https://sputnik.az/20220513/dn-den-jurnalistin-hedelenmesi-ile-bagli-daha-bir-aciqlama-441887747.html
DİN-dən jurnalistin hədələnməsi ilə bağlı daha bir açıqlama
DİN-dən jurnalistin hədələnməsi ilə bağlı daha bir açıqlama
Sputnik Azərbaycan
Ehsan Zahidov şübhə doğuran şəxslərin tanınma üçün A.Məmmədovaya təqdim olunduğunu söyləyib. 13.05.2022, Sputnik Azərbaycan
2022-05-13T11:19+0400
2022-05-13T11:19+0400
2022-05-13T11:19+0400
azərbaycan xəbərləri
hadisə
din
azərbaycan
din-in mətbuat xidməti
cinayət
https://cdnn1.img.sputnik.az/img/40962/38/409623853_0:21:1500:865_1920x0_80_0_0_00847bd8be222452fd9e74f830e34ddd.jpg
BAKI, 13 may — Sputnik. Daxili İşlər Nazirliyi jurnalist Aytən Məmmədovanı bıçaqla hədələyən şəxsin axtarışları barədə açıqlama verib.A.Məmmədovanın işi ilə əlaqədar istintaqın gedişi və digər xüsusatlarla bağlı DİN-in Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov Sputnik Azərbaycan-a bildirib ki, faktla bağlı Cinayət Məcəlləsinin 134-cü maddəsi (Öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə) ilə cinayət işi başlanılıb:"Zəruri əməliyyat-istintaq və əməliyyat-texniki tədbirlər davam etdirilir. Zərərçəkmiş A.Məmmədova vəkillə təmin olunub, hadisə baş verən ərazidəki bütün kameraların görüntülərinə baxış keçirilib, şübhə doğuran şəxslər tanınma üçün A.Məmmədovaya təqdim olunublar. Eyni zamanda istintaq üçün əhəmiyyət kəsb edən digər hallar da araşdırılır"."Onu da bildirim ki, qeyri-aşkar şəraitdə baş vermiş belə cinayətlərin açılması zaman tələb edir. Odur ki, səbirli olub istintaqın başa çatmasını gözləməliyik", - deyə o qeyd edib.Qeyd edək ki, hadisə mayın 8-i gecə saatlarında Binəqədi rayonu, Mircəlal küçəsi 11 ünvanında yerləşən binanın blokunda qeydə alınıb.Belə ki, A.Məmmədova yaşadığı binanın blokunda liftə girən zaman bir nəfər onun arxasınca içəri daxil olub. Daha sonra həmin şəxs bıçağı jurnalistin boğazına dirəyib və adını çəkmədiyi məhkəmə işinə görə onu hədələyib, proses barədə yazmamasını tələb edib.Hücum edən şəxs A.Məmmədovaya xəsarət yetirərək hadisə yerindən qaçıb.Hadisə barədə Daxili İşlər Nazirliyinin "102" Zəng Mərkəzinə müraciət edilib.Jurnalistə qarşı hərəkətlərdə Cinayət Məcəlləsinin 134-cü (Öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə) maddəsinin tərkib əlamətləri olduğundan fakta görə Binəqədi RPİ İstintaq şöbəsində cinayət işi başlanıb.Hazırda cinayət işi üzrə zəruri əməliyyat-axtarış, əməliyyat-istintaq hərəkətləri davam etdirilir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20220511/jurnaliste-hucumla-bagli-cinayet-isinin-istintaqi-baki-seher-bas-polis-daresine-verilib-441828642.html
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40962/38/409623853_160:0:1341:886_1920x0_80_0_0_0980a5640cb7fa1884db7156ff1f0759.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
hadisə, din, azərbaycan, din-in mətbuat xidməti, cinayət
hadisə, din, azərbaycan, din-in mətbuat xidməti, cinayət
DİN-dən jurnalistin hədələnməsi ilə bağlı daha bir açıqlama
Ehsan Zahidov şübhə doğuran şəxslərin tanınma üçün A.Məmmədovaya təqdim olunduğunu söyləyib.
BAKI, 13 may — Sputnik. Daxili İşlər Nazirliyi jurnalist Aytən Məmmədovanı bıçaqla hədələyən şəxsin axtarışları barədə açıqlama verib.
A.Məmmədovanın işi ilə əlaqədar istintaqın gedişi və digər xüsusatlarla bağlı DİN-in Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov Sputnik Azərbaycan-a bildirib ki, faktla bağlı Cinayət Məcəlləsinin 134-cü maddəsi (Öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə) ilə cinayət işi başlanılıb:
"Zəruri əməliyyat-istintaq və əməliyyat-texniki tədbirlər davam etdirilir. Zərərçəkmiş A.Məmmədova vəkillə təmin olunub, hadisə baş verən ərazidəki bütün kameraların görüntülərinə baxış keçirilib, şübhə doğuran şəxslər tanınma üçün A.Məmmədovaya təqdim olunublar. Eyni zamanda istintaq üçün əhəmiyyət kəsb edən digər hallar da araşdırılır".
"Onu da bildirim ki, qeyri-aşkar şəraitdə baş vermiş belə cinayətlərin açılması zaman tələb edir. Odur ki, səbirli olub istintaqın başa çatmasını gözləməliyik", - deyə o qeyd edib.
Qeyd edək ki, hadisə mayın 8-i gecə saatlarında Binəqədi rayonu, Mircəlal küçəsi 11 ünvanında yerləşən binanın blokunda qeydə alınıb.
Belə ki, A.Məmmədova yaşadığı binanın blokunda liftə girən zaman bir nəfər onun arxasınca içəri daxil olub. Daha sonra həmin şəxs bıçağı jurnalistin boğazına dirəyib və adını çəkmədiyi məhkəmə işinə görə onu hədələyib, proses barədə yazmamasını tələb edib.
Hücum edən şəxs A.Məmmədovaya xəsarət yetirərək hadisə yerindən qaçıb.
Hadisə barədə Daxili İşlər Nazirliyinin "102" Zəng Mərkəzinə müraciət edilib.
Jurnalistə qarşı hərəkətlərdə Cinayət Məcəlləsinin 134-cü (Öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə) maddəsinin tərkib əlamətləri olduğundan fakta görə Binəqədi RPİ İstintaq şöbəsində cinayət işi başlanıb.
Hazırda cinayət işi üzrə zəruri əməliyyat-axtarış, əməliyyat-istintaq hərəkətləri davam etdirilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.