https://sputnik.az/20220512/mingecevir-sakininin-kicik-zooparki-burada-yasayan-oxatan-kirpi-vegeterian-imis-441861265.html
Mingəçevir sakininin kiçik zooparkı: Burada yaşayan oxatan kirpi "vegeterian" imiş
Mingəçevir sakininin kiçik zooparkı: Burada yaşayan oxatan kirpi "vegeterian" imiş
Sputnik Azərbaycan
Təbiətə ağaclar, güllər, çiçəklərlə yanaşı həm də müxtəlif quşlar, heyvanlar da gözəllik verir. Mingəçevir sakini Arif Məmmədov yaşadığı həyətdə kiçik heyvanat... 12.05.2022, Sputnik Azərbaycan
2022-05-12T15:04+0400
2022-05-12T15:04+0400
2022-05-12T15:04+0400
video
azərbaycan
mingəçevir
zoopark
quş
oxlu kirpi
tovuzquşu
https://cdnn1.img.sputnik.az/img/07e6/05/0c/441861234_0:0:960:540_1920x0_80_0_0_7fbba4cd206fdc61fefae2272a2fc79d.jpg
Burada xüsusi hazırlanmış qəfəslərdə dünyanın müxtəlif yerlərinə aid quşlar bəslənir. Onlar arasına pambıq toyuq, kaliforniya bildirçini, rahibə quşu, ağ və göy tovuzquşular diqqəti daha çox çəkir.Maraqlı məqam odur ki, həmin vəhşi təbiət canlıları uçub, qaçıb həyətdən kənara çıxmırlar. Mülayim havada ağ və qöy tovuzquşunun "qanad şousu" insanlara xüsusi zövq verir.Kiçik zooparkın sahibi quşların bəslənməsində hər hansı çətinliyin olmadığını deyir.Mingəçevir sakinin həyətində yaratdığı kiçik zooparkda bəzəkli,fərqli quşlardan başqa heyvanlara da rast gəlmək mümkündür. Qaçmağa həvəsli dovşan və təhlükəli hesab edilən oxatan kirpi. Təxminən 3 il öncə yaralı halda Mingəçevirə gətirilən iynəli canlı sağaldıqdan sonra əhilləşməklə yanaşı, ox atmağı da unudub.Qeyd edək ki, heyvanat parkının və qonaqpərvər sahibinin qapıları şəhər sakinlərinin və heyvanlara baxmaq istəyən bütün qonaqların üzünə açıqdır. Odur ki, Mingəçevirə yolunuz düşsə, haqqında danışdığımız göz oxşayan kiçik zooparkı öz gözlərinizlə görməyə dəyər.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/05/0c/441861234_120:0:840:540_1920x0_80_0_0_2fd3e79e038344dfd3f3880b180aa502.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
azərbaycan, видео, mingəçevir, zoopark, quş, oxlu kirpi, tovuzquşu
azərbaycan, видео, mingəçevir, zoopark, quş, oxlu kirpi, tovuzquşu
Mingəçevir sakininin kiçik zooparkı: Burada yaşayan oxatan kirpi "vegeterian" imiş
Təbiətə ağaclar, güllər, çiçəklərlə yanaşı həm də müxtəlif quşlar, heyvanlar da gözəllik verir. Mingəçevir sakini Arif Məmmədov yaşadığı həyətdə kiçik heyvanat parkı yaratmaqla insanlara təbiətin gözəlliklərinə daha yaxın olmaq imkanı bəxş edib.
Burada xüsusi hazırlanmış qəfəslərdə dünyanın müxtəlif yerlərinə aid quşlar bəslənir. Onlar arasına pambıq toyuq, kaliforniya bildirçini, rahibə quşu, ağ və göy tovuzquşular diqqəti daha çox çəkir.
Maraqlı məqam odur ki, həmin vəhşi təbiət canlıları uçub, qaçıb həyətdən kənara çıxmırlar. Mülayim havada ağ və qöy tovuzquşunun "qanad şousu" insanlara xüsusi zövq verir.
Kiçik zooparkın sahibi quşların bəslənməsində hər hansı çətinliyin olmadığını deyir.
Mingəçevir sakinin həyətində yaratdığı kiçik zooparkda bəzəkli,fərqli quşlardan başqa heyvanlara da rast gəlmək mümkündür. Qaçmağa həvəsli dovşan və təhlükəli hesab edilən oxatan kirpi. Təxminən 3 il öncə yaralı halda Mingəçevirə gətirilən iynəli canlı sağaldıqdan sonra əhilləşməklə yanaşı, ox atmağı da unudub.
Qeyd edək ki, heyvanat parkının və qonaqpərvər sahibinin qapıları şəhər sakinlərinin və heyvanlara baxmaq istəyən bütün qonaqların üzünə açıqdır. Odur ki, Mingəçevirə yolunuz düşsə, haqqında danışdığımız göz oxşayan kiçik zooparkı öz gözlərinizlə görməyə dəyər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.