https://sputnik.az/20220512/yuksek-vezifeli-sexse-cinayet-isi-acilib-441848602.html
Yüksək vəzifəli şəxsə cinayət işi açılıb
Yüksək vəzifəli şəxsə cinayət işi açılıb
Sputnik Azərbaycan
Ramil Əliyev öz qulluq mövqeyindən, ayrı-ayrı şəxslərin ona olan etibarından sui-istifadə edib kifayət qədər pul vəsaitini ələ keçirib. 12.05.2022, Sputnik Azərbaycan
2022-05-12T12:03+0400
2022-05-12T12:03+0400
2022-05-12T12:16+0400
cinayət
azərbaycan xəbərləri
fhn
fhn yanğından mühafizə xidməti
prokurorluq
https://cdnn1.img.sputnik.az/img/07e5/04/12/426732477_0:63:1201:738_1920x0_80_0_0_5846ec503be0265317cd61727de40af3.jpg
BAKI, 12 may — Sputnik. Fövqəladə Hallar Nazirliyinin (FHN) yüksək vəzifəli şəxsinə cinayət işi başlanılıb. Bu barədə Quba Rayon Prokurorluğundan məlumat verilib.Bildirilib ki, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Quba Rayon Dövlət Yanğından Mühafizə Hissəsində texnika üzrə sabiq rəis müavini Ramil Əliyevin işlədiyi dövrdə ayrı-ayrı şəxslərdən işə düzəltmək adı ilə pul tələb edərək alması faktı ilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işinin ibtidai istintaqı tamamlanıb.Aparılan istintaqla Ramil Əliyevin öz qulluq mövqeyindən istifadə edərək ayrı-ayrı şəxslərin ona olan etibarından sui-istifadə etməklə əmlaklarını ələ keçirmək məqsədilə onları Quba Rayon Dövlət Yanğından Mühafizə Hissəsində yanğınsöndürən vəzifəsinə işə qəbul etdirəcəyi barədə yalandan vədlər edərək ümumilikdə 21500 manat məbləğində pul vəsaitini ələ keçirərək dələduzluq etməsinə əsaslı şübhələr müəyyən edilib.Ramil Əliyevə Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə təkrar xeyli miqdarda dələduzluq törədildikdə) və 32.4, 312.2-ci (rüşvət verməyə təhrik etmə) maddələri ilə yekun ittiham elan edilib.Hazırda cinayət işi baxılması üçün aidiyyəti üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20220504/fhn-yangin-tehlukeli-obyektin-fealiyyetini-mehdudlasdirib---foto-441643556.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/04/12/426732477_66:0:1133:800_1920x0_80_0_0_f49ecf0a8d32321d0a41c9df58bd63fe.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
cinayət, fhn, fhn yanğından mühafizə xidməti, prokurorluq
cinayət, fhn, fhn yanğından mühafizə xidməti, prokurorluq
Yüksək vəzifəli şəxsə cinayət işi açılıb
12:03 12.05.2022 (Yenilənib: 12:16 12.05.2022) Ramil Əliyev öz qulluq mövqeyindən, ayrı-ayrı şəxslərin ona olan etibarından sui-istifadə edib kifayət qədər pul vəsaitini ələ keçirib.
BAKI, 12 may — Sputnik. Fövqəladə Hallar Nazirliyinin (FHN) yüksək vəzifəli şəxsinə cinayət işi başlanılıb. Bu barədə Quba Rayon Prokurorluğundan məlumat verilib.
Bildirilib ki, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Quba Rayon Dövlət Yanğından Mühafizə Hissəsində texnika üzrə sabiq rəis müavini Ramil Əliyevin işlədiyi dövrdə ayrı-ayrı şəxslərdən işə düzəltmək adı ilə pul tələb edərək alması faktı ilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işinin ibtidai istintaqı tamamlanıb.
Aparılan istintaqla Ramil Əliyevin öz qulluq mövqeyindən istifadə edərək ayrı-ayrı şəxslərin ona olan etibarından sui-istifadə etməklə əmlaklarını ələ keçirmək məqsədilə onları Quba Rayon Dövlət Yanğından Mühafizə Hissəsində yanğınsöndürən vəzifəsinə işə qəbul etdirəcəyi barədə yalandan vədlər edərək ümumilikdə 21500 manat məbləğində pul vəsaitini ələ keçirərək dələduzluq etməsinə əsaslı şübhələr müəyyən edilib.
Ramil Əliyevə Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə təkrar xeyli miqdarda dələduzluq törədildikdə) və 32.4, 312.2-ci (rüşvət verməyə təhrik etmə) maddələri ilə yekun ittiham elan edilib.
Hazırda cinayət işi baxılması üçün aidiyyəti üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.