https://sputnik.az/20220511/vuqar-seferli-kassasiya-sikayeti-verib-441818057.html
Vüqar Səfərli kassasiya şikayəti verib
Vüqar Səfərli kassasiya şikayəti verib
Sputnik Azərbaycan
Bakı Apellyasiya Məhkəməsinə verdiyi şikayətlə istədiyini əldə edə bilməyən keçmiş KİVDF rəhbəri indi Ali Məhkəməyə müraciət edib. 11.05.2022, Sputnik Azərbaycan
2022-05-11T11:27+0400
2022-05-11T11:27+0400
2022-05-11T11:27+0400
məhkəmə
cəmiyyət
vüqar səfərli
kivdf
ali məhkəmə
bakı apellyasiya məhkəməsi
hökm
https://cdnn1.img.sputnik.az/img/41824/20/418242023_0:0:2001:1125_1920x0_80_0_0_a658f2432ebe963a19c38dcce94eb333.jpg
BAKI, 11 may - Sputnik. Ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) həbsdə olan sabiq icraçı direktoru Vüqar Səfərli kassasiya şikayəti verib."Report"un əldə etdiyi məlumata görə, kassasiya şikayəti Ali Məhkəməyə təqdim edilib.Məhkəmənin vaxtı yaxın günlərdə məlum olacaq.Qeyd edək ki, V.Səfərli 2021-ci ilin yanvarında həbs edilib.Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 10 il 6 ay müddətinə azadlıqdan məhrum olunub. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin çıxardığı hökmü dəyişdirmədən qüvvədə saxlayıb.Xatırladaq ki, ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun vəzifəli şəxslərinin qanunsuz əməllərinə dair Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən əməliyyat keçirilib.Saxlanılan şəxslər barəsində Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə-xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma-külli miqdarda törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə-ağır nəticələrə səbəb olduqda), 313 (vəzifə saxtakarlığı) və digər maddələri ilə ittiham elan edilib.Bakı Ağır Cinayətlər Məhkəməsinin qəbul etdiyi hökmə əsasən, Vüqar Səfərli 10 il 6 ay, onunla birlikdə saxlanılan Nadir Məmmədov 6 il müddətinə azadlıqdan məhrum edilib. Cinayət işi üzrə digər təqsirləndirilənlər - Bünyamin İsmayılov, Ədalət Vəliyev, Namiq Hacıyev, Bəxtiyar Fətullayev, Təmkin Xəlilov, Telman Tahirov, Valeh Orucov, Şahin İbrahimov və Təhminə Yaqubovaya sınaq müddəti seçilməklə şərti cəza verilib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41824/20/418242023_0:0:1765:1324_1920x0_80_0_0_a7d6fd29eea16c5a150032ab16808ba3.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
məhkəmə, vüqar səfərli, kivdf, ali məhkəmə, bakı apellyasiya məhkəməsi, hökm
məhkəmə, vüqar səfərli, kivdf, ali məhkəmə, bakı apellyasiya məhkəməsi, hökm
Vüqar Səfərli kassasiya şikayəti verib
Bakı Apellyasiya Məhkəməsinə verdiyi şikayətlə istədiyini əldə edə bilməyən keçmiş KİVDF rəhbəri indi Ali Məhkəməyə müraciət edib.
BAKI, 11 may - Sputnik. Ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) həbsdə olan sabiq icraçı direktoru Vüqar Səfərli kassasiya şikayəti verib.
"Report"un əldə etdiyi məlumata görə, kassasiya şikayəti Ali Məhkəməyə təqdim edilib.
Məhkəmənin vaxtı yaxın günlərdə məlum olacaq.
Qeyd edək ki, V.Səfərli 2021-ci ilin yanvarında həbs edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 10 il 6 ay müddətinə azadlıqdan məhrum olunub. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin çıxardığı hökmü dəyişdirmədən qüvvədə saxlayıb.
Xatırladaq ki, ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun vəzifəli şəxslərinin qanunsuz əməllərinə dair Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən əməliyyat keçirilib.
Saxlanılan şəxslər barəsində Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə-xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma-külli miqdarda törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə-ağır nəticələrə səbəb olduqda), 313 (vəzifə saxtakarlığı) və digər maddələri ilə ittiham elan edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin qəbul etdiyi hökmə əsasən, Vüqar Səfərli 10 il 6 ay, onunla birlikdə saxlanılan Nadir Məmmədov 6 il müddətinə azadlıqdan məhrum edilib. Cinayət işi üzrə digər təqsirləndirilənlər - Bünyamin İsmayılov, Ədalət Vəliyev, Namiq Hacıyev, Bəxtiyar Fətullayev, Təmkin Xəlilov, Telman Tahirov, Valeh Orucov, Şahin İbrahimov və Təhminə Yaqubovaya sınaq müddəti seçilməklə şərti cəza verilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.