https://sputnik.az/20220513/kohne-camadanlar-her-kesi-muharibe-illerine-qaytardi---vdeo--foto-441904980.html
"Köhnə çamadanlar" hər kəsi müharibə illərinə qaytardı - VİDEO + FOTO
"Köhnə çamadanlar" hər kəsi müharibə illərinə qaytardı - VİDEO + FOTO
Sputnik Azərbaycan
"Köhnə çamadanlar"ın quruluşçu rejissorunun sözlərinə görə, film 78 nəfər heyətlə çəkilib. Filmin yaradıcı heyəti tam təmənnasız çalışıb. 13.05.2022, Sputnik Azərbaycan
2022-05-13T21:00+0400
2022-05-13T21:00+0400
2022-05-13T21:00+0400
film
mədəniyyət
köhnə
nizami kino mərkəzi
https://cdnn1.img.sputnik.az/img/07e6/05/0d/441904695_0:0:2048:1153_1920x0_80_0_0_912b26d064beec2e15be1c66c0ee2f7c.jpg
BAKI, 13 may — Sputnik. Bakı Konqres Mərkəzində "Köhnə çamadanlar" filminin qala gecəsi keçirilib. Birinci və İkinci Qarabağ müharibələrindən, tarixi qələbəmizdən bəhs edən filmin təqdimat mərasimində dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, qeyri-hökumət təşkilatlarının nümayəndələri, müxtəlif qurumların rəhbər şəxsləri, ictimai xadimlər, Vətən müharibəsi qəhrəmanları və filmdə bəhs edilən hadisələrin şahidləri iştirak ediblər.Real həyat hekayələri əsasında çəkilən film müharibənin qadının taleyində buraxdığı ağrılı izlərə yeni ekran həyatı verib. Birinci Qarabağ müharibəsində el-obasından didərgin düşən, işgəncələrə məruz qalan, doğmalarını itirən müxtəlif insan obrazları, onların yaşadıqları psixoloji travmalar filmdə öz əksini tapıb.Filmdə 44 günlük Vətən müharibəsini əks etdirən real müharibə kadrları ilə yanaşı, ön cəbhədən gələn böyük Zəfər müjdəsini qürurla qeyd edən Azərbaycan xalqının sevinci xüsusi vurğulanır. Ekran əsərində İkinci Qarabağ müharibəsinin iştirakçıları, sərhəd qoşunlarında xidmət edən hərbçilərin, eləcə də sağlamlıq imkanları məhdud istedadlı şəxslərin aktyorluq potensialından istifadə edilib. Nikbin sonluqla yekunlaşan ekran işi tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanıb. Müharibə iştirakçıları bildiriblər ki, Vətən müharibəsi 30 illik həsrətə son qoyub, şəhidlərin qisası döyüş meydanında alınıb. 44 günlük Vətən müharibəsi tarixi ədalətin bərpası, xeyirin şər üzərində qələbəsi kimi yaddaşlara yazılıb."Köhnə çamadanlar" filminin ssenari müəllifi Sevda Sultanova, quruluşçu rejissoru Səidə Haqverdiyeva, görüntü rejissoru isə Şahmar Səfəroğludur. Filmin quruluşçu rəssamı Əfşan Əsədova, art direktoru Tahir Əliyev, icraçı prodüserləri Kəmalə Nəhmətova və Nicat Məmmədovdur. Xronometrajı iki saata yaxın olan bədii ekran əsərinin baş prodüseri Pərvinə İsmayılova, layihə rəhbəri Səidə Haqverdiyeva, redaktoru Həmidə Rüstəmovadır.Əsas rollarda Xalq artistləri Məmmədsəfa Qasımov, Qabil Quliyev, Pərvanə Qurbanova, Əməkdar artistlər Gülzar Qurbanova, Şəfəq Əliyeva, Zemfira Əbdülsəmədova və digər tanınmış sənət adamları çəkiliblər. Filmin yaradıcı heyəti səhnəarxası təəssüratlarını bölüşüblər, yaratdıqları hər bir obrazda müharibə şahidləri kimi yaşadıqları hiss və həyəcanı, qüruru ekrandan tamaşaçılara da təlqin etməyə çalışıblar. Gerçək hadisələrin və qəhrəmanların ekran təcəssümü olan filmi göz yaşları və həyəcansız izləmək mümkün olmayıb.Filmin nümayişindən öncə çıxış edən Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev çıxış edib. Yaradıcı heyətə təşəkkür edən nazir bildirib ki, film tarixi salnamə xarakteri daşıyır.Filmin rejissoru Səidə Haqverdiyevanın verdiyi məlumata görə, filmin ssenarisi müharibədən öncə yazılıb: "İki il əvvəl biz "Müharibənin qadın üzü olmur" adlı tamaşa hazırlayacaqdıq. Qismət elə gətirdi ki, müharibə başladı, qalib gəldik. Ssenari müəllifi Sevda Sultanovanın təklifi ilə həmin ssenaridə dəyişklik etdik, "Köhnə çamadanlar" adlı filmi ekranlaşdırdıq".Xatırladaq ki, filmə müəllif baxışı aprelin 30-da Nizami Kino Mərkəzində təşkil olunub.Qeyd edək ki, 2021-ci ilin payızından çəkilişlərinə başlanılan "Köhnə çamadanlar" tammetrajlı bədii filmi "RS Production", Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin birgə əməkdaşlığı çərçivəsində ərsəyə gətirilib. "OYUN" inklüziv teatr Məhdud Məsuliyyətli Cəmiyyətinin istehsalı olan filmin baş sponsorları "RS Production", Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, digər sponsorlar isə Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Qapalı Səhmdar Cəmiyyəti və "AK Company"dır.Bakı Konqres Mərkəzi isə filmin mövzusunun xalqımız üçün yüksək mənəvi dəyərini nəzərə alaraq qala gecəsinin keçirilməsinə dəstəyini əsirgəməyib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/05/0d/441904695_228:0:2048:1365_1920x0_80_0_0_2b34d72ce19111ae71551b236ec9ed8c.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
film, köhnə, nizami kino mərkəzi
film, köhnə, nizami kino mərkəzi
"Köhnə çamadanlar" hər kəsi müharibə illərinə qaytardı - VİDEO + FOTO
"Köhnə çamadanlar"ın quruluşçu rejissorunun sözlərinə görə, film 78 nəfər heyətlə çəkilib. Filmin yaradıcı heyəti tam təmənnasız çalışıb.
BAKI, 13 may — Sputnik. Bakı Konqres Mərkəzində "Köhnə çamadanlar" filminin qala gecəsi keçirilib. Birinci və İkinci Qarabağ müharibələrindən, tarixi qələbəmizdən bəhs edən filmin təqdimat mərasimində dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, qeyri-hökumət təşkilatlarının nümayəndələri, müxtəlif qurumların rəhbər şəxsləri, ictimai xadimlər, Vətən müharibəsi qəhrəmanları və filmdə bəhs edilən hadisələrin şahidləri iştirak ediblər.
Real həyat hekayələri əsasında çəkilən film müharibənin qadının taleyində buraxdığı ağrılı izlərə yeni ekran həyatı verib. Birinci Qarabağ müharibəsində el-obasından didərgin düşən, işgəncələrə məruz qalan, doğmalarını itirən müxtəlif insan obrazları, onların yaşadıqları psixoloji travmalar filmdə öz əksini tapıb.
Filmdə 44 günlük Vətən müharibəsini əks etdirən real müharibə kadrları ilə yanaşı, ön cəbhədən gələn böyük Zəfər müjdəsini qürurla qeyd edən Azərbaycan xalqının sevinci xüsusi vurğulanır. Ekran əsərində İkinci Qarabağ müharibəsinin iştirakçıları, sərhəd qoşunlarında xidmət edən hərbçilərin, eləcə də sağlamlıq imkanları məhdud istedadlı şəxslərin aktyorluq potensialından istifadə edilib.
Nikbin sonluqla yekunlaşan ekran işi tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanıb. Müharibə iştirakçıları bildiriblər ki, Vətən müharibəsi 30 illik həsrətə son qoyub, şəhidlərin qisası döyüş meydanında alınıb. 44 günlük Vətən müharibəsi tarixi ədalətin bərpası, xeyirin şər üzərində qələbəsi kimi yaddaşlara yazılıb.
"Köhnə çamadanlar" filminin ssenari müəllifi Sevda Sultanova, quruluşçu rejissoru Səidə Haqverdiyeva, görüntü rejissoru isə Şahmar Səfəroğludur. Filmin quruluşçu rəssamı Əfşan Əsədova, art direktoru Tahir Əliyev, icraçı prodüserləri Kəmalə Nəhmətova və Nicat Məmmədovdur. Xronometrajı iki saata yaxın olan bədii ekran əsərinin baş prodüseri Pərvinə İsmayılova, layihə rəhbəri Səidə Haqverdiyeva, redaktoru Həmidə Rüstəmovadır.
Əsas rollarda Xalq artistləri Məmmədsəfa Qasımov, Qabil Quliyev, Pərvanə Qurbanova, Əməkdar artistlər Gülzar Qurbanova, Şəfəq Əliyeva, Zemfira Əbdülsəmədova və digər tanınmış sənət adamları çəkiliblər. Filmin yaradıcı heyəti səhnəarxası təəssüratlarını bölüşüblər, yaratdıqları hər bir obrazda müharibə şahidləri kimi yaşadıqları hiss və həyəcanı, qüruru ekrandan tamaşaçılara da təlqin etməyə çalışıblar. Gerçək hadisələrin və qəhrəmanların ekran təcəssümü olan filmi göz yaşları və həyəcansız izləmək mümkün olmayıb.
Filmin nümayişindən öncə çıxış edən Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev çıxış edib. Yaradıcı heyətə təşəkkür edən nazir bildirib ki, film tarixi salnamə xarakteri daşıyır.
Filmin rejissoru Səidə Haqverdiyevanın verdiyi məlumata görə, filmin ssenarisi müharibədən öncə yazılıb: "İki il əvvəl biz "Müharibənin qadın üzü olmur" adlı tamaşa hazırlayacaqdıq. Qismət elə gətirdi ki, müharibə başladı, qalib gəldik. Ssenari müəllifi Sevda Sultanovanın təklifi ilə həmin ssenaridə dəyişklik etdik, "Köhnə çamadanlar" adlı filmi ekranlaşdırdıq".
Xatırladaq ki, filmə müəllif baxışı aprelin 30-da Nizami Kino Mərkəzində təşkil olunub.
Qeyd edək ki, 2021-ci ilin payızından çəkilişlərinə başlanılan "Köhnə çamadanlar" tammetrajlı bədii filmi "RS Production", Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin birgə əməkdaşlığı çərçivəsində ərsəyə gətirilib. "OYUN" inklüziv teatr Məhdud Məsuliyyətli Cəmiyyətinin istehsalı olan filmin baş sponsorları "RS Production", Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, digər sponsorlar isə Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Qapalı Səhmdar Cəmiyyəti və "AK Company"dır.
Bakı Konqres Mərkəzi isə filmin mövzusunun xalqımız üçün yüksək mənəvi dəyərini nəzərə alaraq qala gecəsinin keçirilməsinə dəstəyini əsirgəməyib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.