Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Avropa Film Akademiyası Azərbaycan kinosuna necə təsir edəcək?

© Claudio Furlan / LaPresse via APKinoteatrda insanlar
Kinoteatrda insanlar - Sputnik Azərbaycan, 1920, 11.05.2022
Abunə olmaq
EFA-ya üzvü seçilən Rafiq Quliyev bildirir ki, bu addım Azərbaycan kinematoqrafiyasının dünyada tanınması üçün əhəmiyyətlidir.
BAKI, 11 may — Sputnik. Azərbaycanın bir sıra tanınmış kino ustası Avropa Film Akademiyasının (European Film Academy) üzvü seçilib. Bu barədə "Azərbaycanfilm" məlumat yayıb.
Məlumatda bildirilir ki, 11 nəfər Azərbaycan kinematoqrafçımız - Rafiq Quliyev (rejissor, təsvir rejissoru), Ayaz Salayev ( kinorejissor, kinoşünas), Vaqif Mustafayev (kinorejissor), Hüseyn Mehdiyev (kinorejissor), Rüfət Həsənov (kinorejissor), Orman Əliyev (kinorejissor, prodüser), Teymur Hacıyev (kinorejissor), Elvin Adıgözəl (kinorejissor), İlqar Nəcəf (kinorejissor, kinossenarist), İradə Bağırzadə (prodüser) və Asif Rüstəmov (kinorejissor) Avropa Film Akademiyasının üzvü seçiliblər.
Avropa Kino Akademiyasının üzvü olmaq Azərbaycan kinosunun inkişafına nə kimi təkan verəcək? Gələcəkdə Azərbaycan kinosunun dünyada tanınmasına zəmin yarada biləcəkmi?
Bütün bu suallara Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Kino-televiziya sənətləri" kafedrasının müdiri, professor Rafiq Quliyev cavablandırıb. Əməkdar incəsənət xadimi bildirir ki, bu addım Azərbaycan kinosununu dünyaya tanıtmaq baxımından çox əhəmiyyətlidir:

"Avropa Kino Akademiyasının üzvü olmaq "Eurimages"-a üzvlüyümüzə də, regional və dünya bazarına çıxışımıza da təsir göstərəcək. Aərbaycanda onların tələblərinə, onların meyarlarına uyğun olan sənətçilərə müraciət olundu və təsdiqləndi".

Təsvir rejissorunun sözlərinə görə, Avropa Kino Akademiyasının üzvü olanlardan 4 nəfəri Azərbaycan Dövlət Mədəniyyət və İncəsən Universitetinin professoru və dosentidir heyətidir:
"Avropa Kino Akademiyasının ümumi siyahısında professor çox azdır. Əlbəttə, bu İncəsənət Universitetinin tanıdılması baxımından da çox əhəmiyyətlidir".
Qeyd edək ki, Avropa Kino Akademiyası 1989-cu ildə Avropa Kino Cəmiyyəti kimi onun ilk prezidenti İnqmar Berqman və 40 kinorejissor tərəfindən Avropa kino sənayesinin maraqlarını inkişaf etdirmək üçün yaradılıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0