Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Həkim məsləhəti olmadan skolioz xəstəliyində korset taxılması müalicə üsulu deyil

© pixabay / jennyfriedrichsXəstəxanada müayinə olunan kişi
Xəstəxanada müayinə olunan kişi - Sputnik Azərbaycan, 1920, 12.05.2022
Xəbərlərə abunə olun
Yandex newsTelegram
Qız uşaqlarında 8-12, oğlanlarda isə 11-13 yaş arasında daha aktiv böyümə getdiyi üçün əyilməyə meyillilik olur
BAKI, 12 may — Sputnik. İnsanlarda onurğada olan skolioz xəstəliyi anadangəlmə və ya sonradan qazanılmış problem kimi özünü büruzə verə bilər.
Bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, ortoped-travmatoloq, cərrah Sənan Aşırov deyib.
"Qız uşaqlarında 8-12, oğlanlarda isə 11-13 yaş arasında daha aktiv böyümə getdiyi üçün əyilməyə meyillilik olur. Ümumilikdə isə bu xəstəlikdə konkret yaş aralığı yoxdur. Uşaqlarda daha çox skolioz xəstəliyi üstünlük təşkil edir. Korset taxılması da müayinə nəticəsində məsləhət görülə bilər. Yəni həkim məsləhəti olmadan korset taxılması müalicə üsulu deyil", - deyə cərrah qeyd edib.
Cərrah bildirib ki, masaj əzələlərin qan dövranının yaxşılaşması üçün edilir. İnsan orqanizmindəki əzələlər qidalandığı zaman inkişaf yaxşı olur. Masajlar da növlərinə görə fərqlidir. Müraciət olunan mütəxəssis müayinə zamanı hansı masaj növündən istifadə edilməsini xəstəyə məsləhət görməlidir. Masajın təsiri var, amma xəstəlik sırf bununla müalicə edilmir. Bütün müalicə üsulları birgə edilməlidir. Sadəcə üzgüçülüklə məşğul olmaqla da onurğada skolioz xəstəliyini düzəltmək mümkün deyil. Mütəxəssis müayinəsindən sonra xəstəliyin dərəcəsinə görə müalicə növü təyin edilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Azərbaycan Respublikasının xalq artisti Telman Adıgözəlov - Sputnik Azərbaycan, 1920, 15.04.2022
MƏDƏNİYYƏT
Həkim səhlənkarlığının qurbanı - Telman Adıgözəlov
Xəbər lenti
0