Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Eurovision 2022: ikinci yarımfinalda kim çıxış edəcək

© AFP 2023 / MARCO BERTORELLOДелегация Азербайджана на церемонии открытия «Евровидение-2022»
Делегация Азербайджана на церемонии открытия «Евровидение-2022»  - Sputnik Azərbaycan, 1920, 12.05.2022
Abunə olmaq
Cümə axşamı İtaliyada beynəlxalq mahnı müsabiqəsinin ikinci yarımfinalı keçiriləcək. Orada kimlərin çıxış edəcəyini Sputnik Azərbaycan-ın materialında izləyə bilərsiniz.
BAKI, 12 may — Sputnik. İtaliyanın Turin şəhərində "Eurovision 2022" mahnı müsabiqəsinin ikinci yarımfinalında 18 ölkə - Finlandiya, İsrail, Serbiya, Azərbaycan, Gürcüstan, Malta, San Marino, Avstraliya, Kipr, İrlandiya, Şimali Makedoniya, Estoniya, Rumıniya, Polşa, Monteneqro, Belçika, İsveç və Çexiyanın nümayəndələri çıxış edəcəklər.
Finlandiya: "The Rasmus" qrupu – "Jezebel"
"The Rasmus" qrupu 1994-cü ildə yaradılıb. Qrup üzvləri Lauri Yulonen (vokal), Eero Heynonen (bas), Aki Hakala (zərb aləti) və Emiliya Suxonendən (gitara) ibarətdir. Onlar "Uuden Musiikin Kilpailu" milli seçimində qalib gələrək ölkələrini müsabiqədə təmsil etmək hüququ qazanıblar.
İsrail: Maykl Ben-David – "I.M"
Müğənni "X-Factor" şousunun dördüncü mövsümünün qalibidir. O, pandemiya dövründə layihələrin olmaması səbəbindən hətta supermarketdə satıcı işləyib.
Serbiya: Konstrakta - "In Corpore Sano"
Əsl adı Ana Curiçdir. Onun musiqi karyerası 1997-ci ildə "Mistakemistake" qrupunun tərkibində olduğu zaman başlayıb. Ancaq mügənni "Zemlja gruva!"da iştirak etdikdən sonra məşhurlaşıb. 2019-cu ildə Konstrakta "Žvake" sinqlı ilə solo sənətçi kimi çıxış edib.
Azərbaycan: Nadir Rüstəmli – "Fade To Black"
İfaçı "Səs Azərbaycan" verilişində qalib olduqdan sonra şöhrət qazanıb. O, burada "Eurovision 2011" müsabiqəsinin qalibi Eldar Qasımovun tələbisi kimi çıxış edib. Qələbədən dərhal sonra 23 yaşlı Nadir ölkəni "Eurovision 2022" müsabiqəsində təmsil etmək arzusunda olduğunu bildirib.
Mahnı Azərbaycan və xarici bəstəkarların göndərdiyi 300 kompozisiya arasından seçilib. Müsabiqə kompozisiyasının müəllifləri avropalı Tomas Stenqaard (Danimarka) və Andreas Stoundur (İsveç).
Gürcüstan: "Circus Mircus" qrupu – "Lock Me In"
Komanda 2020-ci ildə yaradılıb. Solistlər öz qruplarını "sosial cəhətdən unikal" layihə adlandırırlar.
Malta: Emma Muskat – "I Am What I Am"
Müğənninin "Alone" adlı debüt sinqlı 2016-cı ildə çıxıb. 2018-ci ildən etibarən Emmanın musiqi karyerası İtaliyada artmağa başlayıb. Müğənni İtaliyanın "Amici di Maria De Filippi" istedad şousunda iştirak edib və bu, ona "Warner Music Italy" musiqi səsyazma şirkəti ilə müqavilə qazandırıb. 2020-ci ildə isə onun italyan reper Astolun iştirakı ilə yazılmış "Sangria" sinqlı İtaliyada "qızıl" olub.
San Marino: Akille Lauro – "Stripper"
Müğənni əsasən hip-hop, trep və pop musiqisi kimi janrlarda çalışır, həmçinin rep oxuyur və öz mahnılarını yazır. Akillenin "Amore mi" debüt sinqlı 2017-ci ildə çıxıb.
Avstraliya: Şeldon Rili – "Not the Same"
Sənətçinin musiqi karyerası 2016-cı ildə "The X Factor Australia" istedad şousunun səkkizinci mövsümündə iştirak etməklə başlayıb. Şeldon "Eurovision – Australia Decides" milli seçimlərdə qalib gəldikdən sonra "Eurovision 2022" mahnı müsabiqəsində Avstraliyanı təmsil etmək hüququ qazanıb.
Kipr: Andromaçe – "Ela"
Müğənni 2015-ci ildə "Voice" verilişinin yunan versiyasında iştirak edərək məşhurlaşıb. Şouda uğurlu iştirak etməsi ona "Panik Records" böyük musiqi səsyazma şirkəti ilə müqavilə bağlamağa imkan verib.
İrlandiya: Brooke – "That's Rich"
Əsl adı Bruk Skalliondur. Müğənni gənc yaşlarından mahnı oxuyur. Brooke 2020-ci ildə "The Voice UK" istedad şousunun doqquzuncu mövsümündə iştirak etdikdən sonra şöhrət qazanıb. Sonra müğənni "BBC Introduction" şousunda görünüb və daha sonra o, perspektivli gənc sənətçi kimi xarakterizə olunub.
Şimali Makedoniya: Andrea – "Circles"
Müğənninin musiqi karyerası 2020-ci ildə prodüser Aleksandr Masevskinin sosial şəbəkələrdə onun musiqi koverləri ilə diqqət çəkməsindən sonra başlayıb. Andreanın "I Know" adlı ilk sinqlı 2020-ci ilin oktyabrında işıq üzü görüb.
Estoniya: Stefan – "Hope"
2020-ci ildə müğənni "Maskis Laulaja" (maskalı müğənni) şousunun ilk mövsümünün qalibi olub və daha sonra isə həmin ildə Estoniyanın "Kroonika" jurnalı onu "İlin ən cazibədar adamı" adlandırıb. Bir il sonra o, ilk "Doomino" mahnısını təqdim edib. Kompozisiya böyük uğur qazanaraq 2021-ci ildə Estoniya radiosunda ən populyar mahnı olub.
Rumıniya: VRS – "Llámame"
Əsl adı Andrey-İonuts Ursudur. 2020-ci ildə VRS müğənnilik karyerasına "Why" debüt sinqlı ilə başlayıb. "Selectia Naţională" milli seçimində qalib gəldikdən sonra müsabiqədə Rumıniyanı təmsil etmək hüququ əldə edib.
Polşa: Kristian Oxman – "River"
Kristian məşhur polşalı opera müğənnisi Veslav Ohmanın nəvəsidir. Onun ikili vətəndaşlığı var - Polşa və ABŞ. Məktəbdə vokalla ciddi məşğul olmağa başlayıb. 2020-ci ildə "Polşanın səsi" layihəsində birinci yeri qazanıb.
Monteneqro: Vladana – "Breathe"
Vladananın müğənni kimi debütü 2003-cü ildə baş tutub. 2005-ci ildə müğənni Avroviziya mahnı müsabiqəsində iştirak etmək üçün ilk cəhdini edib, lakin vəsiqə qazana bilməyib. 2021-ci ildə şans ona gülümsəyib.
Belçika: Jeremi Makize – "Miss You"
Musiqi ifaçını uşaqlıqdan əhatə edib. Anası "tam-tam"da oxuyub və ifa edib, atası isə xor solisti olub. Müğənninin atası oğlunun istedadına tez bələd olaraq onu vokal məktəb müsabiqəsinə yazdırıb. Jeremi burada qalib olub. Bu qələbə onu "The Voice Belgique" istedad şousunun doqquzuncu mövsümündə iştirak etməyə ruhlandırıb. Və o, bu müsabiqədə də qalib gəlib. Musiqidən əlavə, futbolla da maraqlanır.
İsveç: Korneliya Yakobs – "Hold Me Closer"
Müğənninin musiqi karyerası "Love Generation" qızlardan ibarət qrupda iştirakı ilə başlayıb. Sonra o, solo karyerasını davam etdirmək qərarına gəlib.
Çexiya: "We Are Domi" qrupu – "Lights Off"
Bu qrup 2018-ci ildə təsis edilib. Qrupun tərkibinə Çexiya və Norveç musiqiçiləri daxildir ki, bu da onların musiqi zövqlərinin diapazonunu genişləndirir. Vokalçı Dominiki Haşkova, gitaraçı Kasper Hatlestad və sintizatorda ifa edən ifaçı Benjamin Rekstaddır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0