DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Fransızların fikrincə, Avropanın Rusiyaya qarşı sanksiyalarının onlara faydası yoxdur

© AP Photo / Francois MoriAİ və Fransa bayraqları
Aİ və Fransa bayraqları - Sputnik Azərbaycan, 1920, 14.05.2022
Abunə olmaq
Rusiyaya qarşı sanksiyalar nəticəsində yanacağın qiyməti qalxır. Fransanın "Le Figaro" qəzetinin oxucuları yaranmış vəziyyətdən narazılıqlarını bildiriblər.
BAKI, 14 may — Sputnik. Fransanın "Le Figaro" qəzetinin oxucuları Rusiya əleyhinə sanksiyalara qarşı çıxıblar
Fransanın "Le Figaro" qəzetinin oxucuları anti-Rusiya sanksiyalarına qarşı çıxıblar, çünki bu sanksiyalar Moskvadan daha çox Avropaya zərbə vuracaq.
Enerji qiymətlərinin artması sayəsində Rusiyanın, Avropanın məhdudiyyətlərindən faydalandığını hesab edən şərhçilər neft embarqosuna son qoymağa çağırırlar.
"Sanksiyalar Avropa iqtisadiyyatını məhv edəcək! Nazirlər isə xalqa alıcılıq qabiliyyətinin artacağını vəd etməkdə davam edirlər", - Joe2222 ləqəbli istifadəçi qəzəbini gizlətmir.
"Birləşmiş Ştatlar Rusiyaya qarşı vuruşur, Fransa isə iki od arasında qalıb və başqalarının səhvlərinin əvəzini ödəməyə ehtiyac yoxdur" - deyə alain 40 ləqəbli istifadəçi yazıb.
"Sanksiyalar səmərəsizdir. Putin bunu bilir və yaranmış vəziyyətdən istifadə edir. Avropanın bu zəifliyi Almaniyanın ictimai təzyiq altında nüvə enerjisindən uzaqlaşan məsuliyyətsiz və intiharçı enerji siyasətinin nəticəsi idi", - deyə E6O8 əlavə edib.
"Rusiyanın iqtisadi vəziyyəti Avropadan daha yaxşıdır, çünki, Rusiyadan fərqli olaraq, biz daha bahalı olan yeni enerji mənbələri axtarmağa məcburuq. Bu sanksiyalar ABŞ üçün faydalıdır, tarix göstərir ki, onlar həmişə Avropadakı münaqişələr zamanı zənginləşiblər", - Qtr1405 ləqəbli istifadəçi belə yazır.
Ukraynanın denazifikasiyası və demilitarizasiyası üzrə xüsusi hərbi əməliyyatın başlamasından sonra Qərb ölkələri Moskvaya sanksiya təzyiqlərini artırıblar.
Hazırda Avropa Komissiyası, xüsusilə də Rusiya neftinin idxalının mərhələli şəkildə dayandırılmasını ehtiva edən altıncı məhdudlaşdırıcı tədbirlər paketini müzakirə edir. Macarıstan, Slovakiya, Çexiya və Bolqarıstan da daxil olmaqla bəzi ölkələr özləri üçün istisnalar tələb etdiyindən bununla bağlı razılıq əldə etmək hələ mümkün olmayıb.
Bunun fonunda yanacağın qiyməti qalxır ki, bu da artıq Avropa və ABŞ-da iqtisadi problemlərə səbəb olub. Belə ki, Avrostat-ın ilkin hesablamalarına görə, Avrozonanın 19 ölkəsində illik inflyasiya apreldə rekord 7,5 faizə yüksəlib, halbuki, bu rəqəm bir il əvvəl cəmi 1,6 faiz idi.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0