https://sputnik.az/20220511/sefa-mirzeyev-vetene-xidmete-gore-ordeni-ile-teltif-edilib-441834107.html
Səfa Mirzəyev “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib
Səfa Mirzəyev “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib
Sputnik Azərbaycan
Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. 11.05.2022, Sputnik Azərbaycan
2022-05-11T18:09+0400
2022-05-11T18:09+0400
2022-05-11T18:09+0400
azərbaycan xəbərləri
azərbaycan
"vətənə xidmətə görə"
https://cdnn1.img.sputnik.az/img/42333/39/423333974_0:0:1721:969_1920x0_80_0_0_a26e05ac04b9e4d5c0fc496bf243afd4.jpg
BAKI, 11 may — Sputnik. Azərbaycan Respublikasında dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə Səfa Abbas oğlu Mirzəyev 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.Qeyd edək ki, sabah Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyevin 70 yaşı tamam olur.Səfa Mirzəyev 1952-ci il mayın 12-də anadan olub.Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universitetinin) Hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirib.O, 1978–1990-cı illərdə Bakı Dövlət Universitetində müəllim, baş müəllim, dekan müavini və dosent vəzifələrində çalışıb. Hüquq üzrə fəlsəfə doktorudur.1990–1992-ci illərdə SSRİ Konstitusiya Nəzarəti Komitəsində komitə üzvü kimi fəaliyyət göstərib.1992-ci ildən Milli Məclis Aparatında işləyir. Ali Sovet Katibliyinin hüquq təminatı və nəzarəti şöbəsinin müdiri, katibliyin rəisi, baş katibi, Milli Məclis Katibliyinin rəhbəri olub.6 fevral 1997-ci ildən Milli Məclis Aparatının rəhbəridir.1995-ci ildə Azərbaycan Respublikasının yeni konstitusiya layihəsini hazırlayan komissiyanın üzvü olub.11 may 2012-ci ildə Azərbaycan Respublikasında dövlət qulluğunda səmərəli fəaliyyətinə görə "Şöhrət" ordeni ilə təltif edilib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20170811/ilham-eliyev-serencam-411432957.html
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42333/39/423333974_128:0:1659:1148_1920x0_80_0_0_74700888107d0ddff9b6ea42c8ca03ee.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
azərbaycan, "vətənə xidmətə görə"
azərbaycan, "vətənə xidmətə görə"
Səfa Mirzəyev “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib
Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
BAKI, 11 may — Sputnik. Azərbaycan Respublikasında dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə Səfa Abbas oğlu Mirzəyev 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.
Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
Qeyd edək ki, sabah Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyevin 70 yaşı tamam olur.
Səfa Mirzəyev 1952-ci il mayın 12-də anadan olub.
Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universitetinin) Hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirib.
O, 1978–1990-cı illərdə Bakı Dövlət Universitetində müəllim, baş müəllim, dekan müavini və dosent vəzifələrində çalışıb. Hüquq üzrə fəlsəfə doktorudur.
1990–1992-ci illərdə SSRİ Konstitusiya Nəzarəti Komitəsində komitə üzvü kimi fəaliyyət göstərib.
1992-ci ildən Milli Məclis Aparatında işləyir. Ali Sovet Katibliyinin hüquq təminatı və nəzarəti şöbəsinin müdiri, katibliyin rəisi, baş katibi, Milli Məclis Katibliyinin rəhbəri olub.
6 fevral 1997-ci ildən Milli Məclis Aparatının rəhbəridir.
1995-ci ildə Azərbaycan Respublikasının yeni konstitusiya layihəsini hazırlayan komissiyanın üzvü olub.
11 may 2012-ci ildə Azərbaycan Respublikasında dövlət qulluğunda səmərəli fəaliyyətinə görə "Şöhrət" ordeni ilə təltif edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.