Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Azərbaycanla İran arasında gömrük sahəsində əməkdaşlığa dair Tədbirlər Planı təsdiqlənib

© AFP 2023 / BRENDAN SMIALOWSKIПодпись документа, фото из архива
Подпись документа, фото из архива - Sputnik Azərbaycan, 1920, 11.05.2022
Abunə olmaq
İki ölkənin ərazisindən keçən nəqliyyat vasitələrinə tətbiq edilən gömrük nəzarəti formalarının minimuma endirilməsi, yük nəqliyyat vasitələrinin sürətli keçidinin təmin olunması müzakirə olunub.
BAKI, 11 may — Sputnik. Azərbaycan ilə İran gömrük xidməti nümayəndələri arasında görüş keçirilib.
Görüşdən öncə İranın Culfa Gömrük İdarəsinə baxış olub.
İran gömrük xidməti nümayəndə heyətinin rəhbəri, İranın gömrük naziri Alirza Müqəddəsi ölkələrimiz arasında mövcud olan dostluq və qardaşlıq münasibətlərinin gömrük işi sahəsini də əhatə etdiyini, qarşılıqlı əlaqələrin gediş-gəlişin və ticarət həcminin artmasına, prosedurların sadələşdirilməsinə və sürətləndirilməsinə imkan yaratdığını önə çəkib.
Azərbaycanın Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev ölkələrimiz arasında tarixi-mədəni əlaqələrin, iqtisadi-ticari münasibətlərin önəmini qeyd edib. Həmçinin vurğulanıb ki, bu əlaqələr və ölkə prezidentlərinin ikitərəfli yaxşı münasibətləri gömrük-ticarət əlaqələrinin də inkişafına şərait yaradıb.
Görüşdə iki ölkənin ərazisindən keçən nəqliyyat vasitələrinə tətbiq edilən gömrük nəzarəti formalarının minimuma endirilməsi, yük nəqliyyat vasitələrinin sürətli keçidinin təmin olunması ilə bağlı qarşılıqlı fəaliyyətin həyata keçirilməsi və gömrük nəzarəti sahəsində nəticələrin qarşılıqlı tanınması istiqamətində əməkdaşlığın genişləndirilməsi müzakirə olunub.
Tərəflər "Azərbaycan Hökuməti ilə İran Hökuməti arasında İran ərazisindən keçməklə Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında Anlaşma Memorandumu"nun icrasından irəli gələn aidiyyəti gömrük məsələlərinin həlli istiqamətində qarşılıqlı fəaliyyətin həyata keçirilməsi, idxal-ixrac əməliyyatlarının müqayisəli gömrük statistikasının aparılması üzrə tədbirlərin görülməsi, yeni gömrük buraxılış məntəqələrinin açılması və mövcud buraxılış məntəqələrində infrastrukturun təkmilləşdirilməsi istiqamətində danışıqlar aparıblar.
Sonra Azərbaycan Dövlət Gömrük Komitəsi ilə İran Gömrük İdarəsi arasında 2022-2023-cü illərdə gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardımın genişləndirilməsinə dair Tədbirlər Planı təsdiqlənib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Keçid məntəqəsi  - Sputnik Azərbaycan, 1920, 07.01.2022
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Səfər Mehdiyev: Dövlət Gömrük Komitəsi büdcə öhdəliyinə 111,3 % əməl edib
Xəbər lenti
0