Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Əmiraslanov vəzifədən çıxarılması ilə bağlı açıqlama verdi

© Sputnik / Nigar IskanderovaAzərbaycan Milli Kulinariya Mərkəzinin rəhbəri Tahir Əmiraslanov
Azərbaycan Milli Kulinariya Mərkəzinin rəhbəri Tahir Əmiraslanov - Sputnik Azərbaycan, 1920, 13.05.2022
Abunə olmaq
Əmiraslanov bildirib ki, müqaviləyə heç bir tərəf xitam verməyib. Müqaviləyə görə əməkdaşlıq davam edir. Həm Mərkəz, həm Assosiasiya müqaviləni dəstəkləyir
BAKI, 13 may — Sputnik. Tahir Əmiraslanov Milli Kulinariya Mərkəzinin rəhbəri vəzifəsindən çıxarılması ilə bağlı sosial media hesabında paylaşım edib.
Paylaşımda deyilir ki, Azərbaycan Milli Kulinariya Mərkəzi dövlət qurumudur və Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin nəzdindədir. Mərkəzin baş direktoru vəzifəsinə işə götürmək və işdən azad etmək Turizm Agentliyinin səlahiyyətinə aiddir: "Onlar da məni bu vəzifədən azad edib, Orxan Fikrətoğlunu təyin ediblər. Mən Azərbaycan Milli Kulinariya Assosiasiyası İctimai Birliyinin və Dünya İslam Kulinariya Birliyinin prezidentiyəm və bu təşkilatların fəaliyyətlərini genişləndirməyə, onları irəli aparmağa çalışıram. Orxan Fikrətoğlunu çoxdan tanıyıram, aramızda salam var. Ona yeni işində uğur arzulayıram. Milli Kulinariya Mərkəzi və Milli Kulinariya Assosiasiyası arasında sıx əməkdaşlıq haqqında daimi müqavilə var, müqavilə 2019-cu ildə yenilənmişdi".
Xatırladaq ki, Milli Kulinariya Mərkəzinin Baş direktoru Tahir Əmiraslanov vəzifəsindən azad edilib və bu vəzifəyə tanınmış teleaparıcı Orxan Fikrətoğlu təyin edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Azərbaycan nümayəndə heyəti İstanbulda 17-ci Beynəlxalq Kulinariya Çempionatında - Sputnik Azərbaycan, 1920, 01.05.2022
MƏDƏNİYYƏT
Şuşada Birinci Beynəlxalq Kulinariya Festivalı keçiriləcək
Xəbər lenti
0