Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

Medvedev xəbərdarlıq etdi: terrorçular fəallaşacaq

© Sputnik / Екатерина Штукина / Mediabanka keçidЗаместитель председателя Совета безопасности РФ Дмитрий Медведев, фото из архива
Заместитель председателя Совета безопасности РФ Дмитрий Медведев, фото из архива - Sputnik Azərbaycan, 1920, 13.05.2022
Abunə olmaq
Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib ki, terrorçuların fəallaşması qaçılmaz olacaq.
BAKI, 13 may — Sputnik. Anti-Rusiya sanksiyalarının nəticələri qeyri-sabit regionlarda yeni hərbi münaqişələri, Rusiya ilə Qərbin qarşıdurmasından istifadə edən terrorçuların fəallaşmasını, eləcə də yeni epidemiyaları qaçılmaz edəcək. Bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev "Telegram" kanalında yazıb.
"Uzun illərdir ki, vəziyyətin sülh yolu ilə həll olunmadığı və ya əsas beynəlxalq oyunçuların önəmli maraqlarının nəzərə alınmadığı yerlərdə yeni regional hərbi münaqişələr yaranacaq. Terrorçuların bu gün Qərbin diqqətinin Rusiya ilə hesablaşmaya yönəldiyini düşünərək fəallaşması qaçılmaz olacaq. Sanitar-epidemioloji sahədə dürüst beynəlxalq əməkdaşlıqdan imtina edilməsi və ya bioloji silahdan birbaşa istifadə faktları nəticəsində yeni epidemiyalar başlayacaq", - Təhlükəsizlik Şurasının sədr müavini xəbərdarlıq edib.
Xatırladaq ki, Rusiya cari ilin fevralın 24-də Ukraynada hərbi əməliyyata başlayıb. Rusiya Prezidenti Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" adlandırıb.
Onun sözlərinə görə, bunun üçün "Ukraynanın demilitarizasiyası və denazifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, RF Silahlı Qüvvələri yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir və martın 25-nə olan məlumata görə, onlar birinci mərhələnin əsas tapşırıqlarını yerinə yetiriblər - Ukraynanın döyüş potensialını xeyli azaldıblar.
Rusiya MN xüsusi əməliyyatın əsas məqsədinin Donbasın azad edilməsi olduğunu bəyan edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Avropa bayrağı - Sputnik Azərbaycan, 1920, 14.03.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Anti-Rusiya sanksiyaları Avropa iqtisadiyyatını məhv edir
Xəbər lenti
0