https://sputnik.az/20220512/azad-edilen-erazilerde-faydali-qazinti-yataqlarinin-reqemsal-xeritesi-hazirlanacaq-441851093.html
Azad edilən ərazilərdə faydalı qazıntı yataqlarının rəqəmsal xəritəsi hazırlanacaq
Azad edilən ərazilərdə faydalı qazıntı yataqlarının rəqəmsal xəritəsi hazırlanacaq
Sputnik Azərbaycan
İkitərəfli görüşdə birgə geoloji məlumat bazası mərkəzinin qurulması, ehtiyatların dəqiqləşdirilməsi üçün birgə fəaliyyətin təşkili, multi və hiperspektral... 12.05.2022, Sputnik Azərbaycan
2022-05-12T13:18+0400
2022-05-12T13:18+0400
2022-05-12T18:51+0400
azərbaycan
işğaldan azad edilmiş ərazilər
ekologiya və təbii sərvətlər nazirliyinin (etsn) milli hidrometeorologiya departamenti
https://cdnn1.img.sputnik.az/img/07e6/05/0c/441873391_0:0:1001:563_1920x0_80_0_0_6137b8b509f84cc9dfac041a91f0e2e5.jpg
BAKI, 12 may — Sputnik. Türkiyə Azərbaycanın işğaldan azad edilmiş əraziləri də daxil olmaqla faydalı qazıntı yataqları üzrə geofiziki anomaliyaların rəqəmsal xəritəsinin hazırlanmasına dəstək olacaq.Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin İdarə Heyətinin sədri Samir Qurbanov və "AzerGold" QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimovun başçılıq etdikləri nümayəndə heyətlərinin Türkiyənin Ankara şəhərində bu ölkənin Energetika və Təbii Sərvətlər Nazirliyinin Mədən Tədqiqi və Axtarış Baş İdarəsində (MTA) keçirilən görüşlərdə məlum olub.Görüşlərdə birgə geoloji məlumat bazası mərkəzinin qurulması, ehtiyatların dəqiqləşdirilməsi üçün birgə fəaliyyətin təşkili, multi və hiperspektral platformaların tətbiqi, qeyri-invaziv texnologiyaların mənimsənilməsi, həmçinin digər texniki məsələlər və növbəti mərhələlərdə atılacaq addımlar müzakirə edilib.MTA-da keçirilən görüşlərdə qardaş ölkələr arasında geologiyanın bütün sahələri üzrə əməkdaşlıq, eləcə də yeraltı sərvətlərin axtarışı, onların dəyərləndirilməsi və işlənilməsi, həmçinin geofiziki xəritələrin hazırlanması məsələləri ətrafında səmərəli fikir mübadiləsi aparılıb.Nümayəndə heyəti MTA-nın Mineralların Analizi və Texnologiyası şöbəsinin metallurgiya, minerallar, qeyri-filiz və tikinti materiallarının tədqiq edildiyi analitik kimya və metallurji sınaq laboratoriyasını ziyarət edib, müəssisənin işi ilə yaxından tanış olub. Görüşdə Azərbaycanın filiz ehtiyatları ilə zəngin olan bölgələrindən birində analoji laboratoriya mərkəzinin yaradılması, mərkəzin təsis edilmə formatı və texnoloji imkanları ətrafında geniş fikir mübadiləsi aparılıb.Bildirilib ki, səfər ötən ilin sonlarında Azərbaycanda təşkil olunmuş Enerji Forumu çərçivəsində iki ölkə arasında mədənçilik sahəsində əməkdaşlığa dair imzalanan dördtərəfli anlaşma memorandumu çərçivəsində həyata keçirilib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20211112/faydali-qazinti-yataqlari-herraca-cixarilir-435132296.html
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/05/0c/441873391_37:0:926:667_1920x0_80_0_0_ac7e5d67ce3e43a334a3f811a2201cbc.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
azərbaycan, işğaldan azad edilmiş ərazilər, ekologiya və təbii sərvətlər nazirliyinin (etsn) milli hidrometeorologiya departamenti
azərbaycan, işğaldan azad edilmiş ərazilər, ekologiya və təbii sərvətlər nazirliyinin (etsn) milli hidrometeorologiya departamenti
Azad edilən ərazilərdə faydalı qazıntı yataqlarının rəqəmsal xəritəsi hazırlanacaq
13:18 12.05.2022 (Yenilənib: 18:51 12.05.2022) İkitərəfli görüşdə birgə geoloji məlumat bazası mərkəzinin qurulması, ehtiyatların dəqiqləşdirilməsi üçün birgə fəaliyyətin təşkili, multi və hiperspektral platformaların tətbiqi, digər texniki məsələlər və növbəti mərhələlərdə atılacaq addımlar müzakirə edilib.
BAKI, 12 may — Sputnik. Türkiyə Azərbaycanın işğaldan azad edilmiş əraziləri də daxil olmaqla faydalı qazıntı yataqları üzrə geofiziki anomaliyaların rəqəmsal xəritəsinin hazırlanmasına dəstək olacaq.
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin İdarə Heyətinin sədri Samir Qurbanov və "AzerGold" QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimovun başçılıq etdikləri nümayəndə heyətlərinin Türkiyənin Ankara şəhərində bu ölkənin Energetika və Təbii Sərvətlər Nazirliyinin Mədən Tədqiqi və Axtarış Baş İdarəsində (MTA) keçirilən görüşlərdə məlum olub.
Görüşlərdə birgə geoloji məlumat bazası mərkəzinin qurulması, ehtiyatların dəqiqləşdirilməsi üçün birgə fəaliyyətin təşkili, multi və hiperspektral platformaların tətbiqi, qeyri-invaziv texnologiyaların mənimsənilməsi, həmçinin digər texniki məsələlər və növbəti mərhələlərdə atılacaq addımlar müzakirə edilib.
MTA-da keçirilən görüşlərdə qardaş ölkələr arasında geologiyanın bütün sahələri üzrə əməkdaşlıq, eləcə də yeraltı sərvətlərin axtarışı, onların dəyərləndirilməsi və işlənilməsi, həmçinin geofiziki xəritələrin hazırlanması məsələləri ətrafında səmərəli fikir mübadiləsi aparılıb.
Nümayəndə heyəti MTA-nın Mineralların Analizi və Texnologiyası şöbəsinin metallurgiya, minerallar, qeyri-filiz və tikinti materiallarının tədqiq edildiyi analitik kimya və metallurji sınaq laboratoriyasını ziyarət edib, müəssisənin işi ilə yaxından tanış olub. Görüşdə Azərbaycanın filiz ehtiyatları ilə zəngin olan bölgələrindən birində analoji laboratoriya mərkəzinin yaradılması, mərkəzin təsis edilmə formatı və texnoloji imkanları ətrafında geniş fikir mübadiləsi aparılıb.
Bildirilib ki, səfər ötən ilin sonlarında Azərbaycanda təşkil olunmuş Enerji Forumu çərçivəsində iki ölkə arasında mədənçilik sahəsində əməkdaşlığa dair imzalanan dördtərəfli anlaşma memorandumu çərçivəsində həyata keçirilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.