https://sputnik.az/20220512/azerbaycan-gurcustan-serhedinde-yuk-masinlarinin-sixligi---sebeb-nedir-441862546.html
Azərbaycan-Gürcüstan sərhədində yük maşınlarının sıxlığı - Səbəb nədir
Azərbaycan-Gürcüstan sərhədində yük maşınlarının sıxlığı - Səbəb nədir
Sputnik Azərbaycan
Gürcüstanın Azərbaycandan daxil olan nəqliyyat vasitələrinin sayına məhdudiyyət tətbiq etməsinin səbəbi nədir? Ətraflı materialımızda. 12.05.2022, Sputnik Azərbaycan
2022-05-12T15:36+0400
2022-05-12T15:36+0400
2022-05-12T15:39+0400
iqtisadiyyat
gürcüstan
azərbaycan
yükdaşıma
sıxlıq
https://cdnn1.img.sputnik.az/img/42345/03/423450372_0:102:1921:1182_1920x0_80_0_0_1f9d0da6d6231bc69e7e7a589b68a351.jpg
BAKI, 12 may — Sputnik. Azərbaycan-Gürcüstan sərhədində yük avtomobillərinin sıxlığı müşahidə olunur. Təkcə Azərbaycan tərəfində 600-ə qədər beynəlxalq yükdaşıma xidməti həyata keçirən TIR-lar növbə gözləyir. "Xəzər xəbər"in məlumatına görə, TIR parklarında günlərlə qalan sürücülər artıq bir aydır ki, sıxlığın müşahidə olunduğunu bildirirlər. Gürcüstandan Azərbaycana yük daşımalarının həcminin artmasına Ukraynada baş verən hadisələrin səbəb olduğu deyilir.Tranzit yüklərin Azərbaycana birbaşa heç bir aidiyyəti yoxdurMəsələ ilə bağlı iqtisadçı Natiq Cəfərli Sputnik Azərbaycan-a deyib ki, sıxlıq tranzit yüklərlə bağlıdır. Onun sözlərinə görə, tranzit yüklərin Azərbaycana birbaşa heç bir aidiyyəti yoxdur. Tranzit yük o deməkdir ki, sadəcə Azərbaycan ərazisindən istifadə olunur. Növbədə dayanan TIR-lar başqa ölkələrə gedirlər. Ola bilər, tranzit yüklər ilə bağlı sənədlərin daha ciddi yoxlanılması növbələrin yaranmasına səbəb olub.Tranzit yükdaşımalardan Azərbaycan gəlir əldə edirEkspert diqqətə çatdırıb ki, tranzit yükdaşımaların artması Azərbaycanın büdcəsinə əlavə vəsaitin daxil olmasına səbəb olur."Azərbaycan ilə Gürcüstan arasında yükdaşımalarda problem yoxdur. Çünki Gürcüstanla Azərbaycan arasında keçidin sadələşdirilməsi ilə bağlı çoxlu sənədlər imzalanıb,"- deyə iqtisadçı əlavə edib.Quru sərhədlərin açılması müzakirə olunurDeputat Vüqar Bayramov isə Sputnik Azərbaycan-a deyib ki, hələlik Azərbaycan ilə Gürcüstan arasında quru sərhədləri bağlıdır. Nazirlər Kaibentinə təqdim olunan təkliflərdə quru sərhədlərin açılması üstünlük təşkil edən məsələlərdəndir. Quru sərhədlərdən istifadə daha az xərc tələb edir, iqtisadi baxımdan daha sərfəlidir. Eyni zamanda quru sərhədlərin açılmasının turizm baxımdan da üstünlükləri var. Pandemiya vəziyyətindən asılı olaraq bu istiqamətdə qərarın veriləcəyi gözlənilir. Amma iki ölkə arasında hava nəqliyyatı xeyli müddətdir ki, bərpa olunub.Ölkəmizin gömrük-keçid məntəqələrinin buraxılış qabiliyyəti yüksəkdirAzərbaycanın Dövlət Gömrük Komitəsinin məlumatına görə, ölkəmizin ixrac və tranzit imkanlarının, Azərbaycandan keçən nəqliyyat dəhlizlərinin cəlbediciliyinin artırılması üçün bir sıra irimiqyaslı layihələr həyata keçirilir. Bu istiqamətdə atılan addımlar çərçivəsində gömrük-sərhəd keçid məntəqələrinin buraxılış qabiliyyəti də xeyli yüksəldilib. Gömrük-keçid məntəqələrində əsaslı yenidənqurma işləri aparılıb, müasir infrastruktur qurulub. Hazırda ölkəmizin Gürcüstan və Rusiya ilə sərhəddə yerləşən gömrük-keçid məntəqələrinin potensialı, buraxılış qabiliyyəti mövcud və daha artıq nəqliyyat axınlarını idarə etməyə imkan verir.Ölkəmizdən tranzit keçən yük nəqliyyat vasitələrinin sayı kəskin artıbDövlət Gömrük Komitəsi bildirib ki, sıxlıqların yaranmasına səbəb ölkəmizdən tranzit keçən yük nəqliyyat vasitələrinin sayının son aylarda kəskin surətdə artması ilə əlaqədardır. Belə ki, hazırda Gürcüstanla sərhəddə yerləşən iki gömrük-keçid məntəqəsi vasitəsilə gün ərzində 1000-ə qədər nəqliyyat vasitəsinin keçidini təmin etmək mümkündür. Bu da ölkə ərazisinə "tranzit" gömrük proseduru altında daxil olan yük nəqliyyat vasitələrinin sərhədkeçmə prosedurlarını asan və sürətli şəkildə həyata keçirməyə imkan verir.Gürcüstan Azərbaycandan daxil olan nəqliyyat vasitələrinin sayında müəyyən məhdudiyyət tətbiq edirLakin Azərbaycandan keçən yük nəqliyyat vasitələri daha sonra Gürcüstan və Türkiyə üzərindən müəyyən olunan marşrutla hərəkət edirlər və bu ölkələr artan nəqliyyat axının qəbulunda müəyyən çətinliklərlə üzləşirlər.Belə ki, hazırda Gürcüstan-Türkiyə sərhədindəki gömrük-keçid məntəqələrinin qarşısında Türkiyəyə daxil olmaq istəyən avtomobillərin sıxlığı yaranıb. Üstəlik xeyli sayda yük nəqliyyat vasitəsi Türkiyəyə keçmək üçün Gürcüstan ərazisindəki TIR parklarında növbə gözləyir. Buna görə də Gürcüstan Azərbaycandan daxil olan nəqliyyat vasitələrinin sayında müəyyən məhdudiyyətlər tətbiq edir."Hazırda hər iki ölkənin müvafiq qurumları ilə danışıqlar aparılır və yaxın günlərdə problem həllini tapacaq,"- deyə qurumun məlumatında bildirilib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42345/03/423450372_104:0:1815:1283_1920x0_80_0_0_ce6aa9964954aa71d4633179cc7e3f4a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
gürcüstan, azərbaycan, yükdaşıma, sıxlıq
gürcüstan, azərbaycan, yükdaşıma, sıxlıq
Azərbaycan-Gürcüstan sərhədində yük maşınlarının sıxlığı - Səbəb nədir
15:36 12.05.2022 (Yenilənib: 15:39 12.05.2022) Gürcüstanın Azərbaycandan daxil olan nəqliyyat vasitələrinin sayına məhdudiyyət tətbiq etməsinin səbəbi nədir? Ətraflı materialımızda.
BAKI, 12 may — Sputnik. Azərbaycan-Gürcüstan sərhədində yük avtomobillərinin sıxlığı müşahidə olunur. Təkcə Azərbaycan tərəfində 600-ə qədər beynəlxalq yükdaşıma xidməti həyata keçirən TIR-lar növbə gözləyir. "Xəzər xəbər"in məlumatına görə, TIR parklarında günlərlə qalan sürücülər artıq bir aydır ki, sıxlığın müşahidə olunduğunu bildirirlər. Gürcüstandan Azərbaycana yük daşımalarının həcminin artmasına Ukraynada baş verən hadisələrin səbəb olduğu deyilir.
Tranzit yüklərin Azərbaycana birbaşa heç bir aidiyyəti yoxdur
Məsələ ilə bağlı iqtisadçı Natiq Cəfərli Sputnik Azərbaycan-a deyib ki, sıxlıq tranzit yüklərlə bağlıdır. Onun sözlərinə görə, tranzit yüklərin Azərbaycana birbaşa heç bir aidiyyəti yoxdur. Tranzit yük o deməkdir ki, sadəcə Azərbaycan ərazisindən istifadə olunur. Növbədə dayanan TIR-lar başqa ölkələrə gedirlər. Ola bilər, tranzit yüklər ilə bağlı sənədlərin daha ciddi yoxlanılması növbələrin yaranmasına səbəb olub.
Tranzit yükdaşımalardan Azərbaycan gəlir əldə edir
Ekspert diqqətə çatdırıb ki, tranzit yükdaşımaların artması Azərbaycanın büdcəsinə əlavə vəsaitin daxil olmasına səbəb olur.
"Azərbaycan ilə Gürcüstan arasında yükdaşımalarda problem yoxdur. Çünki Gürcüstanla Azərbaycan arasında keçidin sadələşdirilməsi ilə bağlı çoxlu sənədlər imzalanıb,"- deyə iqtisadçı əlavə edib.
Quru sərhədlərin açılması müzakirə olunur
Deputat Vüqar Bayramov isə Sputnik Azərbaycan-a deyib ki, hələlik Azərbaycan ilə Gürcüstan arasında quru sərhədləri bağlıdır. Nazirlər Kaibentinə təqdim olunan təkliflərdə quru sərhədlərin açılması üstünlük təşkil edən məsələlərdəndir. Quru sərhədlərdən istifadə daha az xərc tələb edir, iqtisadi baxımdan daha sərfəlidir. Eyni zamanda quru sərhədlərin açılmasının turizm baxımdan da üstünlükləri var. Pandemiya vəziyyətindən asılı olaraq bu istiqamətdə qərarın veriləcəyi gözlənilir. Amma iki ölkə arasında hava nəqliyyatı xeyli müddətdir ki, bərpa olunub.
Ölkəmizin gömrük-keçid məntəqələrinin buraxılış qabiliyyəti yüksəkdir
Azərbaycanın Dövlət Gömrük Komitəsinin məlumatına görə, ölkəmizin ixrac və tranzit imkanlarının, Azərbaycandan keçən nəqliyyat dəhlizlərinin cəlbediciliyinin artırılması üçün bir sıra irimiqyaslı layihələr həyata keçirilir. Bu istiqamətdə atılan addımlar çərçivəsində gömrük-sərhəd keçid məntəqələrinin buraxılış qabiliyyəti də xeyli yüksəldilib. Gömrük-keçid məntəqələrində əsaslı yenidənqurma işləri aparılıb, müasir infrastruktur qurulub. Hazırda ölkəmizin Gürcüstan və Rusiya ilə sərhəddə yerləşən gömrük-keçid məntəqələrinin potensialı, buraxılış qabiliyyəti mövcud və daha artıq nəqliyyat axınlarını idarə etməyə imkan verir.
Ölkəmizdən tranzit keçən yük nəqliyyat vasitələrinin sayı kəskin artıb
Dövlət Gömrük Komitəsi bildirib ki, sıxlıqların yaranmasına səbəb ölkəmizdən tranzit keçən yük nəqliyyat vasitələrinin sayının son aylarda kəskin surətdə artması ilə əlaqədardır. Belə ki, hazırda Gürcüstanla sərhəddə yerləşən iki gömrük-keçid məntəqəsi vasitəsilə gün ərzində 1000-ə qədər nəqliyyat vasitəsinin keçidini təmin etmək mümkündür. Bu da ölkə ərazisinə "tranzit" gömrük proseduru altında daxil olan yük nəqliyyat vasitələrinin sərhədkeçmə prosedurlarını asan və sürətli şəkildə həyata keçirməyə imkan verir.
Gürcüstan Azərbaycandan daxil olan nəqliyyat vasitələrinin sayında müəyyən məhdudiyyət tətbiq edir
Lakin Azərbaycandan keçən yük nəqliyyat vasitələri daha sonra Gürcüstan və Türkiyə üzərindən müəyyən olunan marşrutla hərəkət edirlər və bu ölkələr artan nəqliyyat axının qəbulunda müəyyən çətinliklərlə üzləşirlər.
Belə ki, hazırda Gürcüstan-Türkiyə sərhədindəki gömrük-keçid məntəqələrinin qarşısında Türkiyəyə daxil olmaq istəyən avtomobillərin sıxlığı yaranıb. Üstəlik xeyli sayda yük nəqliyyat vasitəsi Türkiyəyə keçmək üçün Gürcüstan ərazisindəki TIR parklarında növbə gözləyir. Buna görə də Gürcüstan Azərbaycandan daxil olan nəqliyyat vasitələrinin sayında müəyyən məhdudiyyətlər tətbiq edir.
"Hazırda hər iki ölkənin müvafiq qurumları ilə danışıqlar aparılır və yaxın günlərdə problem həllini tapacaq,"- deyə qurumun məlumatında bildirilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.