CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bu yaşda uşaqları övladlığa götürənlərə ayda 200 manat pul verilir - Rəsmi

© Sputnik / © Sputnik / Elvin Ahmad100 manat, arxiv şəkli
100 manat, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 13.05.2022
Abunə olmaq
Cavid Şahmalıyev son illər övladlığa uşaq götürənlərin uşağın cinsinə elə də fərq qoymadığını söyləyib.
BAKI, 13 may — Sputnik. Dövlət uşaq müəssisələrində olan uşaqların sayı açıqlanıb. Sputnik Azərbaycan-ın xəbərinə görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial şəbəkə hesabında "Sosial saat"ın qonağı Sosial Xidmətlər Agentliyinin Övladlığagötürmə departamentinin müdiri Cavid Şahmalıyev bildirib ki, hazırda dövlət uşaq müəssisələrində 1570 uşaq var.
Departament rəhbəri qeyd edib ki, Azərbaycanda 3 yaşa qədər uşaqların övladlığa verilməsi daha rahatdır. Onun sözlərinə görə, son illər övladlığa uşaq götürənlər uşağın cinsinə o qədər də diqqət yetirmir.
C.Şahmalıyev bildirib ki, 4-6 yaşda uşağa övladlığa götürüldüyünü demək tövsiyə olunur. Bu Ailə Məcəlləsində qeyd edilib. Amma heç bir valideyn buna məcbur edilmir.
Bununla belə Agentlik rəsmisi valideynlərin daha çox 10 yaşa qədər uşaqları övladlığa götürmək istəyində olduğunu dilə gətirib. Bunun səbəbinin isə yuxarı yaşlı uşaqların xərclərinin çox olması ilə bağlı olduğunu söyləyib: "Yuxarı yaşda övladlığa uşaq götürməyə maraq o qədər də çox deyil. Çünki valideyn namizədlər bəzən elə hesab edirlər ki, belə uşaqların təhsili, xərcləri daha çox pul aparır. Ona görə də dövlət yuxarı yaşda uşaqların övladlığa verilməsini stimullaşdırır. Bunun üçün 3 yaşdan yuxarı uşaqları övladlığa götürən valideynlərə 200 manat müavinət verilir. Bu da dövlətin maddi baxımdan dəstəyidir".
Qeyd edək ki, 2019-cu ilin 1 noyabrından etibarən övladlığa verilmə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə olunub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Körpə, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 13.05.2022
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Uşaqları himayədar ailələrə vermək üçün yeni sistem qurulur
Xəbər lenti
0