Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Milli Məclisin Aparat rəhbəri vəzifəsindən azad edilib?

© Photo : REPORTSəfa Mirzəyev, arxiv şəkli
Səfa Mirzəyev, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 13.05.2022
Abunə olmaq
Bu gün Səfa Mirzəyevin 70 yaşı tamam olur. Hələlik Milli Məclisin Aparat rəhbəri vəzifəsinə yeni təyinat olmayıb.
BAKI, 13 may — Sputnik. Milli Məclisin Aparat rəhbəri Səfa Mirzəyevin vəzifəsindən azad edildiyi barədə məlumat yayılıb.
"Report"un yaydığı xəbərə görə o, son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib. Lakin hələlik onun yerinə təyinat olmayıb.
Hazırda Milli Məclisin rəsmi saytında Səfa Mirzəyevin adı Aparat rəhbəri kimi qalır.
Qeyd edək ki, mayın 12-də Səfa Mirzəyevin 70 yaşı tamam olub.
Səfa Mirzəyev 1952-ci il mayın 12-də anadan olub.
Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universitetinin) Hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirib.
O, 1978–1990-cı illərdə Bakı Dövlət Universitetində müəllim, baş müəllim, dekan müavini və dosent vəzifələrində çalışıb. Hüquq üzrə fəlsəfə doktorudur.
1990–1992-ci illərdə SSRİ Konstitusiya Nəzarəti Komitəsində komitə üzvü kimi fəaliyyət göstərib.
1992-ci ildən Milli Məclis Aparatında işləyir. Ali Sovet Katibliyinin hüquq təminatı və nəzarəti şöbəsinin müdiri, katibliyin rəisi, baş katibi, Milli Məclis Katibliyinin rəhbəri olub.
6 fevral 1997-ci ildən Milli Məclis Aparatının rəhbəridir.
1995-ci ildə Azərbaycan Respublikasının yeni konstitusiya layihəsini hazırlayan komissiyanın üzvü olub.
11 may 2012-ci ildə Azərbaycan Respublikasında dövlət qulluğunda səmərəli fəaliyyətinə görə "Şöhrət" ordeni ilə təltif edilib.
Azərbaycan Respublikasında dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə Səfa Abbas oğlu Mirzəyev 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0