https://sputnik.az/20220512/bulvarda-ilanlar-peyda-olub---nsanlara-tehlukesi-varmi-441849102.html
Bulvarda ilanlar peyda olub - İnsanlara təhlükəsi varmı?
Bulvarda ilanlar peyda olub - İnsanlara təhlükəsi varmı?
Sputnik Azərbaycan
Zoologiya İnstitundan bildirilib ki, Bakıda bulvarın sahilində görünən su ilanlarıdır. 12.05.2022, Sputnik Azərbaycan
2022-05-12T11:11+0400
2022-05-12T11:11+0400
2022-05-12T11:11+0400
cəmiyyət
dənizkənarı milli park
ilan
https://cdnn1.img.sputnik.az/img/42066/23/420662330_0:2:1920:1082_1920x0_80_0_0_43753f1f8150c29f83d3680209b42b3f.jpg
BAKI, 12 may — Sputnik. Bakıda Dənizkənarı Milli Park ərazisində ilanlar peyda olub. Xəzər dənizinin sahilində, qayalıqlar olan ərazidə bir neçə ilan görüntülənib. Həmin görüntülər paytaxt sakinləri tərəfindən lentə alınıb.Sputnik Azərbaycan-a bu barədə açıqlama verən Zoologiya İnstitunun aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru, dosent Təvəkkül İsgəndərov bildirib ki, bulvarda görünən su ilanlarıdır:"Su ilanları dəniz sahilində, daşlıq yerlərdə yaşayır. Xəzərin harasında sahil daşlıdırsa, bu ilanların orada görünməsi təbiidir. İndi isə ilanların cütləşmə dövrüdür. Onlar sahilə qızınmağa, cütləşməyə çıxırlar. Belə hallarda onlar insanların çoxluğuna məhəl qoymurlar. Bulvarda da su ilanlarına sahildə rast gəlinməsi məhz bununla bağlıdır. Bu, təbii prosesdir. Onları kimsə gətirib sahilə buraxmayıb".T.İsgəndərov bildirib ki, bu ilanlar zəhərsizdir, onların insanlar üçün heç bir təhlükəsi yoxdur. T.İsgəndərov qeyd edib ki, su ilanlarının ağzında boğaza doğru bir cüt yem dişləri var. Yem dişlərini yediyi heyvana sancır ki, həmin heyvan keyisin. Amma bu ilanlar insanları sancmır.Xatırladaq ki, buna bənzər hadisələr əvvəlki illərdə də bulvarda qeydə alınıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42066/23/420662330_139:0:1840:1276_1920x0_80_0_0_69cd1a8ba3b914e8b225ece96fe8fd29.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
dənizkənarı milli park, ilan
dənizkənarı milli park, ilan
Bulvarda ilanlar peyda olub - İnsanlara təhlükəsi varmı?
Zoologiya İnstitundan bildirilib ki, Bakıda bulvarın sahilində görünən su ilanlarıdır.
BAKI, 12 may — Sputnik. Bakıda Dənizkənarı Milli Park ərazisində ilanlar peyda olub. Xəzər dənizinin sahilində, qayalıqlar olan ərazidə bir neçə ilan görüntülənib. Həmin görüntülər paytaxt sakinləri tərəfindən lentə alınıb.
Sputnik Azərbaycan-a bu barədə açıqlama verən Zoologiya İnstitunun aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru, dosent Təvəkkül İsgəndərov bildirib ki, bulvarda görünən su ilanlarıdır:
"Su ilanları dəniz sahilində, daşlıq yerlərdə yaşayır. Xəzərin harasında sahil daşlıdırsa, bu ilanların orada görünməsi təbiidir. İndi isə ilanların cütləşmə dövrüdür. Onlar sahilə qızınmağa, cütləşməyə çıxırlar. Belə hallarda onlar insanların çoxluğuna məhəl qoymurlar. Bulvarda da su ilanlarına sahildə rast gəlinməsi məhz bununla bağlıdır. Bu, təbii prosesdir. Onları kimsə gətirib sahilə buraxmayıb".
T.İsgəndərov bildirib ki, bu ilanlar zəhərsizdir, onların insanlar üçün heç bir təhlükəsi yoxdur. T.İsgəndərov qeyd edib ki, su ilanlarının ağzında boğaza doğru bir cüt yem dişləri var. Yem dişlərini yediyi heyvana sancır ki, həmin heyvan keyisin. Amma bu ilanlar insanları sancmır.
Xatırladaq ki, buna bənzər hadisələr əvvəlki illərdə də bulvarda qeydə alınıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.