https://sputnik.az/20220513/saglamliq-imkanlari-mehdud-sexslerin-tehsili-ile-bagli-yenilik-441901199.html
Sağlamlıq imkanları məhdud şəxslərin təhsili ilə bağlı yenilik
Sağlamlıq imkanları məhdud şəxslərin təhsili ilə bağlı yenilik
Sputnik Azərbaycan
Sağlamlıq imkanları məhdud şəxslərin cəmiyyətə uyğunlaşması istiqamətində sağlam şəxslərlə birgə təhsil almaları üçün xüsusi şərait yaradılacaq. 13.05.2022, Sputnik Azərbaycan
2022-05-13T14:55+0400
2022-05-13T14:55+0400
2022-05-13T14:55+0400
sağlam
cəmiyyət
övladlığa götürmə
https://cdnn1.img.sputnik.az/img/07e5/06/04/427123670_0:0:3000:1688_1920x0_80_0_0_417c9cb40c590685a11c7c6fe0aa4ee1.jpg
BAKI, 13 may — Sputnik. Azərbaycanda sağlamlıq imkanları məhdud şəxslər sağlam şəxslərlə birgə təhsil ala biləcək.Milli Məclisin bu gün keçirilən iclasında "Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında" qanuna dəyişikliyə baxılıb.Dəyişikliklərə əsasən, sağlamlıq imkanları məhdud şəxslərə zəruri bilik, bacarıq və vərdişlər aşılamaqla onların cəmiyyətə uyğunlaşması istiqamətində sağlam şəxslərlə birgə təhsil almaları üçün xüsusi şərait yaradılacaq.Əsas məqsəd sağlamlıq imkanları məhdud şəxslərin təhsil hüququnu təhsilin bütün pillələri üzrə digər şəxslərlə bərabər səviyyədə təmin etməkdən və onların təhsili üçün maneəsiz mühit yaratmaqdan ibarətdir.Komitə sədri Bəxtiyar Əliyev sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlb edilməsi ilə bağlı görülən tədbirlərdən, yerinə yetirilən dövlət proqramlarından söz açıb.Dəyişikliklər səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.Qeyd edək ki, sağlamlıq imkanları məhdud şəxs - xüsusi şərait yaradılmadan təhsil almasında çətinliklər yaranan fiziki çatışmazlığı, əqli və (və ya) psixi ləngimələri olan şəxs hesab edilir.Xüsusi şərait deyəndə sağlamlıq imkanları məhdud şəxslərin pedaqoji-psixoloji, tibbi, sosial və digər xidmətləri alması üçün yaradılmış şərait nəzərdə tutulur.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20220513/azerbaycanda-ovladliga-verilen-usaqlarin-sayi-aciqlanib-441900672.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/06/04/427123670_333:0:3000:2000_1920x0_80_0_0_e3adbb99b8fe3fbeb021e618101e30db.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
sağlam, övladlığa götürmə
sağlam, övladlığa götürmə
Sağlamlıq imkanları məhdud şəxslərin təhsili ilə bağlı yenilik
Sağlamlıq imkanları məhdud şəxslərin cəmiyyətə uyğunlaşması istiqamətində sağlam şəxslərlə birgə təhsil almaları üçün xüsusi şərait yaradılacaq.
BAKI, 13 may — Sputnik. Azərbaycanda sağlamlıq imkanları məhdud şəxslər sağlam şəxslərlə birgə təhsil ala biləcək.
Milli Məclisin bu gün keçirilən iclasında "Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında" qanuna dəyişikliyə baxılıb.
Dəyişikliklərə əsasən, sağlamlıq imkanları məhdud şəxslərə zəruri bilik, bacarıq və vərdişlər aşılamaqla onların cəmiyyətə uyğunlaşması istiqamətində sağlam şəxslərlə birgə təhsil almaları üçün xüsusi şərait yaradılacaq.
Əsas məqsəd sağlamlıq imkanları məhdud şəxslərin təhsil hüququnu təhsilin bütün pillələri üzrə digər şəxslərlə bərabər səviyyədə təmin etməkdən və onların təhsili üçün maneəsiz mühit yaratmaqdan ibarətdir.
Komitə sədri Bəxtiyar Əliyev sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlb edilməsi ilə bağlı görülən tədbirlərdən, yerinə yetirilən dövlət proqramlarından söz açıb.
Dəyişikliklər səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.
Qeyd edək ki, sağlamlıq imkanları məhdud şəxs - xüsusi şərait yaradılmadan təhsil almasında çətinliklər yaranan fiziki çatışmazlığı, əqli və (və ya) psixi ləngimələri olan şəxs hesab edilir.
Xüsusi şərait deyəndə sağlamlıq imkanları məhdud şəxslərin pedaqoji-psixoloji, tibbi, sosial və digər xidmətləri alması üçün yaradılmış şərait nəzərdə tutulur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.