https://sputnik.az/20220514/azebaycanin-yasil-enerjisi-ixraci-ucun-sertifikat-lazimdir-441885702.html
Azəbaycanın yaşıl enerjisi ixracı üçün sertifikat lazımdır
Azəbaycanın yaşıl enerjisi ixracı üçün sertifikat lazımdır
Sputnik Azərbaycan
Bərpa Olunan Enerji Beynəlxalq Agentliyinin sədr müavini Cəmil Məlikov deyir ki, artıq belə sertifikatların yaradılması nəzərdə tutulur. 14.05.2022, Sputnik Azərbaycan
2022-05-14T08:55+0400
2022-05-14T08:55+0400
2022-05-14T10:01+0400
azərbaycan xəbərləri
azərbaycan
bərpaolunan enerji
enerji
energetika nazirliyi
https://cdnn1.img.sputnik.az/img/07e6/04/14/441250605_0:320:3072:2048_1920x0_80_0_0_22451b5a712761a21699442b4a206c2f.jpg
BAKI, 14 may — Sputnik. Bizim "yaşıl enerji" üçün stansiyalarımız varsa, əldə olunan məhsulu sırf "Yaşıl enerji" kimi xaricə sata bilməyəcəyik. Çünki bunun üçün ilk olaraq "yaşıl sertifikatlar" olmalıdır və bu sənədlə satış rəsmiləşməlidir. Bu sözləri Energetika üzrə - Bərpa Olunan Enerji Beynəlxalq Agentliyinin sədr müavini Cəmil Məlikov deyib. Onun dediyinə görə, hazırda bu istiqamətdə olan əsas məsələlərdən biri sertifikatlarla bağlı müəyyən işlərin görülməsidir.Cəmil Məlikov bildirir ki, dünyada "yaşıl enerji"nin uçotu məhz qeyd olunan sənədlə - "yaşıl sertifikatlar"ın hesabına aparılır. "Yaşıl enerji"nin satışı üçünsə beynəlxalq standartlara cavab verən sertifikat mexanizmləri formalaşmalıdır: "Artıq belə sertifikatların yaradılması nəzərdə tutulur. Yaxın günlərdə həmin sertifikatların verilmə qaydalarının təsdiqlənməsi gözlənilir. Bioyanacaqların istehsalı təşkil olunsa, yaxud da "yaşıl sertifikatlar" üçün lazımi qaydalar, qərarlar qəbul olunsa, həyata keçsə, o zaman "yaşıl enerji"nin satışına nail ola bilərik. Əks təqdirdə, ixrac zamanı elektrik enerjisinin nədən əldə edildiyini başqa cür sübut etmək mümkün deyil".C.Məlikovun fikrincə, kənd təsərrüfatı, meşə tullantıları, hətta fındıq qabıqları, taxta parçaları, pambıq çubuqlarından breketlər düzəldib onları ixrac edə bilsək, bu, Azərbaycanın bioyanacaq sənayesinin formalaşması, ölkəmizin ixrac potensialının artıırması baxımından maraqlı biznes sahəsi ola bilər. Hələlik Azərbaycanda belə biznes sənayesi formalaşmayıb. Bioyanacaqların da Avropa standartlarına uyğunluğunun vacib olduğunu vurğulayan Məlikov deyib ki, Azərbaycanda bioqazın istehsalı da yoxdur:"Bu, kifayət qədər təmiz qazdır və "yaşıl enerji" resursu kimi qiymətləndirilir. Bundan başqa, hansısa bitkilərdən biodizel istehsal etmək olar. Hazırda Azərbaycanda bu, məqsədəuyğun hesab edilmir. Çünki yeyinti məhsullarının becərilməsi Azərbaycan üçün xüsusi əhəmiyyətlidir, nəinki onun enerji resursu kimi istifadəsi".Energetika Nazirliyindən verilən məlumata görə, Ermənistan istisna olmaqla, Azərbaycandan bütün qonşu ölkələrə elektrik enerjisi ixrac edilir.İstehsal prosesi bitdikdən sonra bu enerji növlərini bir-birindən fərqləndirmək mümkün olmadığından, dəqiq nə qədər "yaşıl enerji" ixrac olunduğunu söyləmək mümkünsüzdür.Lakin istehsal olunan enerjinin miqdarında "yaşıl enerji"nin həcmi artıbsa, bu o deməkdir ki, avtomatik olaraq ixrac olunan enerjinin miqdarında "yaşıl enerji"nin payı artıb. Nazirliyin məlumatında bildirilir ki, 2021-ci ildə respublikada ümumi elektrik enerjisi istehsalı 27. 8 milyard kVt·st olub və 2020-ci illə (25 811,2 mln. kVt·st) müqayisədə 2 044,5 mln. kVt·st (7,9%) artıb. 2021-ci ildə elektrik enerjisinin istehsalı İES-lərdə 26 238,5 mln. kVt·st, SESlərdə 1277,3 mln. kVt·st, digər mənbələr üzrə isə cəmisi 339,9 mln. kVt·st, o cümlədən, KES-lərdə 91,5 mln. kVt·st, GES-lərdə 55,2 mln. kVt·st, bio ES-lərdə 193,2 mln. kVt·st olub.Qeyd edək ki, ənənəvi elektrik enerjisindən fərqli olaraq "Yaşıl enerji" istehsalı zamanı təbiətə heç bir ziyan vurulmur. Günəş panellərinin üzərinə şüalar düşədə avtomatik elektrik enerjisi istehsal olunur, təbiətə hansısa ziyan dəymir, istixana qazları yaranmır.2021-ci il ərzində “Azalternativenerji” MMC-də 9,191 mln.kVt.st elektrik enerjisi, 812,960 Qkal istilik enerjisi istehsal edilib.Xatırladaq ki, bir müddət öncə Azərbaycan Rumıniyaya “yaşıl enerji” ixracının perspektivlərini müzakirə edib. İkitərəfli görüşdə Xəzər dənizinin Azərbaycana məxsus hissəsində mövcud olan nəhəng külək resursu hesabına “yaşıl enerji”nin istehsalı və Rumıniyaya ixracı perspektivləri müzakirə edilib.Bundan başqa, Energetika naziri Pərviz Şahbazovla Fransanın Avropa və Xarici İşlər Nazirliyinin nümayəndələri və “ENGIE” şirkətinin vitse-prezidenti, “Eurogas” Beynəlxalq Assosiasiyasının prezidenti Didier Holleaux arasında baş tutan görüşdə isə qeyd olunub ki, reallaşdırılan 470 meqavatlıq külək və günəş elektrik stansiyalarının istismara verilməsi ilə ildə 330mln. kubmetr təbii qaza qənaət ediləcək. Həmçinin 2036-cı ilədək reallaşdırılması nəzərdə tutulan 7,2 GVt-lıq potensialı hesabına “yaşıl enerji” də Xəzər dənizinin külək enerjisi Avropa ölkələrinə ixrac edilə bilər.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20220216/qarabag-ve-serqi-zengezurda-yasil-enerji-zonasi-439204699.html
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/04/14/441250605_288:0:3019:2048_1920x0_80_0_0_dbb91be822ccbabbfbb0fa7c4517959c.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
azərbaycan, bərpaolunan enerji, enerji, energetika nazirliyi
azərbaycan, bərpaolunan enerji, enerji, energetika nazirliyi
Azəbaycanın yaşıl enerjisi ixracı üçün sertifikat lazımdır
08:55 14.05.2022 (Yenilənib: 10:01 14.05.2022) Bərpa Olunan Enerji Beynəlxalq Agentliyinin sədr müavini Cəmil Məlikov deyir ki, artıq belə sertifikatların yaradılması nəzərdə tutulur.
BAKI, 14 may — Sputnik. Bizim "yaşıl enerji" üçün stansiyalarımız varsa, əldə olunan məhsulu sırf "Yaşıl enerji" kimi xaricə sata bilməyəcəyik. Çünki bunun üçün ilk olaraq "yaşıl sertifikatlar" olmalıdır və bu sənədlə satış rəsmiləşməlidir.
Bu sözləri Energetika üzrə - Bərpa Olunan Enerji Beynəlxalq Agentliyinin sədr müavini Cəmil Məlikov deyib. Onun dediyinə görə, hazırda bu istiqamətdə olan əsas məsələlərdən biri sertifikatlarla bağlı müəyyən işlərin görülməsidir.
Cəmil Məlikov bildirir ki, dünyada "yaşıl enerji"nin uçotu məhz qeyd olunan sənədlə - "yaşıl sertifikatlar"ın hesabına aparılır. "Yaşıl enerji"nin satışı üçünsə beynəlxalq standartlara cavab verən sertifikat mexanizmləri formalaşmalıdır:
"Artıq belə sertifikatların yaradılması nəzərdə tutulur. Yaxın günlərdə həmin sertifikatların verilmə qaydalarının təsdiqlənməsi gözlənilir. Bioyanacaqların istehsalı təşkil olunsa, yaxud da "yaşıl sertifikatlar" üçün lazımi qaydalar, qərarlar qəbul olunsa, həyata keçsə, o zaman "yaşıl enerji"nin satışına nail ola bilərik. Əks təqdirdə, ixrac zamanı elektrik enerjisinin nədən əldə edildiyini başqa cür sübut etmək mümkün deyil".
C.Məlikovun fikrincə, kənd təsərrüfatı, meşə tullantıları, hətta fındıq qabıqları, taxta parçaları, pambıq çubuqlarından breketlər düzəldib onları ixrac edə bilsək, bu, Azərbaycanın bioyanacaq sənayesinin formalaşması, ölkəmizin ixrac potensialının artıırması baxımından maraqlı biznes sahəsi ola bilər. Hələlik Azərbaycanda belə biznes sənayesi formalaşmayıb.
Bioyanacaqların da Avropa standartlarına uyğunluğunun vacib olduğunu vurğulayan Məlikov deyib ki, Azərbaycanda bioqazın istehsalı da yoxdur:
"Bu, kifayət qədər təmiz qazdır və "yaşıl enerji" resursu kimi qiymətləndirilir. Bundan başqa, hansısa bitkilərdən biodizel istehsal etmək olar. Hazırda Azərbaycanda bu, məqsədəuyğun hesab edilmir. Çünki yeyinti məhsullarının becərilməsi Azərbaycan üçün xüsusi əhəmiyyətlidir, nəinki onun enerji resursu kimi istifadəsi".
Energetika Nazirliyindən verilən məlumata görə, Ermənistan istisna olmaqla, Azərbaycandan bütün qonşu ölkələrə elektrik enerjisi ixrac edilir.
İstehsal prosesi bitdikdən sonra bu enerji növlərini bir-birindən fərqləndirmək mümkün olmadığından, dəqiq nə qədər "yaşıl enerji" ixrac olunduğunu söyləmək mümkünsüzdür.
Lakin istehsal olunan enerjinin miqdarında "yaşıl enerji"nin həcmi artıbsa, bu o deməkdir ki, avtomatik olaraq ixrac olunan enerjinin miqdarında "yaşıl enerji"nin payı artıb.
Nazirliyin məlumatında bildirilir ki, 2021-ci ildə respublikada ümumi elektrik enerjisi istehsalı 27. 8 milyard kVt·st olub və 2020-ci illə (25 811,2 mln. kVt·st) müqayisədə 2 044,5 mln. kVt·st (7,9%) artıb. 2021-ci ildə elektrik enerjisinin istehsalı İES-lərdə 26 238,5 mln. kVt·st, SESlərdə 1277,3 mln. kVt·st, digər mənbələr üzrə isə cəmisi 339,9 mln. kVt·st, o cümlədən, KES-lərdə 91,5 mln. kVt·st, GES-lərdə 55,2 mln. kVt·st, bio ES-lərdə 193,2 mln. kVt·st olub.
Qeyd edək ki, ənənəvi elektrik enerjisindən fərqli olaraq "Yaşıl enerji" istehsalı zamanı təbiətə heç bir ziyan vurulmur. Günəş panellərinin üzərinə şüalar düşədə avtomatik elektrik enerjisi istehsal olunur, təbiətə hansısa ziyan dəymir, istixana qazları yaranmır.
2021-ci il ərzində “Azalternativenerji” MMC-də 9,191 mln.kVt.st elektrik enerjisi, 812,960 Qkal istilik enerjisi istehsal edilib.
Xatırladaq ki, bir müddət öncə Azərbaycan Rumıniyaya “yaşıl enerji” ixracının perspektivlərini müzakirə edib. İkitərəfli görüşdə Xəzər dənizinin Azərbaycana məxsus hissəsində mövcud olan nəhəng külək resursu hesabına “yaşıl enerji”nin istehsalı və Rumıniyaya ixracı perspektivləri müzakirə edilib.
Bundan başqa, Energetika naziri Pərviz Şahbazovla Fransanın Avropa və Xarici İşlər Nazirliyinin nümayəndələri və “ENGIE” şirkətinin vitse-prezidenti, “Eurogas” Beynəlxalq Assosiasiyasının prezidenti Didier Holleaux arasında baş tutan görüşdə isə qeyd olunub ki, reallaşdırılan 470 meqavatlıq külək və günəş elektrik stansiyalarının istismara verilməsi ilə ildə 330mln. kubmetr təbii qaza qənaət ediləcək. Həmçinin 2036-cı ilədək reallaşdırılması nəzərdə tutulan 7,2 GVt-lıq potensialı hesabına “yaşıl enerji” də Xəzər dənizinin külək enerjisi Avropa ölkələrinə ixrac edilə bilər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.