Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

Müəllimlərin sertifikatlaşdırılmasına başlanılır - Yenilik

© Photo : REPORTİmtahan
İmtahan - Sputnik Azərbaycan, 1920, 12.05.2022
Abunə olmaq
İlk mərhələdə sertifikatlaşdırmaya ibtibadi sinif müəllimləri cəlb olunacaqlar.
BAKI, 12 may — Sputnik. İyun ayından etibarən dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin mərhələli şəkildə sertifikatlaşdırılması prosesinə başlanılır. Bu barədə Təhsil Nazirliyindən məlumat verilib.
Təhsilverənlərin sertifikatlaşdırılmasının keçirilməsində məqsəd ümumi təhsil müəssisələrində pedaqoji və idarəetmə fəaliyyəti ilə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlərin peşəkarlıq səviyyələrinin və peşə yararlılıqlarının yoxlanılması, onların peşəkar inkişafına nail olmaq və təlim ehtiyaclarını öyrənməkdir.
Sertifikatlaşdırma prosesinə birinci mərhələdə ibtidai təhsil səviyyəsi üzrə Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Abşeron-Xızı, Quba-Xaçmaz və Gəncə-Daşkəsən Regional Təhsil idarələrinə tabe olan, həmçinin Təhsil Nazirliyinin birbaşa tabeliyindəki ümumi təhsil müəssisələrində çalışan ibtidai sinif müəllimlərinin cəlb olunması nəzərdə tutulur.
Təhsilverənlərin sertifikatlaşdırılması prosesi üzrə hazırlıqlara iyun ayında, test imtahanı mərhələsinə isə avqust ayının sonlarında başlanılması nəzərdə tutulur.
Sertifikatlaşdırmanın nəticələri təhsilverənlərin karyera inkişafında və əməyinin stimullaşdırılmasında nəzərə alınacaq. Üzrlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikasiya üçün tələb olunan minimum balı toplamayan şəxslər 1 il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak etmək hüququna malik olacaqlar.
Sertifikatlaşdırma iki mərhələdən (test və müsahibə mərhələsi) ibarət olmaqla keçiriləcək və ilk dəfə işə qəbul olunanlar (5 il müddətində), hamilə qadınlar, uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra 1 ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınlar (uşağını təkbaşına böyüdən kişilər) bu prosesdə iştirak etməyəcəklər. Sözügedən prosesin təşkili məqsədilə Təhsil Nazirliyi tərəfindən Təhsilverənlərin Sertifikatlaşdırılması Şurası yaradılıb, Şuranın əsasnaməsi və tərkibi təsdiq olunub.
Təhsil Nazirliyinin İnsan Resursları şöbəsinin müdiri Eşqi Bağırov bildirib ki, 2018-ci ildən yeni qiymətləndirməyə ehtiyac yaranıb. Onun sözlərinə görə, bu səbəbdən təhsilverənlərin sertifikatlaşdırılması Təhsil haqqında qanuna əlavə edilib və 2020-ci ilin əvvəlində qaydalar Nazirlər Kabineti tərəfindən qəbul olunub. Bu prosesə 2020-ci ildə başlamaq istəsək də, karantin qaydaları bu prosesə mane olub: "Son aylarda yumşalmalar artıq bu prosesə başlamağa icazə verir. Bu səbəbdən Sertifikatlaşdırma Şurasının qərarına görə, iyundan prosesə başlanılacaq və avqustdan test imtahanını keçirməyi başlamaq fikrindəyik”.
Sertifikatlaşdırma prosesinin növbəti mərhələləri barədə ictimaiyyətə əlavə məlumat veriləcək.
Sertifikatlaşdırılma prosesi üçün nəzərdə tutulmuş qiymətləndirmə çərçivəsi ilə bu linkə daxil olaraq tanış ola bilərsiniz:
https://www.arti.edu.az/az/presentation/1393-tahsilveranlarin-sertifikatlasdirilmasinin-qiymatlandirma-carcivasi)
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
 Teymur Musayev - Sputnik Azərbaycan, 1920, 11.05.2022
SƏHİYYƏ
Xaricdə təhsil almış tibb və əczaçılıq işçiləri imtahan verəcəklər
Xəbər lenti
0