DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Rusiyanın Ermənistandakı poliqonunda partlayış: ölən var

© SputnikKamxut poliqonu
Kamxut poliqonu - Sputnik Azərbaycan, 1920, 13.05.2022
Abunə olmaq
Rusiya Silahlı Qüvvələrinin Ermənistanın Gümrü rayonundakı 102-ci hərbi bazasına məxsus poliqonda mərminini partlaması nəticəsində 64 yaşlı çoban həlak olub.
BAKI, 13 may - Sputnik. Rusiya Silahlı Qüvvələrinin Ermənistanın Gümrü rayonundakı 102-ci hərbi bazasına məxsus Kamxut poliqonunda baş vermiş partlayış nəticəsində bir nəfər həlak olub.
Sputnik Ermənistan-ın xəbərinə görə Axuryan bələdiyyəsi sədrinin birinci müavini Karen Arşakyan bildirib ki, mərmi saat 15:30 radələrində partlayıb. Hadisə nəticəsində yaxınlıqdakı kənddən olan 1957-ci il təvəllüdlü çoban ölüb.
Arşakyanın sözlərinə görə, həmin vaxt poliqonda heç bir təlim olmayıb: "Ola bilsin, mərmi əvvəlki təlimlərdən qalıb”.
"Mərmi güman ki, əvvəlki təlimlərdən qalıb. Orada kəndin su təchizatı üçün kanal da var. Ola bilsin su mərmini axıdaraq başqa yerə aparıb. Ola bilsin çoban mərmini görüb ona yaxın gedib", - deyə Arşakyan bildirib.
O əlavə edib ki, poliqon məlum səbəblərdən maşınların gediş-gəlişinə bağlıdır. Amma 100 hektarlıq ərazini tam bağlamaq mümkün deyil.
Həlak olan çobanın üç uşağı var.
Xatırladaq ki, 2013-cü ildə də həmin poliqonda qoyun otaran iki yeniyetmə - 12 yaşlı Artur Mkrtçyan və 16 yaşlı Muşeq Gevorkyan ölüb. Onlardan biri çöllükdə partlamamış qumbara görərək əlinə götürüb. Qumbara partlayıb və hər iki yeniyetmə həlak olub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0