Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Bu magistral avtomobil yollarında keçidlər inşa edilir

© Sputnik / Reshad RashidovMuğanlı-İsmayıllı-Qəbələ yolunda asma körpünün tikintisi
Muğanlı-İsmayıllı-Qəbələ yolunda asma körpünün tikintisi - Sputnik Azərbaycan, 1920, 12.05.2022
Abunə olmaq
M1, M2 və M4 magistral avtomobil yollarında keçidlər inşa edilir.
BAKI, 12 may — Sputnik. Magistral avtomobil yollarının Bakı şəhərinə yaxın ərazidən keçən hissələrində yaşayan vətəndaşların təhlükəsizliyinin təmin olunması məqsədilə bir-neçə yerdə yerüstü piyada keçidlərinin inşası aparılır.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə, sözügedən piyada keçidləri vətəndaşların intensiv hərəkət etdiyi ərazilərdə inşa edilir. Məqsəd həm piyadaların rahat və təhlükəsiz şəraitdə avtomobil yollarını keçməsini təmin etmək, həm də avtonəqliyyat vasitələrinin fasiləsiz və maneəsiz hərəkətini təşkil etməkdir.
Hazırda M1, M2 və M4 magistral avtomobil yollarında 8 yerdə keçid inşa edilir:
1. Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 21, 28 və 46-cı km-lik hissəsində;
2. Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 25-ci km-lik hissəsində;
3. Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 18.5, 20, 21.5 və 25-ci km-lik hissəsində.
AAYDA-nın məlumatında bildirilir ki, inşası aparılan və tikintisi nəzərdə tutulan yerüstü piyada keçidləri yüngül konstruksiyalıdır. Tədbirlər planına uyğun olaraq növbəti illərdə zəruri olan digər ərazilərdə də piyada keçidlərinin inşası nəzərdə tutulur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Azərbaycanın avtomobil yolları - iqtisadi uğurun rəmzi - Sputnik Azərbaycan, 1920, 22.02.2022
VİDEO
Azərbaycanın avtomobil yolları - iqtisadi uğurun rəmzi
Xəbər lenti
0