https://sputnik.az/20220512/artiq-turistler-ucun-pandemiyadaki-xosagelmez-hallar-olmayacaq---seyahet-sigortasi-441840232.html
Artıq turistlər üçün pandemiyadakı xoşagəlməz hallar olmayacaq - Səyahət sığortası
Artıq turistlər üçün pandemiyadakı xoşagəlməz hallar olmayacaq - Səyahət sığortası
Sputnik Azərbaycan
Fövqəladə hallar ucbatından pul itirən azərbaycanlı turistlər artıq belə hallarla qarşılaşmaya bilərlər. 12.05.2022, Sputnik Azərbaycan
2022-05-12T09:28+0400
2022-05-12T09:28+0400
2022-05-12T09:28+0400
turist
cəmiyyət
sığorta
qanun
turizm
ekspert
səyahət
https://cdnn1.img.sputnik.az/img/40827/91/408279157_0:0:2500:1407_1920x0_80_0_0_bbbc146f1f13ff18eea16425d78c89b0.jpg.webp
BAKI, 12 may — Sputnik. Koronavirus pandemiyası dövründə əsas zərər çəkən sahələrdən biri də turizm oldu. Pandemiyanın ilk ili insanlar əvvəlcədən aldıqları çoxlu sayda turpaketləri, otellərdə bron ləğv etdikləri yerləri ləğv etməli oldular. Bir çox şəxslər ləğv edilmiş turpaketlərə görə ziyana düşdülər. Səbəb şirkətin bu xərci qarşılamaq istəməməsi, bəzən isə müflis olması səbəbindən bunu etməməsi idi. İndi səyahət və turizm mövsümünə yenidən start verilir. Yenidən eyni ziyana düşməmək üçün istirahət və səyahət istəyənlər nə etməlidirlər?Səyahət sığortasının olması turisti əlavə xərclərdən xilas edir. Bu sığortanın məbləği günlük təxminən 2 dollara başa gəlsə də, nəticə etibarı ilə turist baş verə biləcək qəzalardan sığortalanmış olur. Gözlənilməz hadisə baş verdikdə turistin təxminən 30 min dollaradək xərci qarşılanır.Bunu turizm üzrə ekspert Ceyhun Aşurov deyib. O bildirib ki, yerli turagentliklər tərəfindən satılan səyahət paketlərinə görə ödənilən məbləğə sığorta xərcləri də daxildir.Ekspert deyir ki, ümumiyyətlə, səyahət sığortasının olmaması şirkətin özünə zərərdir. "Turizm haqqında qanun"dan sitat gətirən ekspert bildirir ki, yeni qanunda səyahət sığortası ilə bağlı xüsusi maddə yer alıb: "Qanunun tələbinə görə turpaket satan şirkətlərin fəaliyyətləri mütləq şəkildə sığortalanmalıdır ki, neqativ hadisələr baş verməsin".Problemlərdən söz açan ekspert deyir ki, bəzən sığorta şirkəti tərəfindən vəsaitin ödənilməsində gecikmələr olur ki, bu da müəyyən bürokratik əngəllər yaradır, sığortaya inamı müəyyən qədər də olsa, azaldır: "Yaxud da, ola bilər ki, müəyyən ödənişlər olduqda belə, şəxs qayıtdıqdan sonra müəyyən sığorta xərclərinə görə məbləğin geri qaytarılmasında problemlə qarşılaşsın. Lakin ümid edirik ki, bu problemlər də qısa müddətdə aradan qalxacaq".Ekspertin sözlərinə görə, yeni qanunvericiliyə əsasən, turagentliklər vasitəsilə səyahət edərkən bu sığorta məcburi hal alsa da, individual səfərlərə görə bu könüllü hal daşıyır.Fərdi səyahətlərdən söz düşmüşkən, Ceyhun Aşurov bildirir ki, son zamanlar belə səyahətlərin sayı artsa da, turistlər şəxsən səyahət sığortasına görə müraciət etməməyə üstünlük verirlər ki, nəticədə bütün risklərin qarşılanması turistin üzərinə düşür.C.Aşurov ümumiyyətlə, səyahət sığortası olmadan turist olaraq harasa səfər etməyi məsləhət görmür.Turizm üzrə digər ekspert Əziz Şirinov da qeyd edir ki, istər ölkədaxili, istər ölkəxarici turlarda vətəndaşlarımızın sığortalanması vacibdir: "Xarici ölkəyə bir həftəlik səyahətin sığortası 7 dollaradək olduğu halda hər hansı hadisə baş verdikdə şəxs 50 min ABŞ dollarınadək sığorta məbləğindən yararlana bilər. Ola bilər ki, şəxs hansısa ölkəyə gedərkən xəstəxanaya müraciət edə, onların xidmətlərindən yararlana bilər. Şəxsin getdiyi yerdə sığorta şirkətinin hansısa xəstəxana ilə müqaviləsi yoxdursa, belə olan halda şəxs lazım olan vəsaiti cibindən ödəyə, Azərbaycana qayıtdıqda isə ödədiyi vəsaitin qəbzini agentliyə təqdim etməklə vəsaitini geri ala bilər".Ə.Şirinov deyir ki, ekspert olaraq artıq bir müddət idi ki, ölkədaxili turlarda da səyahət sığortasının olmasını tələb edirdilər: "Bir neçə sığorta şirkəti bu öhdəliyi üzərinə götürdü və 21 günlük turlara görə səyahət sığortası 2 manat, ekstrim turlara görə isə bu məbləğ 4 manat civarında müəyyənləşdi".Ekspert deyir ki, yeni qanun imkan verir ki, turizm şirkətləri rahat işləsin, həm sığorta şirkətləri işini qura bilsin, həm də turistlər hər şirkətə deyil, daha ciddi və peşəkar şirkətlərə üz tutaraq sığortalı şəkildə turlara qoşulsunlar.Turagentliklər yeni qanunun tələblərinə əməl edirlərmi?Turagentliklər arasında keçirdiyimiz sorğuda bəzi agentliklər xarici turdan fərqli olaraq daxili turun daha qısamüddətli, 1 günlük olduğunu əsas gətirərək buna görə səyahət sığortası təklif etmədiklərini söyləsələr də, bəziləri buna görə xüsusi məbləğ də müəyyənləşdirib.Daxili turlara görə səyahət sığortası təklif edən agentliklər bildirir ki, belə yürüşlər təxminən iki gün olur və buna görə də sığorta məbləği 9-13 manat arasında dəyişir. Xaricə səyahətə görə isə qiymətlər ölkədən asılı olaraq dəyişir. Şengen ölkələrinə bir həftəlik səyahətin sığortası təxminən 50 manata başa gəlirsə, digər ölkələrə görə bu məbləğ 18-20 manat arasında dəyişir.Qeyd edək ki, 18 fevral, 2022-ci il tarixli "Turizm haqqında Azərbaycan Respublikasının Qanunu"n 8.1 bəndinə görə, turoperator və turagentlər turizm zərfinin və ya turizm xidmətinin turistlərə satışını yazılı müqavilə əsasında həyata keçirməlidirlər. Müqavilədə turizm zərfinə daxil olan xidmətlərin siyahısı, onların təsviri və qiyməti, ödəniş qaydası, turun başlama və bitmə tarixi, müqavilənin ləğvi şərtləri, mülki məsuliyyətin sığortası və istehlakçılara dəymiş zərərin kompensasiya edilməsi şərtləri və qaydaları mütləq əks olunmalıdır.Turoperator və turagentlər bu Qanunun 8.1-ci maddəsində nəzərdə tutulmuş müqavilə şərtlərini pozmağa görə sığortaçı ilə mülki məsuliyyətin sığortası müqaviləsi bağlamalıdırlar. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) sığorta məbləğinə dair minimum tələbləri Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə razılaşdırmaqla müəyyən edir.Qanunun 17-ci maddəsinə görə, turoperator və turagentlər turistlərin getdiyi ölkənin (yerin) qanunvericiliyi ilə tələb edildiyi halda, habelə gəlmə turizm sahəsində formalaşdırdıqları turizm zərfləri çərçivəsində turistlərin səfər sığortası ilə təmin edilmələri üçün zəruri tədbirlər görməlidirlər.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40827/91/408279157_207:0:2500:1720_1920x0_80_0_0_611ac9d3916fbe88b1aef0d6e0a0ff3a.jpg.webpSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
turist, sığorta, qanun, turizm, ekspert, səyahət
turist, sığorta, qanun, turizm, ekspert, səyahət
Artıq turistlər üçün pandemiyadakı xoşagəlməz hallar olmayacaq - Səyahət sığortası
Fövqəladə hallar ucbatından pul itirən azərbaycanlı turistlər artıq belə hallarla qarşılaşmaya bilərlər.
BAKI, 12 may — Sputnik. Koronavirus pandemiyası dövründə əsas zərər çəkən sahələrdən biri də turizm oldu. Pandemiyanın ilk ili insanlar əvvəlcədən aldıqları çoxlu sayda turpaketləri, otellərdə bron ləğv etdikləri yerləri ləğv etməli oldular. Bir çox şəxslər ləğv edilmiş turpaketlərə görə ziyana düşdülər. Səbəb şirkətin bu xərci qarşılamaq istəməməsi, bəzən isə müflis olması səbəbindən bunu etməməsi idi. İndi səyahət və turizm mövsümünə yenidən start verilir. Yenidən eyni ziyana düşməmək üçün istirahət və səyahət istəyənlər nə etməlidirlər?
Səyahət sığortasının olması turisti əlavə xərclərdən xilas edir. Bu sığortanın məbləği günlük təxminən 2 dollara başa gəlsə də, nəticə etibarı ilə turist baş verə biləcək qəzalardan sığortalanmış olur. Gözlənilməz hadisə baş verdikdə turistin təxminən 30 min dollaradək xərci qarşılanır.
Bunu turizm üzrə ekspert Ceyhun Aşurov deyib. O bildirib ki, yerli turagentliklər tərəfindən satılan səyahət paketlərinə görə ödənilən məbləğə sığorta xərcləri də daxildir.
Ekspert deyir ki, ümumiyyətlə, səyahət sığortasının olmaması şirkətin özünə zərərdir. "Turizm haqqında qanun"dan sitat gətirən ekspert bildirir ki, yeni qanunda səyahət sığortası ilə bağlı xüsusi maddə yer alıb: "Qanunun tələbinə görə turpaket satan şirkətlərin fəaliyyətləri mütləq şəkildə sığortalanmalıdır ki, neqativ hadisələr baş verməsin".
Problemlərdən söz açan ekspert deyir ki, bəzən sığorta şirkəti tərəfindən vəsaitin ödənilməsində gecikmələr olur ki, bu da müəyyən bürokratik əngəllər yaradır, sığortaya inamı müəyyən qədər də olsa, azaldır: "Yaxud da, ola bilər ki, müəyyən ödənişlər olduqda belə, şəxs qayıtdıqdan sonra müəyyən sığorta xərclərinə görə məbləğin geri qaytarılmasında problemlə qarşılaşsın. Lakin ümid edirik ki, bu problemlər də qısa müddətdə aradan qalxacaq".
Ekspertin sözlərinə görə, yeni qanunvericiliyə əsasən, turagentliklər vasitəsilə səyahət edərkən bu sığorta məcburi hal alsa da, individual səfərlərə görə bu könüllü hal daşıyır.
Fərdi səyahətlərdən söz düşmüşkən, Ceyhun Aşurov bildirir ki, son zamanlar belə səyahətlərin sayı artsa da, turistlər şəxsən səyahət sığortasına görə müraciət etməməyə üstünlük verirlər ki, nəticədə bütün risklərin qarşılanması turistin üzərinə düşür.
C.Aşurov ümumiyyətlə, səyahət sığortası olmadan turist olaraq harasa səfər etməyi məsləhət görmür.
Turizm üzrə digər ekspert Əziz Şirinov da qeyd edir ki, istər ölkədaxili, istər ölkəxarici turlarda vətəndaşlarımızın sığortalanması vacibdir: "Xarici ölkəyə bir həftəlik səyahətin sığortası 7 dollaradək olduğu halda hər hansı hadisə baş verdikdə şəxs 50 min ABŞ dollarınadək sığorta məbləğindən yararlana bilər. Ola bilər ki, şəxs hansısa ölkəyə gedərkən xəstəxanaya müraciət edə, onların xidmətlərindən yararlana bilər. Şəxsin getdiyi yerdə sığorta şirkətinin hansısa xəstəxana ilə müqaviləsi yoxdursa, belə olan halda şəxs lazım olan vəsaiti cibindən ödəyə, Azərbaycana qayıtdıqda isə ödədiyi vəsaitin qəbzini agentliyə təqdim etməklə vəsaitini geri ala bilər".
Ə.Şirinov deyir ki, ekspert olaraq artıq bir müddət idi ki, ölkədaxili turlarda da səyahət sığortasının olmasını tələb edirdilər: "Bir neçə sığorta şirkəti bu öhdəliyi üzərinə götürdü və 21 günlük turlara görə səyahət sığortası 2 manat, ekstrim turlara görə isə bu məbləğ 4 manat civarında müəyyənləşdi".
Ekspert deyir ki, yeni qanun imkan verir ki, turizm şirkətləri rahat işləsin, həm sığorta şirkətləri işini qura bilsin, həm də turistlər hər şirkətə deyil, daha ciddi və peşəkar şirkətlərə üz tutaraq sığortalı şəkildə turlara qoşulsunlar.
Turagentliklər yeni qanunun tələblərinə əməl edirlərmi?
Turagentliklər arasında keçirdiyimiz sorğuda bəzi agentliklər xarici turdan fərqli olaraq daxili turun daha qısamüddətli, 1 günlük olduğunu əsas gətirərək buna görə səyahət sığortası təklif etmədiklərini söyləsələr də, bəziləri buna görə xüsusi məbləğ də müəyyənləşdirib.
Daxili turlara görə səyahət sığortası təklif edən agentliklər bildirir ki, belə yürüşlər təxminən iki gün olur və buna görə də sığorta məbləği 9-13 manat arasında dəyişir. Xaricə səyahətə görə isə qiymətlər ölkədən asılı olaraq dəyişir. Şengen ölkələrinə bir həftəlik səyahətin sığortası təxminən 50 manata başa gəlirsə, digər ölkələrə görə bu məbləğ 18-20 manat arasında dəyişir.
Qeyd edək ki, 18 fevral, 2022-ci il tarixli "Turizm haqqında Azərbaycan Respublikasının Qanunu"n 8.1 bəndinə görə, turoperator və turagentlər turizm zərfinin və ya turizm xidmətinin turistlərə satışını yazılı müqavilə əsasında həyata keçirməlidirlər. Müqavilədə turizm zərfinə daxil olan xidmətlərin siyahısı, onların təsviri və qiyməti, ödəniş qaydası, turun başlama və bitmə tarixi, müqavilənin ləğvi şərtləri, mülki məsuliyyətin sığortası və istehlakçılara dəymiş zərərin kompensasiya edilməsi şərtləri və qaydaları mütləq əks olunmalıdır.
Turoperator və turagentlər bu Qanunun 8.1-ci maddəsində nəzərdə tutulmuş müqavilə şərtlərini pozmağa görə sığortaçı ilə mülki məsuliyyətin sığortası müqaviləsi bağlamalıdırlar. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) sığorta məbləğinə dair minimum tələbləri Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə razılaşdırmaqla müəyyən edir.
Qanunun 17-ci maddəsinə görə, turoperator və turagentlər turistlərin getdiyi ölkənin (yerin) qanunvericiliyi ilə tələb edildiyi halda, habelə gəlmə turizm sahəsində formalaşdırdıqları turizm zərfləri çərçivəsində turistlərin səfər sığortası ilə təmin edilmələri üçün zəruri tədbirlər görməlidirlər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.