Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Azərbaycan, İran və Rusiya arasında üçtərəfli tranzit haqqında razılıq əldə edilib

© Sputnik Vladimir Fedorenkoməmur
məmur - Sputnik Azərbaycan, 1920, 13.05.2022
Abunə olmaq
Bakı və Tehran arasında gömrük sahəsində əməkdaşlıq barədə üç protokol imzalanıb.
BAKI, 13 may — Sputnik. Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev İranda həmkarı Əlirza Müqəddəsi ilə görüşüb.
S.Mehdiyev görüşdə qeyd edib ki, gömrük qurumları İran və Azərbaycan arasında "dostluq qapıları"dır. O, bildirib ki, Bakı yükdaşımaların sadələşdirilməsi və sürətləndirilməsi məsələlərində Tehranla əməkdaşlığa hazırdır.
"Azərbaycan, İran və Rusiya tranzit və gömrük əməkdaşlığını artırmaqla regional və beynəlxalq tranzit daşımaları məkanını idarə edə bilərlər", - deyə komitə sədri vurğulayıb.
S.Mehdiyevin səfəri çərçivəsində iki ölkənin gömrük orqanlarının əməkdaşlığı barədə sənəd imzalanıb.
Sənəd prosedurların sadələşdirilməsini, yük və sərnişinlərin daşınması zamanı yaranan problemlərin aradan qaldırılmasını nəzərdə tutur.
İranın gömrük naziri açıqlama verib ki, Bakı və Tehran arasında gömrük sahəsində əməkdaşlıq barədə üç protokol imzalanıb.
İmzalanmış sənədlər ölkələr arasında əməkdaşlığı, iqtisadi əməliyyatları, gömrük prosedurlarını və ikitərəfli qarşılıqlı əlaqələri daha da inkişaf etdirəcək, sürətləndirəcək və əlaqələndirəcək.
Həmçinin Müqəddəsinin dediyinə görə, protokollarda İran, Azərbaycan və Rusiya arasında üçtərəfli tranzit haqqında razılıq əldə edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0