https://sputnik.az/20220511/doktorantura-uzre-xarici-dil-secimine-qoyulan-mehdudiyyet-goturulub-441832486.html
Doktorantura üzrə xarici dil seçiminə qoyulan məhdudiyyət götürülüb
Doktorantura üzrə xarici dil seçiminə qoyulan məhdudiyyət götürülüb
Sputnik Azərbaycan
Xarici dil imtahanına qeydiyyat növbəti həftə ərzində elan olunacaq. 11.05.2022, Sputnik Azərbaycan
2022-05-11T17:16+0400
2022-05-11T17:16+0400
2022-05-11T17:45+0400
azərbaycan xəbərləri
doktorantura
dövlət imtahan mərkəzi
azərbaycan
nazirlər kabineti
https://cdnn1.img.sputnik.az/img/42416/20/424162032_0:53:3295:1906_1920x0_80_0_0_f65a5fc8de7013b14f59140994747348.jpg
BAKI, 11 may — Sputnik. Dövlət İmtahan Mərkəzinin doktorantura səviyyəsində xarici dil üzrə qəbul imtahanı zamanı müvafiq magistratura ixtisaslaşmasını bitirən namizədlərin xarici dil seçiminə qoyulan məhdudiyyətin götürülməsi ilə bağlı Təhsil Nazirliyinə ünvanladığı məktuba aidiyyəti üzrə baxılıb və müsbət qərar verilib.Bu barədə DİM-dən xəbər verilib.Bildirilib ki, Nazirlər Kabinetinin 2010-cu il 1 iyul tarixli 129 nömrəli qərarı ilə təsdiq edilmiş "Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları"nın 3.10-cu bəndini nəzərə alaraq yuxarıda qeyd olunan müvafiq magistratura ixtisaslaşmasını bitirən namizədlər də xarici dil üzrə qəbul imtahanı zamanı ixtisaslaşma dilini xarici dil kimi seçə və ixtisaslaşma dili üzrə beynəlxalq sertifikat təqdim edə bilərlər.Xatırladaq ki, xarici dil imtahanına qeydiyyat növbəti həftə ərzində elan olunacaq.Müvafiq magistratura ixtisaslaşması deyəndə filologiya, xarici dil və ədəbiyyat müəllimliyi, xarici dil müəllimliyi və tərcümə ixtisasları nəzərdə tutulur.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20210630/xaricde-doktorontura-tehsili-almaq-isteyenlere-bir-ayliq-shans-427347633.html
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42416/20/424162032_564:0:3295:2048_1920x0_80_0_0_28ba63b62375b73f90a642eb541f3abb.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
doktorantura, dövlət imtahan mərkəzi, azərbaycan, nazirlər kabineti
doktorantura, dövlət imtahan mərkəzi, azərbaycan, nazirlər kabineti
Doktorantura üzrə xarici dil seçiminə qoyulan məhdudiyyət götürülüb
17:16 11.05.2022 (Yenilənib: 17:45 11.05.2022) Xarici dil imtahanına qeydiyyat növbəti həftə ərzində elan olunacaq.
BAKI, 11 may — Sputnik. Dövlət İmtahan Mərkəzinin doktorantura səviyyəsində xarici dil üzrə qəbul imtahanı zamanı müvafiq magistratura ixtisaslaşmasını bitirən namizədlərin xarici dil seçiminə qoyulan məhdudiyyətin götürülməsi ilə bağlı Təhsil Nazirliyinə ünvanladığı məktuba aidiyyəti üzrə baxılıb və müsbət qərar verilib.
Bu barədə DİM-dən xəbər verilib.
Bildirilib ki, Nazirlər Kabinetinin 2010-cu il 1 iyul tarixli 129 nömrəli qərarı ilə təsdiq edilmiş "Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları"nın 3.10-cu bəndini nəzərə alaraq yuxarıda qeyd olunan müvafiq magistratura ixtisaslaşmasını bitirən namizədlər də xarici dil üzrə qəbul imtahanı zamanı ixtisaslaşma dilini xarici dil kimi seçə və ixtisaslaşma dili üzrə beynəlxalq sertifikat təqdim edə bilərlər.
Xatırladaq ki, xarici dil imtahanına qeydiyyat növbəti həftə ərzində elan olunacaq.
Müvafiq magistratura ixtisaslaşması deyəndə filologiya, xarici dil və ədəbiyyat müəllimliyi, xarici dil müəllimliyi və tərcümə ixtisasları nəzərdə tutulur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.