrov: "Rusiyanın Şərq ölkələri ilə daha da yaxınlaşması qaçılmaz prosesdir"
Lavrov: "Rusiyanın Şərq ölkələri ilə daha da yaxınlaşması qaçılmaz prosesdir"
Sputnik Azərbaycan
Rusiyanın xarici siyasət idarəsinin başçısı ölkəsinin Şərq dövlətləri ilə yaxınlaşması məsələsini şərh edib. 14.05.2022, Sputnik Azərbaycan
2022-05-14T18:41+0400
2022-05-14T18:41+0400
2022-05-14T18:42+0400
rusiya xin rəhbəri sergey lavrov
rusiya
hindistan
çin
https://cdnn1.img.sputnik.az/img/07e6/05/0d/441890640_0:0:3129:1761_1920x0_80_0_0_35e038b9826a39a39d5d003a97c9f5dc.jpg
BAKI, 14 may - Sputnik. "Rusiyanın Çin, Hindistan və digərləri kimi keçmiş “qızıl milyard”dan kənar ölkələrlə daha da yaxınlaşması qaçılmaz prosesdir və qarşılıqlı xarakter daşıyır".APA-nın məlumatına görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Xarici və Müdafiə Siyasəti Şurasının 30-cu assambleyası zamanı deyib.Lavrov qeyd edib ki, Rusiya-Çin münasibətləri öz tarixinin ən yaxşı səviyyəsindədir, Hindistanla xüsusi imtiyazlı strateji tərəfdaşlıq dərinləşir:"Əlcəzair, Misirlə strateji tərəfdaşlıq, Fars körfəzi ölkələri ilə əlaqələr yeni səviyyəyə yüksəlir. Eyni şey Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyası, Asiya-Sakit okean regionunun digər ölkələri, Yaxın Şərq, Asiya, Afrika, Latın Amerikası ilə bağlı da baş verir. Biz bilirik ki, indiki kritik mərhələdə Rusiyanın və bütün digərlərinin dünya düzəninin gələcək arxitekturasında yeri müəyyənləşir. Qərb siyasətçiləri başa düşməlidirlər ki, onların Rusiyanı təcrid etmək cəhdləri məhvə məhkumdur”, deyə Rusiya XİN başçısı vurğulayıb.
https://sputnik.az/20220513/lavrov-qerbin-sanksiyalarinin-meqsedini-aciqladi-441896458.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/05/0d/441890640_139:0:2870:2048_1920x0_80_0_0_28dfb6e4b987f480420a04fd54481c14.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
rusiya xin rəhbəri sergey lavrov, hindistan, çin
rusiya xin rəhbəri sergey lavrov, hindistan, çin
Lavrov: "Rusiyanın Şərq ölkələri ilə daha da yaxınlaşması qaçılmaz prosesdir"
18:41 14.05.2022 (Yenilənib: 18:42 14.05.2022) Rusiyanın xarici siyasət idarəsinin başçısı ölkəsinin Şərq dövlətləri ilə yaxınlaşması məsələsini şərh edib.
BAKI, 14 may - Sputnik. "Rusiyanın Çin, Hindistan və digərləri kimi keçmiş “qızıl milyard”dan kənar ölkələrlə daha da yaxınlaşması qaçılmaz prosesdir və qarşılıqlı xarakter daşıyır".
APA-nın məlumatına görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Xarici və Müdafiə Siyasəti Şurasının 30-cu assambleyası zamanı deyib.
Lavrov qeyd edib ki, Rusiya-Çin münasibətləri öz tarixinin ən yaxşı səviyyəsindədir, Hindistanla xüsusi imtiyazlı strateji tərəfdaşlıq dərinləşir:
"Əlcəzair, Misirlə strateji tərəfdaşlıq, Fars körfəzi ölkələri ilə əlaqələr yeni səviyyəyə yüksəlir. Eyni şey Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyası, Asiya-Sakit okean regionunun digər ölkələri, Yaxın Şərq, Asiya, Afrika, Latın Amerikası ilə bağlı da baş verir. Biz bilirik ki, indiki kritik mərhələdə Rusiyanın və bütün digərlərinin dünya düzəninin gələcək arxitekturasında yeri müəyyənləşir. Qərb siyasətçiləri başa düşməlidirlər ki, onların Rusiyanı təcrid etmək cəhdləri məhvə məhkumdur”, deyə Rusiya XİN başçısı vurğulayıb.