Bu gün bütün dünyanın gözü Şuşadadır - "Xarıbülbül" Beynəlxalq Folklor Festivalı başlayıb
12:23 12.05.2022 (Yenilənib: 13:02 12.05.2022)
© Official website of President of Azerbaijan RepublicXarıbülbül festivalı, arxiv şəkli
© Official website of President of Azerbaijan Republic
Abunə olmaq
Qeyd edək ki, tədbir Nazirlər Kabinetinin 2022-ci il 25 fevral tarixli sərəncamı ilə təsdiq edilmiş "Şuşa ili ilə bağlı Tədbirlər Planı"na əsasən keçirilir
BAKI, 12 may — Sputnik. Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində "Xarıbülbül" Beynəlxalq Folklor Festivalı başlayıb. Sayca beşinci festivalda 10 xarici ölkədən müxtəlif folklor üslublarında çıxış edən musiqiçilərin, rəqs kollektivlərinin, həmçinin Azərbaycanın müxtəlif regionlarından folklor kollektivlərinin iştirakı nəzərdə tutulur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva festivalın açılışında iştirak edirlər.
Festivalın açılışı günü bir sıra şəxslər, qruplar, ansambllar çıxış edəcəklər:
Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı, Əməkdar artistlər Babak Niftəliyev (xanandə), İlkin Əhmədov (xanəndə), Səbinə Ərəbli (xanandə)
Ankara Türk Dünyası Müzik ve Halk Dansları Topluluğu (Türkiyə)
Xalq artisti Polad Bülbüloğlu (bəstəkar və müğənni)
Bakı Xoreoqrafiyası Akademiyasının "Xarıbülbül" Ansamblı
"Cəngi" Estrada Folklor Rəqs Ansamblı
Əməkdar artist Şirzad Fətəliyevin (balaban) nəfəs alətləri qrupu
Şeyx Tidiane Sekin etno caz qrupu (Mali)
"Colors of Pakistan" qrupu (Pakistan)
Azərbaycan Dövlət Rəqs Ansamblı
"Yuma" dueti (Tunis)
"Melitassi" Folklor Rəqs Ansamblı (Gürcüstan)
Əməkdar mədəniyyət işçisi Samirə Əliyeva (aşıq) və Əli Tapdıqoğlu (aşıq)
"Baxor" Rəqs Ansamblı (Özbəkistan)
Əməkdar artist Aybəniz Haşımova (müğənni) və "Bülbüllər" qrupu.
Məlumat üçün bildirək ki, ənəvi festival ilk dəfə 1989-cu ildə keçirilib. Seyid Şuşinskinin 100 illik yubileyinə həsr edilmiş festival Vətən Müharibəsində qazanılmış parlaq zəfər nəticəsində 30 illik fasilədən sonra 2021-ci ilin 12-13 may tarixlərində Şuşada Cıdır düzündə Heydər Əliyev Fondunun təşkilatçılığı ilə yenidən keçirilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.