CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakının bəzi qəsəbələrinin və Abşeron rayonunun qaz təchizatı dayandırılacaq

© AFP 2023 / INA FASSBENDERQaz plitəsi
Qaz plitəsi - Sputnik Azərbaycan, 1920, 11.05.2022
Abunə olmaq
Sabah təmir işlərinin günün 1-ci yarısında yekunlaşdırılaraq qaz təchizatının bərpası planlaşdırılır
BAKI, 11 may — Sputnik. Sabah, mayın 12-də saat 09:00-dan işlər başa çatanadək Bakı şəhərinin bəzi qəsəbələrinin və Abşeron rayonunun qaz təchizatı dayandırılacaq.
Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.
Məlumata görə, "Qaz İxrac" İdarəsinə məxsus diametri 720 mm-lik "Hövsan-Digah-Qaradağ" yüksək təzyiqli magistral qaz kəmərinin 5-ci km-dən ayrılan "Novxanı qolu" yüksək təzyiqli magistral qaz kəmərində aşkar olunmuş qaz sızmasının aradan qaldırılması məqsədilə sabah işlər başa çatanadək qaz təchizatı dayandırılacaq.
Təmir aparılan müddətdə Abşeron rayonu üzrə Novxanı kəndinin, Binəqədi rayonu üzrə Binəqədi kəndinin, Gülüstan yaşayış massivinin və Mədən ərazisinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq. Təmir işlərinin günün 1-ci yarısında yekunlaşdırılaraq qaz təchizatının bərpası planlaşdırılır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Qaz sayğaclarının yoxlanılması - Sputnik Azərbaycan, 1920, 11.05.2022
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Artıq yeni qaz sayğaclarına da onlayn ödəniş mümkündür
Xəbər lenti
0