Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Ağdamda silah-sursat partlayıb, ölən var

© Sputnik / Aleksey Kudenko / Mediabanka keçidPartlayış, arxiv şəkli
Partlayış, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 12.05.2022
Abunə olmaq
Partlayış zamanı 1982-ci il təvəllüdlü Rəşad Bəxtiyarov aldığı çoxsaylı qəlpə yarasından həyatını itirib.
BAKI, 12 may — Sputnik. Bu gün günün ikinci yarısında əlində hərbi sursatın partlaması nəticəsində Ağdam rayonu, Çəmənli kənd sakini həyatını itirib.
Kənd sakini - 1982-ci il təvəllüdlü Rəşad Bəxtiyarov kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olan zaman silah sursatın partlaması nəticəsində aldığı ağır dərəcəli bədən xəsarətlərindən həlak olub.
Bundan əvvəl yayılan məlumatlarda Bəxtiyarovun minaya düşdüyü bildirilirdi.

İlkin araşdırma nəticəsində yerli sakinin Çəmənli kəndi ərazisində işlədiyi yerdə qəfil baş verən partlayışdan ağır xəsarətlər aldığı müəyyən edilib.Onun həyatını xilas etmək mümkün olmayıb.
***
Ağdam rayon prokurorluğundan verilən məlumatda qeyd olunub ki, mayın 12-si, saat 16 radələrində Ağdam rayonu ərazisində 1982-ci il təvəllüdlü Rəşad Bəxtiyarovun çoxsaylı qəlpə yarası alması nəticəsində ölməsi barədə prokrorluğa məlumat daxil olub.
Aparılan araşdırmalarla kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olan Rəşad Bəxtiyarovun rayonun Çəmənli kəndi ərazisində silah-sursatın partlaması nəticəsində aldığı xəsarətlərdən ölməsi müəyyən edilib.
Qeyd edək ki, hazırda baş verən hadisə ilə bağlı Ağdam Rayon Prokurorluğunda araşdırma aparılır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin binası - Sputnik Azərbaycan, 1920, 03.05.2022
MN: Döyüş sursatları utilizasiya ediləcək
Xəbər lenti
0