Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Lavrov Qərbin sanksiyalarının məqsədini açıqladı

© Photo : Press service of the Ministry of Foreign Affairs of the Russian Federation / Mediabanka keçidМинистр иностранных дел РФ Сергей Лавров
Министр иностранных дел РФ Сергей Лавров - Sputnik Azərbaycan, 1920, 13.05.2022
Abunə olmaq
Rusiya XİN rəhbəri jurnalistlərin suallarını cavablandırarkən bildirib ki, sanksiyalar əlaqələri pozmaq rolunu oynamaq üçün nəzərdə tutulub və Qərb bunu gizlətmir.
BAKI, 13 may — Sputnik. Başqa dövlətlərin Rusiyaya qarşı sanksiyalara qoşulmasını tələb edən Qərb ölkələrinin mövqeyi həyasızlıq və tərbiyəsizlikdir. Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov jurnalistlərə açıqlamasında bildirib.
"Sanksiyalar əlaqələri pozmaq rolunu oynamaq üçün nəzərdə tutulub və Qərb bunu gizlətmir. Amerikalılar Mərkəzi Asiya ölkələrini müxtəlif səviyyələrdə toplayanda birbaşa deyirlər ki, siz Rusiya ilə əməkdaşlığı davam etdirməyə cəsarət etməməlisiniz. Rusiya onsuz da dağıdılmış ölkədir, ona görə bizə inanın. Çin haqqında da eyni şeyi deyirlər. Çünki Çinin Qərb sanksiyalarını pozmağa cəsarət etməyəcəyini iddia edirlər. Bu, hədsiz özünəəminlik, həyasız və tərbiyəsiz mövqedir. Mən qərbli həmkarlarımızın hərəkətlərini belə adlandıracağam", - deyə o, MDB Nazirlər Şurasının iclasının yekununda bildirib.
Rusiya XİN rəhbəri deyib ki, Qərb ölkələri MDB, KTMT, ŞƏT daxilində müttəfiqlik münasibətlərinə xələl gətirməyə çalışırlar: "Biz qərbli həmkarlarımızın - ABŞ, Aİ, NATO üzvlərinin Mərkəzi Asiya regionu ilə bağlı cəhdlərini nəzərə alaraq vəziyyəti müzakirə etdik.
Xatırladaq ki, Tacikistanın paytaxtı Düşənbə şəhərində MDB Xarici İşlər Nazirləri (XİN) Şurasının iclası keçirilir. İclasda regional və beynəlxalq mövzularda fikir mübadiləsi aparılacaq.
Xüsusi diqqət beynəlxalq təhlükəsizlik, mədəni, humanitar və elmi sahədə əməkdaşlığın möhkəmlənməsinə yönələcək.
Qeyd edək ki, MDB Xarici İşlər Nazirləri Şurasının iclası ənənəvi olaraq ildə iki dəfə keçirilir. Bu il üzrə növbəti toplantı Qazaxıstanın paytaxtı Nur-Sultanda keçiriləcək. Quruma bu il Qazaxıstan sədrlik edir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0