Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Milli Məclisdə fermerlərin qadınların əməyini istismar etməsi məsələsi qaldırılıb

© Sputnik / Murad OrujovЗдание Милли Меджлиса
Здание Милли Меджлиса - Sputnik Azərbaycan, 1920, 13.05.2022
Abunə olmaq
Deputatın sözlərinə görə, insanlar səhərdən axşamadək tarlada işləyir, amma onlara günə 10 manat əmək haqqı verirlər.
BAKI, 13 may — Sputnik. Əmək qanunvericiliyinə görə, insanı 8 saatdan çox işlətmək olmaz. Əgər normadan artıq işlədirlərsə, 2 dəfə artıq əməkhaqqı ödənilməlidir.
Bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri müavini Qüdrət Həsənquliyev deyib.
Deputat bildirib ki, dövlət orqanları ciddi nəzarət tədbirləri həyata keçirməlidirlər. Fermerlərdə bu pozuntular daha çoxdur, orada qadınların əməyi istismar edilir.
O bildirib ki, bu günlərdə onun qəbuluna cənub bölgəsindəki fermer təsərrüfatlarında çalışan vətəndaşlar gəlib: "Adamlar səhərdən axşamadək tarlada işləyir, amma onlara günə 10 manat əmək haqqı verirlər, onun da 2 manatını yol haqqına çıxırlar. Bu da aylıq 240 manat edir".
Q.Həsənquliyev fermerlərə müraciət edib: "Qadınlar sizin ananız, bacınız, qohumunuzdur. Bu cür istismarı necə qəbul edirsiniz? Burada çiyələyin kilosunu 5 manata, hətta daha keyfiyyətlilərini 10 manata satırlar. Amma qadınları işlədib, günə 8 manat verirlər".
O əlavə edib ki, qanunvericiliyə dəyişikliyə ehtiyac var: "İmkan vermək olmaz ki, işçiləri şənbə-bazar işlətsinlər. Yaxud biz qanunvericiliyi dəyişməliyik ki, əlavə iş saatına görə işçilərə ödəniş edilsin. Müvafiq icra orqanları ilə bu məsələni müzakirə edib, yaxın vaxtlarda baxa bilərik".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Şuşada Milli Məclisin iki komitəsinin birgə dinləmələri keçirilib - Sputnik Azərbaycan, 1920, 27.04.2022
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Milli Məclis Şuşada dinləmələr keçirib - FOTO
Xəbər lenti
0