Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Pandemya ilə əlaqədar bəzi quşlar Bakıdan üz döndərib

© AP Photo / Jorge SaenzSəmada quşlar
Səmada quşlar - Sputnik Azərbaycan, 1920, 12.05.2022
Abunə olmaq
Pandemiya zamanı aparılan dərmanlamalar quşların Bakıdan üz çevirməsinə səbəb olub.
BAKI, 12 may — Sputnik. Son iki ildə Bakıya baharın müjdəçisi olan qaranquşlar gəlmir.
Bunu Azərbaycan Milli Elmlər Akademiyasının Quru Onurğalıları Laboratoriyasının aparıcı elmi işçisi, biologiya üzrə elmlər doktoru Tahir Kərimov bildirib.
Tahir Kərimov deyib ki, son iki ildə qaranquşların Bakı şəhərinə gəlməməsinin əsas səbəbi pandemiya zamanı aparılan dərmanlamalardır: "Məsələ ondadır ki, qaranquşlar əsasən ağcaqanadlarla qidalanan quşlardır, son illərdə isə paytaxtda demək olar ki, ağcaqanadlar tamamilə yoxa çıxıb. Yəni, dərmanlama işləri ilə əlaqədar olaraq Bakıda demək olar ki, ağcaqanadların kökü kəsilib".
O bildirib ki, nəticə etibarı ilə quşların dar qida arsenalı məhv edilib: "Bu quşların qidalandığı ağcaqanadlar yoxdursa, deməli, o yerdə qaranquşlar da yoxdur".
Bioloq qaranquşların Bakıya gəlməməsinin digər səbəbinin isə iqlim dəyişikliyi ilə əlaqədar ola biləcəyini deyib: "Hazırda iqlim dəyişikliyi ilə bağlı bir çox quş növlərinin yaşayış arealı şimala çəkilib. Güclü istiləşmə səbəbindən Azərbaycanda da bir neçə quş növü itirilmək üzrədir".
Tahir Kərimov qeyd edib ki, pandemiya ilə bağlı aparılan dərmanlamaya görə qaranquşlarla yanaşı, şanapipiklər də Bakıya gəlmir.
AMEA üzvü onu da əlavə edib ki, Azərbaycanın digər şəhər və rayonlarında da qaranquşların sayı azalsa da, bu il hansı ərazilərə gəlib-gəlmədikləri ilə bağlı hələ ki, monitorinq aparılmayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sənədin imzalanması - Sputnik Azərbaycan, 1920, 25.06.2018
ELM
Milli Elmlər Akademiyası barədə qərar verildi
Xəbər lenti
0