CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycan, Türkiyə və Gürcüstanın gömrük qurumları hərəkətə keçdi

© AFP 2024 / SAKIS MITROLIDISYük maşınları, arxiv şəkli
Yük maşınları, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 12.05.2022
Abunə olmaq
Problemin aradan qaldırılması üçün həmçinin Gürcüstan-Türkiyə sərhədindəki nəqliyyat axının müxtəlif gömrük-keçid məntəqələrinə yönləndirilməsinə qərar verilib.
BAKI, 12 may - Sputnik. Azərbaycan, Türkiyə və Gürcüstan gömrük qurumlarının təmsilçiləri son zamanlar sərhəd keçid məntəqələrində müşahidə olunan yük nəqliyyat vasitələrinin sıxlığı ilə bağlı məsələni müzakirə ediblər.

Görüşdə qeyd edilib ki, Türkiyədə inşa olunan yeni terminal və Türkiyə-Gürcüstan sərhədindəki gömrük-keçid məntəqəsində yenidənqurma işlərinin qısa zamanda bitməsi nəqliyyatın sərhəddən keçməsini sürətləndirəcək və sıxlıq aradan qaldırılacaq.

Həmçinin problemin aradan qaldırılması üçün Gürcüstan-Türkiyə sərhədindəki nəqliyyat axının müxtəlif gömrük-keçid məntəqələrinə yönləndirilməsinə qərar verilib.
Daha əvvəl Dövlət Gömrük Komitəsi Gürcüstanla sərhəddə yük nəqliyyat vasitələrinin sıxlığı məsələsinə aydınlıq gətirib.

Qeyd olunub ki, məsələ Gürcüstan tərəfinin Azərbaycandan daxil olan nəqliyyatın sayına məhdudiyyətlər tətbiq etməsi ilə əlaqədardır.

Buna isə Tbilsini Gürcüstan-Türkiyə sərhəddindəki yaranmış nəqliyyat sıxlığı vadar edib.

Gürcüstan və Türkiyə son aylarda xeyli artmış tranzit yükdaşıma axınının qəbulunda müəyyən çətinliklərlə üzləşirlər.

“Hazırda Türkiyə və Gürcüstanın müvafiq qurumları ilə danışıqlar aparılır və yaxın günlərdə problem həllini tapacaq" - deyə DGK bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Azərbaycan-Gürcüstan sərhədində TIR parkları doub - Sputnik Azərbaycan, 1920, 12.05.2022
CƏMİYYƏT
Qırmızı Körpüdə nə baş verir?
Xəbər lenti
0