CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sahibkarların istilik sayğaclarına müdaxiləsi ilə bağlı yoxlama aparıla bilər

© Sputnik / Pavel Lisitsyin / Mediabanka keçidQaz sayğacı
Qaz sayğacı - Sputnik Azərbaycan, 1920, 13.05.2022
Abunə olmaq
Sahibkarların istilik şəbəkəsinə qanunsuz qoşulub-qoşulmadığı yoxlanacaq. Bununla bağlı qanunvericiliyə dəyişiklik edilir.
BAKI, 13 may — Sputnik. Sahibkarlıq sahəsində aparılmasına icazə verilən yoxlamaların sayı artırılır.
Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, istilik sayğaclarının göstəricilərinin oxunması zamanı müəyyən edilən həmin sayğaclara müdaxilə, habelə sayğacdan kənar istilik şəbəkəsinə qanunsuz qoşulma (təchizat müəssisəsinin razılığı olmadan şəbəkəyə qoşulma) hallarının araşdırılması ilə bağlı yoxlamalar aparıla bilər.
Həmin yoxlamalar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla aparılacaq.
Qanun layihəsi müzakirələrdən sonra səsə qoyularaq birinci oxunuşda qəbul edilib.
Qeyd edək ki, Azərbaycan ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar 2023-cü il yanvarın 1-dək dayandırılıb. Lakin icazə verilən yoxlamalar istisnadır.
Millət vəkili Vüqar Bayramov Sputnik Azərbaycan-a deyib ki, müəyyən edilmiş məhdudiyyətlər nəzərə alınmaqla bu müddətdə yalnız vergi yoxlamaları, maliyyə bazarları sahəsində aparılan yoxlamalar, gömrük auditi, müvafiq icra hakimiyyəti orqanı tərəfindən özəl tibb fəaliyyətinin subyektlərində aparılan yoxlamalar, eləcə də dərman vasitələrinin keyfiyyəti, təhlükəsizliyi qaydalarına riayət edilməsi və qida məhsullarının təhlükəsizliyinə nəzarətin həyata keçirilməsi ilə bağlı yoxlamalar, yanğın nəzarəti, tikintiyə dövlət nəzarəti, təhlükə potensiallı obyektlərin və dağ-mədən sahələrinin təhlükəsiz istismarına nəzarət və radiasiya təhlükəsizliyinə nəzarət sahəsində yoxlamalar davam etdirilə bilər.
"Əlavə olaraq "Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" qanunun tələblərinə əməl edilməsinə nəzarətin həyata keçirilməsi ilə bağlı həmin qanunla müəyyən edilmiş nəzarət orqanları tərəfindən həyata keçirilən yoxlamalar, habelə insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına mühüm təhlükə yaradan hallar üzrə siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən yoxlamalara icazə verilir", - deyə o qeyd edib.
Deputat bildirib ki, digər mühüm məqam yoxlamaların dayandırıldığı müddət başa çatdıqdan sonra da həmin dövrdəki fəaliyyətlə bağlı yoxlamaların aparılmasının qadağan edilməsidir: "Yəni, yoxlamaların qadağan edildiyi müddət bitdikdən sonra sahibkarın yoxlamaların qadağan edildiyi dövr üçün fəaliyyəti yoxlanılmayacaq. Təbii ki, bu zaman icazə verilən yoxlamalar üzrə fəaliyyətlər istisna ediləcək".
Onu da bildirək ki, bu qanun 2015-ci il noyabrın 1-dən qüvvəyə minib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Radiator - Sputnik Azərbaycan, 1920, 13.05.2022
AZƏRBAYCAN XƏBƏRLƏRİ
İstilik enerjisi sahəsində yeni cərimələr gəlir
Xəbər lenti
0