DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Ərdoğan: Finlandiya və İsveçin NATO-ya daxil olmasına müsbət baxmırıq

© AP Photo / Markus SchreiberTürkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, arxiv şəkli
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 13.05.2022
Abunə olmaq
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Skandinaviya ölkələri təəssüf ki, az qala terror təşkilatları üçün qonaq evi kimidir.
BAKI, 13 may — Sputnik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Finlandiya və İsveçin NATO-ya daxil olmaq istəyinə münasibət bildirib. O deyib ki, hazırda İsveç və Finlandiyadakı hadisələr diqqətlə izlənilir:
"Amma bu ölkələrin NATO-ya daxil olmasına müsbət baxmırıq. Çünki bizdən öncəki hakimiyyət Yunanıstanla bağlı NATO mövzusunda yanlış qərar verib. Yunanıstanın NATO-ya arxalanaraq Türkiyəyə qarşı davranışını bilirsiniz".
R.T.Ərdoğan deyib ki, Skandinaviya ölkələri təəssüf ki, az qala terror təşkilatları üçün qonaq evi kimidir: "PKK-sı, DHKPC-si İsveçdə, Niderlandda da yuva salıblar. Hətta onların parlamentlərində də təmsil olunurlar. Bu baxımdan onların Alyansa qoşulmasına müsbət yanaşmağımız mümkün deyil".
Ərdoğan ABŞ Administrasiyasının Suriyadakı PKK/YPG-yə verdiyi istisnalara da münasibət bildirib: "YPG terror təşkilatıdır. PKK nədirsə, YPG də odur. Ona görə də ABŞ-ın bu səhvini qəbul etməyimiz mümkün deyil. Təəssüf ki, ABŞ PKK terror təşkilatına və Suriyanın şimalındakı bütün qruplaşmalara qarşı hər cür maliyyə dəstəyini verib. Onlar yük maşınları ilə oraya alətlər, avadanlıq və sursat daşıyıblar. Bütün bunları yeni gələn bütün administrasiyalara desək də, onlar qulaq asmadılar və bu proses olduğu kimi davam etdi.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0