Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

"Azərbaycanfilm"dən "Youtube" kanallarına qadağa

© Sputnik / Ramil SitdikovYouTube
YouTube  - Sputnik Azərbaycan, 1920, 13.05.2022
Abunə olmaq
"Azərbaycanfilm"in mətbuat katibi Ramil Ələkbərov açıqlamasında bildirib ki, bundan sonra qeyri-rəsmi səhifələrin Azərbaycan filmlərini paylaşmağına qadağa qoyulacaq. Yalnız fraqmentlər verə biləcəklər.
BAKI, 13 may — Sputnik. "Azərbaycanfilm" kinostudiyası filmlərin xüsusi icazə olmadan təkrar yayımını qadağan edir.
"Azərbaycanfilm"in mətbuat katibi Ramil Ələkbərov açıqlamasında bildirib ki, kinostudiyanın 1923-cü ildən bu günədək istehsal etdiyi filmlər rəsmi "Youtube" kanalına yerləşdirilir. Qurum rəsmisinin sözlərinə görə, artıq tamaşaçılar "Azərbaycanfilm"in istehsal etdiyi filmləri onlayn şəkildə kinostudiyanın rəsmi "Youtube" kanalında izləyə bilərlər:
"Proses davam edir. Filmlər mütəmadi olaraq yerləşdiriləcək. Həmin filmlər digər kanallardan fərqli olaraq daha keyfiyyətlidir. Biz onları HD formatında yerləşdiririk. Müəllif hüquqlarına istinadən filmlərin xüsusi icazə olmadan təkrar yayımı qəti qadağandır".
Mətbuat katibi qeyd edib ki, hazırda kanalda 128 video mövcuddur. Bunların içərisində "Azərbaycanfilm"in istehsal etdiyi filmlərin treylerləri, kinojurnallar yer alacaq:
"Ötən il istehsal etdiyimiz "Məryəm", "Həyat, deyəsən, gözəldir" və "Mərmər soyuğu" filminin çəkiliş meydançalarında əsas yaradıcı heyətlə apardığımız müsahibələr, podkastlar və bütün bunlarla yanaşı, bir həftədir Sovet dövrü və müstəqillik dövründə istehsal etdiyimiz ötən illərin filmlərini yayımlamağa başlamışıq".
Mətbuat katibi əlavə edib ki, buradakı əsas məqsəd bu sahədə yaranmış xoşagəlməz vəziyyətin aradan qaldırılması, ayrı-ayrı şəxslərin filmləri qanunsuz yaymasının və gəlir əldə etməsinin qarşısını alaraq vahid mənbə formalaşdırmaqdır. Bu günə olan göstəricilərə əsasən, köhnə və yeni olmaqla, qısametrajlı, tammetrajlı, sənədli 60-dan çox filmi artıq yükləmişik və proses davam edir".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0