Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Deputat: "Nəşriyyatlar can verir"

© Photo : APAMillət vəkili Aqil Abbas
Millət vəkili Aqil Abbas  - Sputnik Azərbaycan, 1920, 13.05.2022
Abunə olmaq
Aqil Abbas Milli Məclisdə Nazirlər Kabinetini tənqid edib. O, qanuna əməl edilməməsindən şikayətlənib.
BAKI, 13 may — Sputnik. Deputat Aqil Abbas Milli Məclisdə kağız məhsulları üzərindən əlavə dəyər vergisinin götürülməsi ilə bağlı qanuna əməl edilməməsindən şikayətlənib.
"Nəşriyyatlar can verir. Qəzetlər canını verib qurtarıb", - deyə deputat bildirib.
O diqqətə çatdırıb ki, yanvar ayından qanun kağız üzərindən ƏDV-nin götürülməsinə yaşıl işıq yandırsa da, təəssüf ki, hələ də Nazirlər Kabineti məsələni təsdiqləyib, Dövlət Gömrük Komitəsinə göndərməyib: "Yenidən müzakirə olunmalıdırmı, yeni qanunmu qəbul olunmalıdır? Xahiş edirəm hörmətli Baş nazir Əli Əsədov bu məsələ ilə bağlı göstəriş versin".
Deputat bildirib ki, biz kağız istehsal etmirik, ancaq xaricdən alırıq. Bunun üstünə ƏDV gələndə yüksək məbləğ edir.
A.Abbas ölkədə kitaba və qəzetə münasibətin də yaxşı olmadığından şikayətlənərək bildirib ki, ölkədə qəzet və kitab oxuyanlar yoxdur. Dünyada ən az kitab oxuyan millətik.
Parlament sədri Sahibə Qafarova isə "Aqil müəllim, hansı statistika var ki, biz kitab oxumuruq? Mən hələ elə bir statistika görməmişəm ki, Azərbaycan ən az kitab oxuyan ölkədir. Elə bilirəm ki, kitab oxuyan həmişə oxuyur", - deyə reaksiya verib.
Aqil Abbas Kəlbəcərə qoyunçuluq təsərrüfatının göndərilməsi sahəsində də problemlər olduğunu dilə gətirib: "Kənd Təsərrüfatı Nazirliyi kvota qoyub ki, 200 baş qoyunu olmayan Kəlbəcərə gedə bilməz. Bu nə deməkdir? İnsanlar kəndinə, yurduna getmək istəyir".
Qeyd edək ki, Milli Məclisin bugünkü iclasında ümumilikdə 20 məsələ müzakirə ediləcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Milli Məclisin iclası - Sputnik Azərbaycan, 1920, 15.03.2022
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Milli Məclis hökumətin hesabatını qəbul edib
Xəbər lenti
0