CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İki yüzə yaxın ağac kəsildi - Cinayət işi başlanıb

© Sputnik / Ibrahim Hashimovağac
ağac  - Sputnik Azərbaycan, 1920, 11.05.2022
Abunə olmaq
Otuz min altı yüz qırx üç manat məbləğində maddi ziyanın vurulmasına əsaslı şübhələr müəyyən edilib.
BAKI, 11 may — Sputnik. Bəzi sosial media səhifələrində Yardımlı rayonu ərazisində ağacların qanunsuz kəsilməsi ilə bağlı yayılmış məlumatlar üzrə Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində araşdırma aparılıb.
Baş Prokurorluğun mətbuat xidmətindən verilən xəbərə görə, aparılmış araşdırmalarla, Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin vəzifəli şəxsləri tərəfindən Yardımlı rayonu ərazisində bioloji inkişafda olmuş meşə fonduna daxil olan ümumilikdə 172 ədəd müxtəlif cinsli və diametrli ağacların qanunsuz kəsilməsi nəticəsində dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulmasına səbəb olan 30 min 643 manat məbləğində maddi ziyanın vurulmasına əsaslı şübhələr müəyyən edilib.
Fakt üzrə Baş Prokurorluqda Cinayət Məcəlləsinin 259.2.4 (qanunsuz ağac kəsmə) və 309.1-ci (vəzifəli şəxs tərəfindən xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər etməsi dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda) maddələri ilə cinayət işi başlanılaraq istintaqın davam etdirilməsi Yardımlı rayon prokurorluğuna tapşırılıb.
Azərbaycanın meşə fondu ərazilərinin elektron xəritələri yaradılacaq
Xatırladaq ki, 2023-cü ilin sonuna qədər Azərbaycanın bütün meşə fondu ərazilərinin elektron xəritələri yaradılacaq.
Bunu Meşələrin İnkişafı Xidmətinin rəis müavini Mohuma Heraçiyev deyib.
O bildirib ki, "Azərkosmos" və Ekologiya və Təbii Sərvətlər Nazirliyi arasında danışıqlar aparılır: "Danışıqlar uğurlu nəticə verərsə, hazırlanacaq yeni proqram çərçivəsində ağac növlərinin, meşə və kol cinslərinin bir-birindən ayırd edilməsi üçün texniki imkanlar yaranacaq. Eyni zamanda, innovativ tədbirlərdən biri də meşə fondu torpaqlarının region xəritələrinin yazılmasıdır.
Bununla bağlı İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə müqavilə bağlanılıb. 2023-cü ilin sonuna qədər meşə fondu ərazilərinin xəritələrinin elektronlaşdırılması yekunlaşdırılacaq. Artıq 19 rayon üzrə meşə ərazilərində ölçmə işləri aparılıb. Bəzilərində artıq kameral işlər də yekunlaşdırılıb".
Qeyd edək ki, ölkə üzrə vahid elektron xəritələrin yaradılması və həmin xəritələrdə Meşə Fonduna, Milli Parklara və sahibkarlara aid olan torpaqların dəqiqliklə göstərilməsi prosesinin sürətləndirilməsi daim müzakirə olunurdu.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0