Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

Anti-Rusiya sanksiyaları Avropa iqtisadiyyatını məhv edir

© REUTERS / DADO RUVICAvropa bayrağı
Avropa bayrağı - Sputnik Azərbaycan, 1920, 14.03.2022
Abunə olmaq
Ötən cümə axşamı Maytingendəki Almaniyanın Lech-Stahlwerk polad kombinatı və İspaniyanın Portland Valderrivas Cementos sement zavodu istehsalın tamamilə dayandırıldığını elan edib.
BAKI, 14 mart — Sputnik. Qərb mətbuatı Rusiyaya qarşı tətbiq edilən sanksiyaları həvəslə sadalayaraq iqtisadiyyatımız üçün son dərəcə çətin vaxtları proqnozlaşdırır, ayrı-ayrı nəşrlər isə ümumiyyətlə ölkəmizi zəmanətli defoltun gözlədiyi ilə razılaşırlar. Rusiyanın dağılması ilə bağlı öz xəyallarına getdikcə daha da dalan xarici nəşrlər nədənsə özlərinin maliyyə və sənaye sistemlərinin vəziyyətini düşünərək təhlil etməkdən çəkinmirlər. Orada görmək üçün bir şey var.
Ötən cümə axşamı Maytingendəki Almaniyanın Lech-Stahlwerk polad kombinatı və İspaniyanın Portland Valderrivas Cementos sement zavodu istehsalın tamamilə dayandırıldığını elan edib. Bütün Bavariyadakı yeganə polad zavodunun mindən çox işçisi və onların bir neçə sement istehsal edən müəssisələrindən olan ispan həmkarları müddətsiz məzuniyyətə göndərilib. Şirkətlərin rəhbərliyi sənaye istehlakçıları üçün elektrik enerjisinin qiyməti bir meqavat üçün iki yüz avrodan aşağı düşənə qədər zavodların istehsalı bərpa edə bilməyəcəyi barədə rəsmi orqanlara məlumat verib.
Günün xəbərləri bununla bitməyib, çünki Almaniyanın "Delkeskamp Packagingwerke" kağız fabrikinə də işin davam etdirə bilməməsi barədə xəbərdarlıq edilib. Sahiblər federal hökumətə məktub göndərərək, mümkün qədər tez normal elektrik enerjisi tədarükünü bərpa etməyi və sənaye istehlakçıları üçün qiymət siyasətinə yenidən baxmağı xahiş ediblər.
Bir neçə gün əvvəl, dünyanın ikinci ən böyük kənd təsərrüfatı gübrəsi istehsalçısı olan Norveçin Yara şirkəti bəyanatla çıxış edib ki, təbii qazın rekord dərəcədə yüksək qiymətləri zəncir boyu elektrik enerjisi üçün eyni rekord qiymətlərə səbəb olur, onun iki əsas müəssisəsi İtaliya və Fransada hasilatı 40 faizə qədər azaldır. İtaliyanın Ferrara və Fransanın Havra şəhərlərində yerləşən zavodlar hər il bir milyon tondan çox ammonyak və doqquz yüz min tona yaxın karbamid istehsal edir ki, bu da aqrar-sənaye sektorunda gübrə kimi istifadə olunur. Problemin dərinliyini anlamaq üçün xatırlamaq lazımdır ki, eyni Yara ötən ilin noyabr-dekabr aylarının əvvəlində məhz dözülməz enerji qiymətləri səbəbindən istehsalın sürətini və miqyasını qırx faiz azaldıb. Əslində, hazırda söhbət istehsalın tamamilə dayandırılma ehtimalından gedir, eyni zamanda, Avropa bazarları həm gübrələrin, həm də kənd təsərrüfatı məhsullarının, ilk növbədə taxılların qiymətlərinin inamla qalxmasına reaksiya verdilər.
Ötən həftə İtaliyanın Trasportounito yük nəqliyyatı assosiasiyası yük maşınlarının müddətsiz tətili barədə məlumat verib. Səbəb, təxmin etdiyiniz kimi, həm də birbaşa olaraq Rusiyaya qarşı tətbiq edilən sanksiyalar müharibəsi ilə bağlıdır. Xüsusilə İtaliyada benzinin və dizelin qiyməti artıq litr üçün iki avronu keçib ki, bu da yükdaşımaların gəlirliliyini çox böyük sual altına qoyur. Nəqliyyat şirkətlərinin sahibləri sadə seçim qarşısında qalırlar: ya zərərlə işləmək, ya da malların daşınması üçün qiymətləri kəskin şəkildə qaldırmaq, bu da dərhal sifarişlərin sayının azalmasına gətirib çıxaracaq. Çıxılmaz vəziyyət.
Pandemiyanın yaratdığı enerji böhranının ilk dalğasından çətinliklə çıxan Avropa ölkələrinə hər kəsin qatlana bilməyəcəyi əsl fırtına yaxınlaşır. Bu nitq və ya şişirtmə deyil.
Martın 9-da Avropa sənayesinin bütün əsas sahələrinin nümayəndələri tərəfindən imzalanmış kollektiv məktub Avropa Komissiyasına göndərilib. Avropa polad assosiasiyası (EUROFER), Avropa sement assosiasiyası (CEMBUREAU), Avropa keramika sənayesi assosiasiyası (Cerame-Unie), Avropa ferroərinti istehsalçıları assosiasiyası (EUROALLIAGES), Avropa əlvan metallar istehsalçıları assosiasiyası (EUROMETAUX), Avropa metal və mineral mədən sənayesi assosiasiyası (EUROMINES), Avropa keramzit assosiasiyası (EXCA) və Avropa çüşə sənayesi alyansı (Glass Alliance Europe) Brüsseldən enerji bazarının sabitləşdirilməsi üçün təcili tədbirlər görülməsini tələb edir.
Sənayeçilər xəbərdarlıq edirlər ki, əgər Avropa Komissiyası enerji və elektrik enerjisinin qiymətinin artmasını dayandırmasa, bu, Avropa sənayesinin tamamilə dağılmasına və nəticədə iqtisadi çöküşə səbəb ola bilər. Məktubda alternativ mənbələrin xüsusi qeyd olunması diqqət çəkir. Böyük biznes nümayəndələri, həvəsli Qərb jurnalistləri və ekoloqlarından fərqli olaraq, BES-i etibarlı enerji mənbələri hesab etmirlər və hökumətdən təbii qazın, neftin və kömürün o cümlədən Rusiyadan tədarükün necə və hansı həcmdə alınacağına dair hərtərəfli izahat verməsini xahiş edirlər.
Bir daha təkrar edək ki, burada fantaziyalarımızın bir hərfi yoxdur, sadəcə statistikanın quru rəqəmləri var.
İngiltərə mətbuatı aprel ayı üçün neft fyuçerslərinin dəyərinin ötən ilin eyni dövrü ilə müqayisədə iyirmi dəfə artdığını qetd edir. Ukrayna ərazisində xüsusi əməliyyat başlayandan və Rusiyaya qarşı tətbiq edilən sanksiyalar müharibəsindən sonra Avropa birjalarında təbii qazın qiyməti 79 faiz bahalaşıb. Brent markalı neftin bir barreli 140 dollara satılır, yəni cəmi iki həftə ərzində bir çən on faiz bahalaşara, 2008-ci ildə bir barrel üçün 147 dollar verilən tarixin rekorduna yaxınlaşıb. Məntiqi cəhətdən, ilkin mənbələr bahalaşarsa, o zaman elektrik enerjisinin qiyməti də əvvəlki kimi qala bilməz. İngiltərədə ötən həftə bir meqavat-saatın qiyməti 345 çatıb, Almaniyada isə 220 avronu keçib.
Qiymətlərin zirvəyə qalxması fonunda Avropa liderləri anti-Rusiya ritorikasının dərəcəsini kəskin şəkildə aşağı salıblar. Məsələn, Olaf Şolts qeyd edib ki, Avropa Moskvaya qarşı yeni sanksiyalar tətbiq etmək üçün bütün imkanları tükənib, Boris Conson hətta etiraf edib ki, heç kim və heç vaxt Rusiyanın və onun xalqının əzəmətinə şübhə etməyib.
Yeri gəlmişkən, İngiltərə ilə bağlı ən maraqlı fakt var.
İngiltərənin "Daily Mail" qəzetinin yazdığına görə, Ukrayna xüsusi əməliyyatının başlamasına düz bir ay qalmış Böyük Britaniya Rusiya enerji daşıyıcılarının alınmasına 2,6 milyard funt xərcləyərək özünəməxsus tarixi rekorda imza atıb. Böyük həcmdə benzin və dizel 911,5 milyon funta alınıb, daha 32 milyon funt enerji kömürünə, metallurgiya koksa və kömür briketlərinə sərf olunub, xam neft 590,4 milyon funta başa gəlib və Rusiya təbii qaz partiyası isə 289,1 milyon funta alınıb.
İngiltərənin Rusiya Müdafiə Nazirliyində öz məlumat mənbələrinin olub-olmadığını bilmirik, ancaq Londonun uzun əsrlər boyu qeyri-dost mövqe tutduğu Rusiyadan avral və rekord həcmdə enerji daşıyıcılarının alınması nədənsə çox şübhəli görünür. Ancaq gördüyümüz kimi, təhlükəsizlik resursu yastığının yaradılması nə Britaniyaya, nə də Aİ ölkələrinə kömək etmədi. Qərb ölkələrinin alyansı əgər Rusiyanı cəzalandırmaq üçün öz sənayesini və iqtisadiyyatını sıradan çıxarmasada, onları dərin çöküşə salıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Ukrayna  - Sputnik Azərbaycan, 1920, 14.03.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Pyotr İliçev: Ukrayna üzrə Minsk razılaşmalarının bərpası mümkün olmayacaq
Xəbər lenti
0