Qələm - Sputnik Azərbaycan, 1920
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

NATO-nun burnuna vurulmuş çırtma: Zmeyinı adasının sirləri

Zmeyinı adası - Sputnik Azərbaycan, 1920, 13.05.2022
Abunə olmaq
Kiyev rejimi ABŞ və NATO-nun silah tədarükü, Ukraynanın səfərbərlik ehtiyatlarının sürətlə məhv edilməsi hesabına saxlanılır.
Amerika və İngiltərə məsləhətçilərinin rəhbərliyi altında Ukrayna qoşunları bir neçə gün Zmeyinı adasını ələ keçirməyə çalışsalar da, Rusiya hərbçilərinin yüksək peşəkarlığı bu planı pozdu.
Zmeyinı adasının əməliyyat-strateji əhəmiyyətini qiymətləndirmək çətindir. Ada Dunay çayının mənsəbindən 35 km, Odessa vilayətinin ən yaxın yaşayış məntəqəsindən 48 km, Krımdan isə 180 km məsafədə yerləşir. Bu kiçik torpaq sahəsi (təxminən 600x600 metr) Qara dənizin şimal-qərb hissəsini, eləcə də Rumıniyadan Ukraynaya - su və hava ilə yük (silah) axınını etibarlı şəkildə idarə etməyə imkan verir.
Mayın 9-u ərəfəsində Vaşinqton, Brüssel və Londondakı strateqlərə adanı Rusiya qoşunlarından "azad etmək" məqsədəuyğun görünürdü. Əlbəttə ki, Ukrayna qüvvələri vasitəsilə.
Rusiya hüquq-mühafizə orqanlarındakı mənbənin sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı intiharçı media layihəsinə qarşı çıxıb. Lakin Prezident Volodimir Zelenski şəxsən Zmeyinı adasında desant əməliyyatının aparılması barədə əmr verib.
Bir müddət Rusiya qoşunları adada, dənizdə və radioefirdə qərb strateqlərinin planları ilə "oynayıblar" – elə təəssürat yaratmışdılar ki, guya Zmeyinı adası nəzarətsiz qalıb. Və bu, Ukrayna Silahlı Qüvvələri və NATO-nun desant əməliyyatının sarsıdıcı uğursuzluğunun başlanğıcı oldu.
7-10 may tarixlərində adanı ələ keçirmək üçün perspektivsiz cəhdlər zamanı səmada və dənizdə Zmeyinı adasının yaxınlığında Rusiya Silahlı Qüvvələrinin bölmələri üç Su-24 cəbhə bombardmançısını, bir Su-27 qırıcısını, bir Mi-24 hücum helikopterini, üç Mi-8 çoxməqsədli helikopterləri və göyərtəsində desantların olduğu 58181 "layihəsinə aid üç zirehli Kentavr" qayığını məhv edib, Ukrayna Silahlı Qüvvələrinin elit bölmələrinin 100-dən çox hərbçisi öldürülüb.
Mayın 8-də Odessa yaxınlığında dörd gəmi əleyhinə raket daşıya bilən Ukraynanın 1241 layihəsinə aid "Molniya" korveti yüksək dəqiqlikli silah zərbələri ilə batırılıb.
Rusiya hava hücumundan müdafiə sistemləri Zmeyinı bölgəsində Ukraynanın 30 dronunu, o cümlədən Türkiyə istehsalı olan doqquz "Bayraktar-TB2"ni vurub.
Kiyev rejiminin həmçinin Odessa vilayətinin Artsiz yaşayış məntəqəsi ərazisində, yerdə altı Mi-8 və Mi-24 helikopterləri məhv edilib.
Bundan əlavə, Krımdan atılan "Oniks" raketləri ilə "Bayraktar-TB2" PUA-larının Zmeyinı istiqamətində havaya qalxdığı Çervonoqlinskoye aerodromu (İzmail yaxınlığında) da məhv edilib.
Ukrayna yerdə qalan aviasiyanın hamısını şimala köçürüb.
Hər şey plan üzrə gedir
Mayın 7-10 tarixlərində Zmeyinı adası yaxınlığında baş verən döyüş epizodu, şübhəsiz ki, taktika üzrə akademik dərsliklərə və Rusiya xüsusi təyinatlı qoşunlarının tarixinə daxil ediləcək.
Qara dənizin şimal-qərb hissəsində Ukrayna Silahlı Qüvvələrinin desant əməliyyatının uğursuzluğu və Rusiya Silahlı Qüvvələrinin əməliyyat-strateji mövqelərinin (üstünlüklərinin) qorunub saxlanılması NATO-nun "tərəfdaşlarının" burnuna vurulmuş ciddi zərbə idi.
Qeyd edək ki, NATO-nun "tərəfdaşları"nın burnundan aldığı bu zərbə nə ilk, nə də sonuncudur. Bu yaxınlarda Ukraynanın Zmeyinı qarnizonu müqavimət göstərmədən Rusiya qoşunlarına təslim olub və ölkə Prezidenti Volodimir Zelenski isə öz "qəhrəmanlarını" ölümündən sonra mükafatlandırıb.
Ukrayna Silahlı Qüvvələrinin dəhşətli itkilərinə baxmayaraq, adanın ələ keçirilməsi Kiyev və Qərb tərəfindən Rumıniyadan Ukraynaya silah və yanacaq-sürtkü materiallarının dəniz tranzitini açmağa imkan yaradacaq ən mühüm "qələbə" kimi qəbul olunur. Buna görə də burada hərbi əməliyyatlar davam edəcək.
Digər tərəfdən, Rusiya cənub istiqamətində böyük qüvvələr cəmləşdirir və orta müddətli perspektivdə Zmeyinı adası Nikolayev və Odessa uğrundakı döyüşlərdə mühüm rol oynayacaq.
Odessaya diqqət yetirməklə, Rusiya qoşunları döyüş fəallığını əhəmiyyətli dərəcədə artırıb, hər gün ön cəbhədə və Ukrayna qoşunlarının cəbhə arxasının bütün dərinliyində yüzlərlə zərbə endiriblər.
Rusiyanın xüsusi hərbi əməliyyatı başlayandan bəri Ukraynanın 164 təyyarəsi, 125 helikopter, 807 pilotsuz uçuş aparatı, 302 zenit-raket kompleksi, 2998 tank və digər zirehli döyüş texnikası, 360 reaktiv yaylım atəşi sistemi, 1455 sahə artilleriyası və minaatan qurğuları, o cümlədən 2808 ədəd Ukrayna Silahlı Qüvvələrinin xüsusi hərbi avtomobil texnikası məhv edilib.
Bu o deməkdir ki, fevralın 24-nə Ukrayna ordusunun demək olar ki, bütün hərbi texnikası darmadağın edilib.
Ukrayna Silahlı Qüvvələrinin və Ukrayna Milli Qvardiyasının həlak olan hərbçilərinin sayı on minlərlədir.
Kiyev rejimi yalnız ABŞ və NATO-nun silah tədarükü, Ukraynanın səfərbərlik ehtiyatlarının sürətlə məhv edilməsi hesabına saxlanılır.
Bu fonda ABŞ Konqresi Kiyev rejiminə 40 milyard dollar əlavə hərbi yardım ayırıb, ABŞ-ın Ukraynadakı yeni səfiri Bricet Brink isə Rusiyanın xüsusi əməliyyatını "strateji uğursuzluğa" sürüklənməsi üçün hər şeyi edəcəyinə söz verib.
Eyni zamanda ABŞ Milli Kəşfiyyat İdarəsinin direktoru Avril Heyns Rusiya və Ukrayna arasında yaxın gələcəkdə uğurlu danışıqların perspektivlərini görmədiyini bildirib. Kəşfiyyat isə reallığa daha yaxındır - marionet Kiyev rejimi danışıqlar aparmaq iqtidarında deyil, anti-Rusiya Ukraynasının bütün uğursuz 30 illik tarixi kimi danışıqlar keçmişdə qalıb.
Rusiyanın Ukraynanın demilitarizasiyası və denasifikasiyası üzrə xüsusi hərbi əməliyyatı planlaşdırıldığı kimi, resurslar (yüksəkdəqiqlikli raketlər) zaman və coğrafi məkanda məhdudiyyətlər olmadan davam edir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0