https://sputnik.az/20220512/ermenistan-hec-vaxt-razilasmalara-uygun-davranmayib---deputat-441865471.html
Ermənistan heç vaxt razılaşmalara uyğun davranmayıb - Deputat
Ermənistan heç vaxt razılaşmalara uyğun davranmayıb - Deputat
Sputnik Azərbaycan
Millət vəkili Elşad Mirbəşiroğlu bildirib ki, Ermənistan bölgədə sülh və təhlükəsizliyi şərtləndirəcək addımların atılmasında maraqlı deyil. 12.05.2022, Sputnik Azərbaycan
2022-05-12T16:14+0400
2022-05-12T16:14+0400
2022-05-12T16:25+0400
siyasət
nikol paşinyan
qərb
sülh
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/42185/40/421854092_0:0:1001:563_1920x0_80_0_0_e68c53cff54c132a177461dd6718b986.jpg
BAKI, 12 may — Sputnik. Mayın 11-də Amerika Birləşmiş Ştatlarının dövlət katibi Entoni Blinken və Prezident İlham Əliyev arasında telefon danışığı baş tutub. ABŞ dövlət katibi Azərbaycan ilə Ermənistan arasında aparılan danışıqları və bu xüsusda sülh sazişinin bağlanmasını dəstəklədiyini vurğulayıb və bunun regionda davamlı sülhün təmin olunmasına töhfə verəcəyinə ümidvar olduğunu ifadə edib.Millət vəkili Elşad Mirbəşiroğlu ABŞ-ın Cənubi Qafqazda sülh prosesinə təsir imkanlarını şərh edib.Millət vəkili bildirib ki, Azərbaycanın Ermənistanı sülhə məcburetmə strategiyası uğurla davam edir:"Dünya ölkələri, xüsusilə Cənubi Qafqazdakı prosesləri yaxından izləyən ABŞ da bu maraqla müşahidə edir. Bu sülh quruculuğu prosesini hər hansı formada əngəlləmək mümkün deyil. Ermənistanın da bu istiqamətdəki cəhdləri heç bir nəticə vermədi. Ermənistan həm Avropada, həm ABŞ-da bunun üçün dəstəkçi axtarsa da, heç nəyə nail olmadı. Biz aydın görürdük ki, bəzi dairələr münaqişənin hələ də davam etdiyi təəssüratını yaradaraq ATƏT-in Minsk Qrupu platforması çərçivəsində müzakirələrə nail olmağa çalışırlar".Deputat deyir ki, Azərbaycan münaqişəyə öz gücü ilə 44 günlük savaşda son qoyub və yaratmış olduğu reallıqlara uyğun olaraq prosesləri inkişaf etdirməyə nail olub:"Bu baxımdan, ABŞ da regionda hansısa birgə fəaliyyətin təmin olunması üçün Azərbaycanla əməkdaşlığın vacibliyini qəbul edir. Ona görə də ABŞ Ermənistana təsir etmək yolu ilə proseslərdə yer ala bilər".Onun sözlərinə görə, ABŞ-ın Ermənistana təsir edib-etməyəcəyini demək isə başqa mövzudur:"Çünki otuz ilə yaxın davam etmiş münaqişə zamanında ATƏT-in Minsk Qrupunun həmsədrləri status-kvonun saxlanmasına yönəlik mövqe nümayiş etdiriblər. ABŞ da həmsədr ölkələrdən biri kimi münaqişənin həlli ilə bağlı hər hansı bir töhfə verməmişdi. Lakin indi vəziyyət dəyişib".Millət vəkili hesab edir ki, Ermənistan yenə də proseslərdə deklarativ xarakterli iştirakını təmin etməkdədir:"Bu ilin aprelin 6-da Brüsseldə keçirilmiş üçtərəfli görüşdə sərhədlərin müəyyən edilməsi üçün birgə komissiyanın yaradılması haqqında razılıq əldə olunmuşdu. Azərbaycan Prezidenti ABŞ dövlət katibi ilə dünən keçirdiyi telefon danışığında ölkəmizin birgə komissiya heyətini müəyyən etdiyini açıqladı. Amma Ermənistan tərəfindən bu istiqamətdə heç bir addım atılmayıb. Ermənistan hansısa texniki məsələlərin qaldığını əsas gətirərək bu istiqamətdə addım atmadığını bildirib. Bununla da gördük ki, Ermənistan Baş naziri Nikol Paşinyan verdiyi sözə əməl etmədi"."Bu, Ermənistanın sərgilədiyi ənənəvi mövqe hesab edilir. Bu ölkə heç vaxt razılaşmalara uyğun davranmayıb. Ona görə də bölgədə sülh və təhlükəsizliyi şərtləndirəcək addımların atılmasında maraqlı deyil. Azərbaycan öz güc və iradəsi ilə Ermənistanın bu prosesdə iştirakını təmin edir. Ermənistan Baş nazirinin Niderlandda Azərbaycan əleyhinə səsləndirdiyi fikirlərə gəldikdə isə bu, Ermənistanın riyakar siyasətinin təcəssümüdür. Paşinyanın davranışları Brüssel görüşünün nəticələrinə uyğun gəlmir. Paşinyan bir tərəfdən Azərbaycanın irəli sürdüyü sülh gündəliyinə razılığını bildirir, digər tərəfdən isə faktiki addımların atılması ilə bağlı hər hansı iş görmür", - deyə Elşad Mirbəşiroğlu vurğulayıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42185/40/421854092_0:0:1001:751_1920x0_80_0_0_a890dc87b3f89e237810b794bde7289f.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
nikol paşinyan, qərb, sülh, azərbaycan
nikol paşinyan, qərb, sülh, azərbaycan
Ermənistan heç vaxt razılaşmalara uyğun davranmayıb - Deputat
16:14 12.05.2022 (Yenilənib: 16:25 12.05.2022) Millət vəkili Elşad Mirbəşiroğlu bildirib ki, Ermənistan bölgədə sülh və təhlükəsizliyi şərtləndirəcək addımların atılmasında maraqlı deyil.
BAKI, 12 may — Sputnik. Mayın 11-də Amerika Birləşmiş Ştatlarının dövlət katibi Entoni Blinken və Prezident İlham Əliyev arasında telefon danışığı baş tutub. ABŞ dövlət katibi Azərbaycan ilə Ermənistan arasında aparılan danışıqları və bu xüsusda sülh sazişinin bağlanmasını dəstəklədiyini vurğulayıb və bunun regionda davamlı sülhün təmin olunmasına töhfə verəcəyinə ümidvar olduğunu ifadə edib.
Millət vəkili Elşad Mirbəşiroğlu ABŞ-ın Cənubi Qafqazda sülh prosesinə təsir imkanlarını şərh edib.
Millət vəkili bildirib ki, Azərbaycanın Ermənistanı sülhə məcburetmə strategiyası uğurla davam edir:
"Dünya ölkələri, xüsusilə Cənubi Qafqazdakı prosesləri yaxından izləyən ABŞ da bu maraqla müşahidə edir. Bu sülh quruculuğu prosesini hər hansı formada əngəlləmək mümkün deyil. Ermənistanın da bu istiqamətdəki cəhdləri heç bir nəticə vermədi. Ermənistan həm Avropada, həm ABŞ-da bunun üçün dəstəkçi axtarsa da, heç nəyə nail olmadı. Biz aydın görürdük ki, bəzi dairələr münaqişənin hələ də davam etdiyi təəssüratını yaradaraq ATƏT-in Minsk Qrupu platforması çərçivəsində müzakirələrə nail olmağa çalışırlar".
Deputat deyir ki, Azərbaycan münaqişəyə öz gücü ilə 44 günlük savaşda son qoyub və yaratmış olduğu reallıqlara uyğun olaraq prosesləri inkişaf etdirməyə nail olub:
"Bu baxımdan, ABŞ da regionda hansısa birgə fəaliyyətin təmin olunması üçün Azərbaycanla əməkdaşlığın vacibliyini qəbul edir. Ona görə də ABŞ Ermənistana təsir etmək yolu ilə proseslərdə yer ala bilər".
Onun sözlərinə görə, ABŞ-ın Ermənistana təsir edib-etməyəcəyini demək isə başqa mövzudur:
"Çünki otuz ilə yaxın davam etmiş münaqişə zamanında ATƏT-in Minsk Qrupunun həmsədrləri status-kvonun saxlanmasına yönəlik mövqe nümayiş etdiriblər. ABŞ da həmsədr ölkələrdən biri kimi münaqişənin həlli ilə bağlı hər hansı bir töhfə verməmişdi. Lakin indi vəziyyət dəyişib".
Millət vəkili hesab edir ki, Ermənistan yenə də proseslərdə deklarativ xarakterli iştirakını təmin etməkdədir:
"Bu ilin aprelin 6-da Brüsseldə keçirilmiş üçtərəfli görüşdə sərhədlərin müəyyən edilməsi üçün birgə komissiyanın yaradılması haqqında razılıq əldə olunmuşdu. Azərbaycan Prezidenti ABŞ dövlət katibi ilə dünən keçirdiyi telefon danışığında ölkəmizin birgə komissiya heyətini müəyyən etdiyini açıqladı. Amma Ermənistan tərəfindən bu istiqamətdə heç bir addım atılmayıb. Ermənistan hansısa texniki məsələlərin qaldığını əsas gətirərək bu istiqamətdə addım atmadığını bildirib. Bununla da gördük ki, Ermənistan Baş naziri Nikol Paşinyan verdiyi sözə əməl etmədi".
"Bu, Ermənistanın sərgilədiyi ənənəvi mövqe hesab edilir. Bu ölkə heç vaxt razılaşmalara uyğun davranmayıb. Ona görə də bölgədə sülh və təhlükəsizliyi şərtləndirəcək addımların atılmasında maraqlı deyil. Azərbaycan öz güc və iradəsi ilə Ermənistanın bu prosesdə iştirakını təmin edir. Ermənistan Baş nazirinin Niderlandda Azərbaycan əleyhinə səsləndirdiyi fikirlərə gəldikdə isə bu, Ermənistanın riyakar siyasətinin təcəssümüdür. Paşinyanın davranışları Brüssel görüşünün nəticələrinə uyğun gəlmir. Paşinyan bir tərəfdən Azərbaycanın irəli sürdüyü sülh gündəliyinə razılığını bildirir, digər tərəfdən isə faktiki addımların atılması ilə bağlı hər hansı iş görmür", - deyə Elşad Mirbəşiroğlu vurğulayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.